* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Ancaq ayrıca bir şəxsin özünə aid olan, özü ilə bağlı olan, özünə xas olan; şəxsi, fərdi. Xüsusi təşəbbüs. Başqasının xüsusi həyatına qarışmaq. – [Məcid Əfəndi:] Yaxşı ki gəldiniz, sizinlə xüsusi bir işim daha var… H.Cavid. 2. Şəxsi mülkiyyətlə, fərdi təsərrüfatçılıqla və bundan doğan ictimai-iqtisadi münasibətlərlə bağlı olan. Xüsusi alver. Xüsusi mülkiyyət. Xüsusi təsərrüfat. // Kollektivə, cəmiyyətə, dövlətə və s.-yə deyil, ayrıca şəxsə, sahibkara məxsus olan; şəxsi. Xüsusi mal. Xüsusi kitabxana. Xüsusi ev. Xüsusi maşın. // Ayrı-ayrı şəxslər tərəfindən icra edilən, dövləti xidmət xaricində olan. Xüsusi sifariş. Xüsusi dərs götürmək. Həkimin xüsusi qəbulu var. 3. Başqalarından fərqlənən, səciyyəvi xüsusiyyəti olan; qeyri-adi. Xüsusi əlamət. Müğənninin səsində xüsusi bir məlahət var. Xüsusi bir əda ilə danışmaq. // Bir şeyin, ya şəxsin fərqləndirici xüsusiyyətini təşkil edən, ancaq müəyyən bir şəxsə, ya şeyə, hadisəyə xas olan; spesifik, səciyyəvi, özünəməxsus. Bəzi dərmanların xüsusi iyi var. İşin xüsusi cəhətlərinə diqqət yetirməli. Bu yeməklərin xüsusi ləzzəti var. 4. Ancaq müəyyən şəxslər və ya məqsəd üçün olan; məxsusi. Qəzetin xüsusi nömrəsi. Nümayəndələr xüsusi qatarla yola düşdülər. Teatrda xüsusi yerlər. Xüsusi komissiya işə başlamışdır. 5. Ayrıca götürülmüş, ayrı-ayrı, təsadüfi, qeyri-səciyyəvi, müstəsna. Xüsusi hallarda. Xüsusi faktları qanun kimi götürmək olmaz. 6. Elm, texnika, sənət və s.-nin hər hansı bir sahəsinə aid olan. Xüsusi təhsil məktəbi. Xüsusi fənlər. 7. Daha böyük, daha güclü, daha mühüm. Xüsusi bir məhəbbətlə sevmək. Xüsusi qayğı göstərmək. Xüsusi zəhmət tələb edən iş. ◊ Xüsusi müxbir – işlədiyi qəzeti (jurnalı) müntəzəm surətdə informasiya ilə təmin edən qəzet və ya jurnal əməkdaşı. M.Ə.Sabir “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş, həmin qəzetlərdə müntəzəm surətdə çıxış etmişdir. M.Məmmədov.
Azərbaycan dilinin izahlı lüğəti / xüsusi2 ə. 1) şəxsi, fərdi; 2) fərqli, qeyri-adi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xüsusi3 \ – ümumidən ayrı olan, hər hansı bir şeyə aid olan, ona xas olana deyilir. Ərəb dilindəki xassə \ şəddəli felinin \ məsdəridir. Xüsusi sözü dilimizdə geniş anlamlarda işlədilməkdədir. Bu sözün daha müasir olan və müasir türkcədən keçmə olan özəl sözü də hazırda istifadə olunur.
Fəlsəfə terminlərinin izahlı lüğəti / xüsusi4 1. XÜSUSİ (ancaq bir şəxsə, bir şeyə məxsus olan) Həmid bildi ki, məclis xüsusi onun şərəfinə düzəlib (H.Abbaszadə); FƏRDİ [Mister Ke:] ..bizim üçün fərdi təşəbbüs başlıca prinsipdir (M.Rzaquluzadə); MƏXSUSİ Qız evində bəy üçün məxsusi bəy xonçası gəlir (R.Əfəndiyev). 2. xüsusi bax şəxsi 3. xüsusi bax əlahiddə
Azərbaycan dilinin sinonimlər lüğəti / xüsusi1 XÜSUSİ – RƏSMİ Hərgah xüsusi kağıza qulaq asmasa, onda rəsmi təliqəni verərsən (Ə.Vəliyev). XÜSUSİ – ÜMUMİ Səttar xanla Bağır xan qalxıb xüsusi otağa keçdi (M.S.Ordubadi); Bağır xanın əyləşdiyi ümumi otağa girdik (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / xüsusi1 1. специальный, особый, особенный, своеобразный, приватный, специфический; 2. частный, личный, собственный;
Azərbaycanca-rusca lüğət / xüsusi2 I прил. 1. особый: 1) не похожий на других, не такой, как все; необычайный, особенный. Xüsusi rəy особое мнение, xüsusi vəziyyət особое положение; xüsusi sərəncam особое распоряжение 2) присущий только данному лицу, предмету, явлению; своеобразный. Xüsusi ələmətlər особые приметы, xüsusi əda особая манера 3) большой, значительный. Xüsusi qayğı особая забота, xüsusi diqqət особое внимание, xüsusi maraq особый интерес, xüsusi həvəs особая охота 4) имеющий специальное назначение. Xüsusi təyinatlı hərbi hissələr воинские части особого назначения 2. специальный: 1) предназначенный исключительно для кого-л., чего-л. Xüsusi tapşırıq специальное задание, xüsusi qrup специальная группа, xüsusi buraxılış специальный выпуск; xüsusi reys специальный рейс, xüsusi işarə специальный знак, xüsusi məlumat специальное сообщение; xüsusi müxbir специальный корреспондент 2) относящийся к какой-л. отдельной отрасли науки, техники, искусства. Xüsusi terminlər специальные термины, xüsusi ədəbiyyat специальная литература, xüsusi təhsil müəssisələri специальные учебные заведения; xüsusi kurs специальный курс (спецкурс), xüsusi seminar специальный семинар (спецсеминар) 3. собственный: 1) принадлежащий кому-л., чему-л. по праву собственности; индивидуальный, личный. Xüsusi ev собственный дом, xüsusi əmlak собственное имущество, xüsusi dükan собственный магазин; экон. xüsusi kapital собственный капитал, xüsusi dövriyyə vəsaitləri собственные оборотные средства, xüsusi müxbir собственный корреспондент 2) свойственный самому лицу, животному, предмету. Xüsusi çəki собственный вес (спортсмена и т.д.), xüsusi həcm собственный объем 4. частный: 1) принадлежащий отдельному лицу, не обществу, не государству. Xüsusi məktəb частная школа 2) связанный с владением личной собственностью, индивидуальным хозяйствованием. экон. Xüsusi mülkiyyət частная собственность, xüsusi sahibkarlıq частное предпринимательство, xüsusi təsərrüfat частное хозяйство, xüsusi ticarət частная торговля, xüsusi bazar частный рынок 3) выполняемый для отдельного лица или вне государственной службы. Xüsusi sifariş частный заказ, xüsusi məşğələ частное занятие 5. удельный (относящийся к единице измерения объема или массы тела вещества). физ. Xüsusi çəki удельный вес, xüsusi müqavimət удельное сопротивление, xüsusi keçirmə удельная проводимость, xüsusi təzyiq удельное давление, xüsusi istilik удельная теплота, xüsusi istilik tutumu удельная теплоемкость; xüsusi yük удельный заряд; xüsusi özlülük нефт. удельная вязкость II нареч. 1. особо, особенно, в особенности. Xüsusi yanaşmaq особо подходить 2. специально. Xüsusi görüşmək kimlə специально встретиться с кем; xüsusi olaraq особо, особенно; специально; xüsusi isim лингв. собственное имя существительное; xüsusi qərardad юрид. частное определение; мат. xüsusi həll частное решение, xüsusi diferensial частный дифференциал, xüsusi törəmə частное производное
Azərbaycanca-rusca lüğət / xüsusi1 s. 1. special, especial; ~ olaraq specially, especially; Bu xüsusi olaraq sizin üçün alınmışdır It is bought specially for you; 2. private; ~ kapital private / non-state capital; ~ mülkiyyət private property; ~ müəssisə privately owned enterprise; ~ şəxs private person; ~ dərs private lessons pl.; ~ iş private affair; 3. particular; ~ hal particular case; ümumidən ~yə from the general to the particular; 4. proper; ~ isim qram. proper noun; 5. specific; ~ çəki fiz. specific weight / gravity; ~ müqavimət specific resistance; ~ həcm specific volume
Azərbaycanca-ingiliscə lüğət / xüsusi1 sif. special, -le ; essentiel, -le ; privé, -e ; spécifique ; ~ olaraq spécialemment ; ~ kapital capital m particulier ; ~ mülkiyyət propriété f privée ; ~ dərslər leçons f pl privées ; ~ çəki poids m spécifique
Azərbaycanca-fransızca lüğət / xüsusi1 [ər.] прил. хсуси (1. тек вичиз (жуваз, чпиз) хас (махсус, талукь) тир; кьилди са касдин, кьилди вичин (жуван, чпин); 2. масабурулай фаркьлу тир, адетдинди тушир; кьетӀен; 3. махсус, кьилдин; ччара, кьетӀен; махсус метлеб авай; 4. мадни чӀехи, мадни гужлу); ** xüsusi müxbir хсуси корреспондент (газетдин, журналдин).
Azərbaycanca-ləzgicə lüğəti / xüsusi