Yakutiya Muxtar Sovet Sosialist Respublikası
Yakutiya Muxtar Sovet Sosialist Respublikası (Yakutiya MSSR, YMSSR, saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката, saxa Саха АССР) — RSFSR tərkibində muxtar respublika. 1922-ci il aprelin 27-də təşkil olunmuşdur. 1922–1992-ci illərdə mövcud olmuşdur. Sahəsi 3103,2 min km², əhalisi 842 min nəfər olmuşdur (1978). 32 rayon, 10 şəhəri, 59 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Yakutsk şəhəri olmuşdur. Lena, Anabar, Olenok, Yana, İndigirka çaylarının hövzəsində, şimalda Laptevlər və Şərqi Sibir dənizi, Yeni Sibir adalarının sahillərində yerləşirdi. Muxtar respublikanın ərazisinin 40% -dən çoxu Şimal Qütb dairəsi daxilində yerləşirdi.
== Tarixi ==
Yakutiya Muxtar Sovet Sosialist Respublikası 27 aprel 1922-ci ildə Yakutsk vilayətinə daxil olan Aşağı Tunquska istisna olmaqla (İrkutsk vilayətinin Kirenski qəzasının tərkibinə daxil olmuşdur) bütün vilayət ərazisini, Yenisey vilayətinin Xatanqq-Anabar rayponu, İrkutsk vilayətinin Kirenski rayonunun Olenok-Suntarski volostu və 84 ° ilə 140½ ° şərq uzunluğu meridianları arasında yerləşən Şimal Buzlu okeanının bütün adaları daxil idi. Respublika RSFSR-in bir hissəsi olaraq meydana gəlmişdi. Yakutiya Muxtar Respublikasının yaranmasında əsas rolu Maksim Ammosov, Plato Oyunski və İsid Baraxov mühüm oynadılar.