* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] klas. Nazla, əda ilə yeriyən, nazlana-nazlana, sallana-sallana yeriyən. Sərvi-azad qədinlə mənə yeksan görünür; Nəyə sərgəştə olan baxsa xuraman görünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə bir mahi-taban. Aşıq Dilqəm. □ Xuraman olmaq – naz və əda ilə, nazlı-nazlı, sallana-sallana yerimək. Ey şaxi-gül, ol qaməti-mövzun həvəsindən; Çox sərv bu gülşəndə xuraman olacaqdır. Qövsi. 2. Sərvi-xuraman şəklində – klassik şeirdə gözəlin epitetlərindən biri. Lütf edibsən, məgər ey bad! Bu gündən böylə; Verəsən bir xəbər ol sərvi-xuramanımdan. Füzuli. Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır ağ gül, sinəsi meydan. M.P.Vaqif.
Azərbaycan dilinin izahlı lüğəti / xuraman1 [fars.] прил. клас. 1. наздалди, назлу-назлу, наз гуз-наз гуз, назани хьиз, чӀагана къекъведай; // xuraman olmaq наз гуз-наз гуз (назлу-назлу, назани хьиз) къекъуьн; 2. sərvi-xuraman назани (гуьзелдин эпитетрикай сад).
Azərbaycanca-ləzgicə lüğəti / xuraman