* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] klas. 1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi. Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. Aşıq Ələsgər. □ Xəndan etmək – şənləndirmək, sevindirmək, ürəyini açmaq. Qönçə tək bağrını əzəldə fələk qan eylər; Sonra könlünü açıb dəhrdə xəndan eylər. S.Ə.Şirvani. Qılaram səcdə müdam əcz ilə ol dərgahə; Ki həyatinlə bu gün könlümi xəndan etdin. A.Səhhət. Xəndan olmaq – şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək. Gözlülər başladılar ağlamağa; Kurlər də ona xəndan oldu. M.Ə.Sabir. Sənin xəndan olur gül dodaqların; Onda ki gözümdən yaşlar saçılır… M.Müşfiq. 2. məc. Tamam açılmış (klassik şeirdə gözəlin üzü tam açılmış gülə oxşadılır). Bədirlənmiş ya bir mahi-tabansan; Ya cənnət bağında güli-xəndansan. M.P.Vaqif. Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda; Bir gül hələ də sən kimi xəndan ola bilməz. Ə.Vahid. □ Xəndan olmaq məc. – tamam açılmaq. Qızılgül xəndan oldu; Dərmədim dən-dən oldu; Mən səndən ayrılmazdım; Ayrılıq səndən oldu. (Bayatı). [Qızlar və çocuqlar:] Açmış bənöfşə, sünbül; Xəndan olur qızılgül; Ötdükcə sanki bülbül; Rəqs etdirir xəyalı. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / xəndan3 f. 1) gülən, gülərək; 2) tamam açılmış gül; 3) m. şən, şad.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xəndan1 Farsca xəndidən (gülmək) məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xəndan2 устар. I прил. улыбчивый, весёлый; xəndan etmək веселить, развеселить II сущ. распустившийся цветок (о красавице); xəndan olmaq распускаться (о цветке)
Azərbaycanca-rusca lüğət / xəndan1 sif. 1) souriant, -e, joyeu//x, -se ; ~ etmək faire sourire ; 2) is. gülü ~ une beauté
Azərbaycanca-fransızca lüğət / xəndan1 [fars.] прил. клас. 1. хъуьредай, шад, ччина хъвер авай; xəndan etmək хвеши авун, шадарун, рикӀ аладарун; xəndan olmaq хвешивиляй ччин хъуьруьн, шад хьун, хвеши хьун; 2. пер. тамам ахъа хьайи (классик шиирра гуьзелдин ччин тамам ахъа хьайи цуькведив гекъигун).
Azərbaycanca-ləzgicə lüğəti / xəndan