xristianlıqda sözü azərbaycan dilində

xristianlıqda

Yazılış

  • xristianlıqda • 66.6667%
  • Xristianlıqda • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xristianlıqda Ata
Ata yaxud Ata-Allah — xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır. Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar. Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir. Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır: “Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”. “Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır: “Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Xristianlıqda Oğul
Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah Ata və Müqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır. Xristian inancına görə, Allah-Oğul Ata və Müqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasi iman rəmzi” belə elan edir: Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır... Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır. Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Xristianlıqda bölünmə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Xristianlıqda cəhənnəm
Cəhənnəm: Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insan bədəninin, canının və ruhunun əbədi olaraq iztirab çəkməsi vəziyyətidir. İncildə bildirilir ki, cəhənnəm əhli "atəş gölü içində əbədi iztirab çəkəcəklər". Müqəddəs Kitaba görə, Allahın Xilas Planına iman etməyən — Müqəddəs Ruha küfr edən, İsanın çarmıxdakı "doğruluq əbasını" geyinməyənlər əbədi iztiraba, yəni cəhənnəmə məhkumdurlar. Çünki İsanın da dediyi kimi Tək Yol var. O da İsadır. Bu göyün altında bizə verilmiş başqa heç bir ad bizi xilas etməyə qadir deyil. İncil cəhənnəmdəkilərin vəziyyətini və hisslərini bu şəkildə ifadə edir: "Ora qaranlıq çöldür, orada ağlaşma, iztirab və diş qıcırtısı olacaq". Dəyərli dostlar, gəlin Allahın bizə tərəf uzanan xilas əlindən tutaq. Bu əl İsadır! Yehova şahidləri Cəhənnəmə gedən adamın dirilmədiyini deyir, və ölən adamın istirab çəkməyib, öldüyü andan dirildilinə qədər yuxuda olduğunu deyir.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
İsa Xristianlıqda
İsa Məsih – təqribən e.ə. 4-cü ildən eramızın 30-cu ilinə qədər yaşamış tarixi şəxsiyyət. Sovet İttifaqında və Azərbaycanda nəşr olunan ensiklopediyalarda mif olaraq təqdim edilməsinə baxmayaraq, müasir tarixçilər "mif nəzəriyyəsi"ndən imtina edib, İsanın real tarixi şəxsiyyət olması ilə razılaşırlar. Xristianlar İsa barəsindəki inanclarında Bibliyaya istinad edirlər. Məzhəblərindən asılı olmarayaq, bütün xristianlar İsanın Allahın mücəssiməsi, Allahın Oğlu, Allahın qurbanlıq Quzusu, Rəbb, Məsih, Xilaskar olduğuna, bakirə Məryəmdən doğulduğuna, ölüb dirildiyinə, göyə qalxıb Ata Allahın sağında oturduğuna və qiyamət günündə təkrar dünyaya gələrək bəşəriyyəti mühakimə edəcəyinə etiqad edirlər. Bibliyada bu əqidələrin hamısı üçün ciddi əsaslar mövcuddur, bu əqidələrin hər hansı birinə etiqad etməyən şəxs xristian adlandırıla bilməz. Odur ki, Yehovanın Şahidləri kimi İsanın Allahın mücəssəməsi olduğunu qəbul etməyən təriqətlər xristian ənənəsini rədd etdikləri kimi, özləri də xristianlar tərəfindən bidətçi olaraq rədd edilirlər. Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi Bibliyadır. Əhdi-Cədid İsanı birmənalı olaraq Allahın mücəssiməsi kimi təsvir edir: Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi.
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Xristianlıqda Ana
Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir. Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir. "Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn.

"xristianlıqda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xristianlıqda nədir? #xristianlıqda sözünün mənası #xristianlıqda nə deməkdir? #xristianlıqda sözünün izahı #xristianlıqda sözünün yazılışı #xristianlıqda necə yazılır? #xristianlıqda sözünün düzgün yazılışı #xristianlıqda leksik mənası #xristianlıqda sözünün sinonimi #xristianlıqda sözünün yaxın mənalı sözlər #xristianlıqda sözünün əks mənası #xristianlıqda sözünün etimologiyası #xristianlıqda sözünün orfoqrafiyası #xristianlıqda rusca #xristianlıqda inglisça #xristianlıqda fransızca #xristianlıqda sözünün istifadəsi #sözlük