Xəldun sözü azərbaycan dilində

Xəldun

Yazılış

  • Xəldun • 93.7500%
  • xəldun • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İbn Xəldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Müqəddimə (İbn Xəldun)
Müqəddimə (ərəb. مقدّمة‎; "Giriş"), həmçinin İbn Xəldunun Müqəddiməsi (ərəb. مقدّمة ابن خلدون‎) və ya və ya İbn Xəldunun Proleqomenası (q.yun. Προλεγόμενα ) kimi də tanınır) — ərəb tarixçisi İbn Xəldun tərəfindən 1377-ci ildə yazılmış və ümumbəşəri tarixə baxışı təqdim edən kitab Bəzi müasir mütəfəkkirlər ona sosiologiya, demoqrafiya, və mədəniyyət tarixi kimi ictimai elmlər üzrə yazılmış ilk əsər kimi baxırlar. “Müqəddimə” həmçinin İslam ilahiyyatı, tarixşünaslıq, tarix fəlsəfəsi, iqtisadiyyat, siyasi nəzəriyyə və ekologiya sferalarını da əhatə edir. O, həmçinin sosial darvinizmin, və darvinizmin carçısı və ya erkən nümayəndəsi kimi də qəbul edilir.İbn Xəldun bu əsəri 1377-ci ildə özünün dünya tarixinə dair planlaşdırdığı əsəri olan Kitab əl-'İbarın ("Dərslər kitabı") müqəddiməsi və ilk kitabı olaraq yazmışdır. Lakin artıq onun sağlığında müstəqil əsər kimi qəbul edilmişdir. Müqəddimə 6 bölmədən ibarətdir: İqlimlərin və qidalanmanın insan təbiəti və mədəniyyətlərə təsiri, Köçəri və oturaq mədəniyyətlərin müqayisə edilməsi və iki mədəniyyət arasındakı ziddiyətlərin sosial nəticələri, Dövlətlərin yaranması və çöküşü, səltənət, xilafət və krallıq etmənin şərtləri və qaydaları, Kənd və qəsəbə həyatı ilə abadlaşdırma fəaliyyətləri və bunun İslam dövləti ilə əlaqəsi, Dövrün əsas peşələri, dolanışıq vasitələri, sənət, ticarət, əkinçilik və inşaat kimi iqtisadi fəaliyyətlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2006 ••••••••••••••••••• 0.45
2007 •••••••••••••••••• 0.42
2009 •••••••••••••••••••• 0.48
2010 •••• 0.09
2011 •••• 0.09
2012 •••• 0.09
2013 ••••••• 0.15
2014 •••••••• 0.17
2019 •••••• 0.14

Oxşar sözlər

#xəldun nədir? #xəldun sözünün mənası #xəldun nə deməkdir? #xəldun sözünün izahı #xəldun sözünün yazılışı #xəldun necə yazılır? #xəldun sözünün düzgün yazılışı #xəldun leksik mənası #xəldun sözünün sinonimi #xəldun sözünün yaxın mənalı sözlər #xəldun sözünün əks mənası #xəldun sözünün etimologiyası #xəldun sözünün orfoqrafiyası #xəldun rusca #xəldun inglisça #xəldun fransızca #xəldun sözünün istifadəsi #sözlük