Xınzırək nahiyəsi
Xınzırək nahiyəsi —1727-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livası inzibati–ərazi vahidi.
1727-ci ildə İrəvan əyalətinin nahiyələrindən birinin adı. Nahiyə İndiki Eçmiadzin rayonunun ərazisinin müəyyən hissəsini əhatə edirdi. Xunus və türk dillərində örək "tikinti", "istehkam" sözlərindən ibarətdir.
Toponimin "Xunus" hissəsi qədim türk mənşəli xun (hun etnoniminin bir forması, məsələn, Albaniyada Xunanqala) və qədim türk dillərində cəm bildirən "s" şəkilçisindən, (yaxud yunan mənşəli "os" adlıq hal şəkilçisin-dən) ibarətdir. Xınzirək "Xunusörək" adının zaman keçdikcə danışıqda təhrifidir. Nahiyə isə qədim Xınzirək kəndinin adı ilə adlanmışdır. Nahiyə indiki Eçmiədzin rayonu ərazisinin müəyyən hissəsini əhatə edirdi.
Xınzırək
Məmmədəlikənd
Mirmərək Mirək- Əmir Mərək adından təhrifdir
Molla Abdi Mənbədə kəndin adı "Monla Abdi"
Molla Xəlil Mənbədə kəndin Dumbulu tayfasının məskunlaşiası nəticəsində yarandığı qeyd olunur
Molla Hacılı "əhalisi Sinli camaatındandır"
Muğanlı
Musahacılı "Əhalisi Sinli camaatındandır"
Musaxacəli "Sinlu əşirətinə" mənsub olması göstərilir
Nazravan
Nakivdar kənd Dumbuli tayfasının məskunlaşması nəticəsində yaranmış
Samaqar (Eçmiədzin)
Söyüdlü "Əhalisi Dünbili camaatındandır"
Taşlıca
Uzunqışlaq
Üzənli"Başqa adı İrəmli" (yenə orada). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada).