* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı. – Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. Çatıb kəndin meydanına düşdük atlardan; Kənd axışdı yanımıza keçmədi bir an. S.Rüstəm. 2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. Dağın o tərəfi böyük meydandır. 3. Bir işin icrası üçün geniş sahə, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı. – [Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq. 4. Obrazlı təşbehlərdə: “geniş”, “enli” mənasında. Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. Ə.Əlibəyli. 5. Yerlik halda: meydanda – ortada, arada, aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur. // Yönlük halda: meydana – ortaya, araya, aralığa. Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. C.Məmmədquluzadə. // Yerlik halda xəbər şəkilçisi ilə: meydandadır – aşkardır, göz önündədir, hamı görür. Onun gördüyü işlər hamısı meydandadır. 6. məc. Fürsət, imkan; əlverişli şərait. Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? M.Ə.Sabir. Bir qız ilən bir gəlinin bəhsi var; Gəlin deyər: – Bu gün meydan məndədir. Aşıq Valeh. ◊ Meydan açmaq – mübarizəyə çağırmaq, döyüşə hazır olmaq, döyüşə girişmək. Minincə öz Qıratına; Meydan açar əsən yelə. A.Şaiq. Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun. Meydan demək – bax meydan oxumaq. Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun. Meydan düzəltmək – bax meydan qurmaq. [Xəlfə:] Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıboynasın. C.Cabbarlı. Meydan günü – imtahan, sınaq vaxtı, yoxlama zamanı. Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Meydan qurmaq – toplaşmaq, bir yerə yığılmaq. Meydan quraq, söhbət açaq, saz tutaq; Gül yanaqda qoşa xaldan danışaq. S.Vurğun. Meydan oxumaq – müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək. At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. [Altunbay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı. Meydan sulamaq – hökmranlıq etmək, özünü hökmran kimi aparmaq, mənəm-mənəm demək. Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov. Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfəndiyev. Meydan tutmaq – çaşmaq, karıxmaq, özünü itirmək, nə edəcəyini bilməmək. Silanın qəlbi alovlandı. Onu meydan tutdu. S.Vəliyev. Meydan vermək – imkan vermək, mane olmamaq, yol vermək, kömək etmək. [Bəhram:] Yox, verilməz buna meydan; Sarayın öz qanunu var. A.Şaiq. [Firəngiz Cəbrayıla:] Biz [Musaya] öz fikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov. Meydana atılmaq – özünü qabağa vermək, irəli atılmaq. Bizim … qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Ü.Hacıbəyov. Meydana atmaq – aşkara çıxarmaq, aşkar etmək, hamıya bildirmək. Meydana buyur (buyur meydana) – döyüşə, vuruşa və ya mübahisəyə dəvət. [Şah:] Sən bədəfkar və xəbis cəlladsan; Qorxmuram səndən, buyur meydana sən. Ü.Hacıbəyov. Meydana çıxartmaq – aşkar etmək, göstərmək. Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Məmmədquluzadə. “Həyat” Mirzədə güclü dramaturqluq istedadının olduğunu meydana çıxartdı. S.Rəhman. Meydana çıxmaq – aşkar olmaq, zahirə çıxmaq, ortada görünmək. …Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Niyə nuri-həqiqət çıxmayır meydanə bilməm ki… M.Hadi. Meydana gəlmək – 1) mübahisə, mübarizə meydanına daxil olmaq. Bircə nolaydı gələ meydanıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani. Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun; 2) ortaya çıxmaq. Hamamdan gələndən sonra bəyin başı qırxılmaq məsələsi meydana gəlir. R.Əfəndiyev. Meydana qoymaq (çəkmək) – ortaya çıxarmaq, üzə çıxarmaq, zahir etmək, açmaq, bildirmək. Məsələni meydana qoymaq. – Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli. Meydanda olmaq – zahirdə, aşkarda olmaq, göz önündə olmaq. Meydanda tək qalmaq – köməksiz olmaq, təkbaşına qalmaq. Bu dəmdə Xəlilə kənardan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn. Meydandan qaçmaq – axıra qədər bir işi davam etdirməmək, dala çəkilmək, qorxmaq. Meydandan qaçana namus, ar olsun! “Koroğlu”. Meydanı boş (xali) görmək – heç bir maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək. Meydanı boş görmüsən? – Gördü meydanı adamdan xali; Hərə bir əzmə şitaban oldu. M.Ə.Sabir. Meydanı daralmaq – işlənmə sahəsi azalmaq, məhdudlaşmaq. …Ərəb [əlifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazadə.
Azərbaycan dilinin izahlı lüğəti / meydan3 f. 1) açıqlıq, düz yer; 2) bir neçə küçə arasındakı şahə. Meydani-cəng döyüş meydanı; meydani-eşq eşq meydanı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / meydan1 Fars mənşəlidir “şadlanmaq yeri” deməkdir, mey “içki”, dan “yer” deməkdir (çaydan, çamadan, güldan...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / meydan2 сущ. 1. площадь (в городе, селе). Azadlıq meydanı площадь Свободы, vağzalyanı meydan привокзальная площадь, Gənclər meydanı площадь Молодёжи 2. поле: 1) обширное пространство чего-л. Geniş meydan широкое поле 2) оборудованная ровная площадь. Uçuş meydanı лётное поле, futbol meydanı футбольное поле 3) перен. область, сфера какой-л. деятельности; поприще 3. арена (место, где происходит, разыгрывается что-л.). Müasir dünya şiddətli mübarizə meydanıdır современный мир является ареной острой борьбы, geniş fəaliyyət meydanı широкая арена деятельности, meydandadır kim, nə налицо кто, что ◊ döyüş meydanı поле боя, поле брани; meydan vermək kimə, nəyə дать простор к ому, ч ему; meydan oxumaq: 1. бряцать оружием, вызывать кого-л на бой, бросать, бросить вызов кому-л.; 2. вести себя вызывающе; meydana çıxmaq: 1. появляться, появиться, возникать, возникнуть; 2. выходить, выйти на арену; meydana çıxartmaq: 1. kimi, nəyi выводить, вывести на арену; 2. nəyi выявлять, выявить, обнаруживать, обнаружить что; meydandan çıxmaq, meydanı tərk etmək выходить, выйти из игры; meydanı qızışdırmaq подливать масло в огонь, подстрекать, подзадоривать; meydanı daralıb kimin, nəyin поле деятельности сузилось у кого; meydana at salmaq: 1. бряцать оружием; 2. вмешаться в разговор, спор; meydana gəlmək появляться, появиться на арене; meydana qoymaq выставлять, выставить напоказ; meydana gətirmək создавать, образовывать, производить, творить; meydana atılmaq кидаться, кинуться в бой; meydandan qaçmaq выходить, выйти из игры; meydanda tək qalmaq остаться один на один с кем -, с чём-л., остаться одному на поле брани; meydanı boş görmək воспользоваться отсутствием сопротивления; meydan sulamaq; см. meydan oxumaq; meydan qurmaq собираться, собраться вместе (для каких-л. развлечений); meydan kimidir просторно где
Azərbaycanca-rusca lüğət / meydan1 i. 1. square; 2. area; oyun ~ı playground; tennis ~ı tennis-court; basketbol və voleybol ~ı basketball and volley-ball pitch; tikinti ~ı building site; enmə ~ı landing ground; Azadlıq meydanı The Square of Freedom; ~a çıxartmaq to discover, to reveal, to find* out; ~a gəlmək to occur, to appear, to happen; ~a gətirmək to create (d.), to organize (d.), to produce (d.); ~dan qaçmaq to run (away); ~ vermək to give* a way; ◊ ~ oxumaq / sulamaq 1) to call smb. for fighting; 2) to act himself provocative / aggressive; ~ da olmaq to be* present, to be* on hand, to be* available; ~ dan çıxmaq to leave* fight, to run* (away)
Azərbaycanca-ingiliscə lüğət / meydan1 is. 1) place f ; Füzuli ~ı place Fuzouli ; 2) champ m ; terrain m ; uçuş ~ı terrain d’aviation ; təlim ~ı champ de manoeuvres ; döyüş ~ı champ de bataille ; tennis ~ı court m ; ~a gətirmək créer vt, organiser vt, produire vt ; ~ vermək donner libre cours à qch ◊ ~ı qızışdırmaq jeter de l’huile sur le feu ; ~a atılmaq jeter (se) dans le combat, lancer (se) dans la bataille
Azərbaycanca-fransızca lüğət / meydan1 [fars.] сущ. майдан (1. шегьердин, хуьруьн къене ва мс. дараматар авачир гегьенш, ахъа, фирягь, дуьз чка; дуьзенлух; 2. тешпигьра: генг, гьяркьуь, фирягь манада (мес. инсандин хуруз тешпигь); 3. пер. фирсет, серфе, имкан; кутугай шартӀар, шараит; at ələ düşər, meydan ələ düşməz. Ata. sözü балкlан жагъида, майдан жагъидач; 4. meydanda майданда(л), юкьвал, арадал; meydandadır майдандал ала, дуьздал ала, ашкара я, вилик ква, виридаз аквазва; ** meydan demək кил. meydan oxumaq; meydan düzəltmək кил. meydan qurmaq; meydan qurmaq майдан туькӀуьрун, кӀватӀ хьун, са чкадал кӀватӀ хьун; meydan oxumaq майдан кӀелун, женгиниз, дяведиз эверун, кичӀерар гун; meydan sulamaq майдан гьалун, агъавал авун, вичи-вич агъа хьиз тухун, зун-зун лугьун; meydan tutmaq акахьун, какахьун, вичи-вич квадарун, кьил квадарун, вуч ийидатӀа течиз амукьун; meydan vermək майдан гун, имкан гун, манийвал тавун, рехъ гун, куьмекун; meydana atmaq арадал вегьин, дуьздал акъудун, ашкара авун, виридаз чирун; meydana buyur (buyur meydana) ша майдандиз (женгиниз, кукӀуниз, дяведиз эвер гун); meydana çıxarmaq майдандиз (майдандал) акъудун, дуьздал акъудун, ашкара авун, къалурун; meydana gəlmək а) майдандиз атун, женгиниз атун, женгиник экечӀун; б) арадал атун; meydanda tək qalmaq майдандал тек аламукьун, куьмек авачиз амукьун; meydanda olmaq майдандал хьун, дуьздал хьун, винел хьун, вилин кӀаник хьун; meydandan qaçmaq майдандай катун, са кар эхирда кьван тавун, кьулухъ хьун, кичӀе хьун.
Azərbaycanca-ləzgicə lüğəti / meydan