Xubyarlı (İmişli)
Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərin] Araz çayının sağ sahilində, Mil-Muğan su kanalı boyu, Bakı-Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərin]
== Toponimikası ==
İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.