Xaçkar
Xaçkar – Erməni mədəniyyətinin ayrılmaz hissələrindən biri olan xaçkarlar vəfat etmiş adamların xatirəsinə ucaldılırdı. Ermənilərin tarixən bir millət kimi formalaşmalarında və varlıqlarını qorumalarında kilsə mühüm rol oynadığından erməni mədəniyyətində xaçqarların ağırlığı hiss edilməkdədir.
Xaçkarların tarixi bədii inkişaf xüsusiyyətlərini araşdıran mütəxəssislərin gəldikləri qənaətə görə xaçkarların tarixi inkişaf prosesini üç qrupda cəmləşdirmək mümkündür.
Bu dövrə aid edilən xaçkarlar əsasən sadə tərtibatlı və o qədər də böyük ölçüyə malik deyil. Qeyd etmək lazımdır ki, əksər erməni alimləri erkən dövr xaçkarlara Alban xaç daşlarını da qatmaqla xaçkarların tarixini daha qədimə aparmaq istəmişlər. Belə ki, Ermənistanda erkən dövr xaçkarların yaradılmasına başlanılarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalaşmış və alban fəlsəfi-mifik dünyagörüşünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A. Van yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A. Van – Geaner the rites of passage)
Qafqaz Albaniyasında ilk dövrlərdə, yəni apostolluq dövründə xristianlığın qəbulu Ermənistan və İberiyadan daha uğurlu olmuşdur. Bunu yazılı mənbələr (Moisey Kalankatlı, Moisey Xorenli, Koryun və s.) və o dövrün gerçəkliklərinin öyrənilməsi də sübut edir (F. Məmmədova, Alban katolikosluğu və Alban Arşakiləri.