xristianlığın sözü azərbaycan dilində

xristianlığın

Yazılış

  • xristianlığın • 89.2272%
  • Xristianlığın • 10.3044%
  • XRİSTİANLIĞIN • 0.4684%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xristianlığın yaranması
Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti — Çar Rusiyası Qafqazı tamamilə işğal etdikdən sonra bölgədə xristianlığı yaymaq məqsədilə yaradılmış cəmiyyət. Azərbaycanı işğal edənə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan dövlətlərdə yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan istifadə edərək yerli əhalini xristianlaşdırıb dini parçalanmalardan istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənirdi. Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: İlk öncə Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu. Azərbaycan ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı. 1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi.

"xristianlığın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xristianlığın nədir? #xristianlığın sözünün mənası #xristianlığın nə deməkdir? #xristianlığın sözünün izahı #xristianlığın sözünün yazılışı #xristianlığın necə yazılır? #xristianlığın sözünün düzgün yazılışı #xristianlığın leksik mənası #xristianlığın sözünün sinonimi #xristianlığın sözünün yaxın mənalı sözlər #xristianlığın sözünün əks mənası #xristianlığın sözünün etimologiyası #xristianlığın sözünün orfoqrafiyası #xristianlığın rusca #xristianlığın inglisça #xristianlığın fransızca #xristianlığın sözünün istifadəsi #sözlük