xəzərlər sözü azərbaycan dilində

xəzərlər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəzərlər • 73.9130%
  • Xəzərlər • 26.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəzərlər
Xəzərlər (ivr. ‏כוזרים‏‎ (kuzarim), ərəb. خزر‎ (xazar), yun. Χαζαροι (xazaroy), q.rus Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri. Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir. Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı.

xəzərlər sözünün leksik mənası və izahı

xəzərlər sözünün rus dilinə tərcüməsi

  • 1 ист. хазары (конгломерат народность в основном тюркских в низовьях волги)

    Azərbaycanca-rusca lüğət / xəzərlər
  • 2 сущ. истор. хазары (тюркоязычный народ, образовавшийся в V-X вв. в Западно-Прикаспийской степи; хазарский каганат)

    Azərbaycanca-rusca lüğət / xəzərlər

xəzərlər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гз. ист. хазарар (V-Х лагьай виш йисара Агъа Волгадилай Кавказда кьван ва ЧIулав гьуьлуьн кефер паюна кьван чкада девлет авур туьркчӀалан халкь).

    Azərbaycanca-ləzgicə lüğəti / xəzərlər

"xəzərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəzərlər nədir? #xəzərlər sözünün mənası #xəzərlər nə deməkdir? #xəzərlər sözünün izahı #xəzərlər sözünün yazılışı #xəzərlər necə yazılır? #xəzərlər sözünün düzgün yazılışı #xəzərlər leksik mənası #xəzərlər sözünün sinonimi #xəzərlər sözünün yaxın mənalı sözlər #xəzərlər sözünün əks mənası #xəzərlər sözünün etimologiyası #xəzərlər sözünün orfoqrafiyası #xəzərlər rusca #xəzərlər inglisça #xəzərlər fransızca #xəzərlər sözünün istifadəsi #sözlük