Yakutiyada faydalı qazıntılar
Yakutiyada faydalı qazıntılar — Yakutiya Respublikası (Saxa) faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir ərazidir. Burada 58 növ faydalı qazıntıların 1823 yatağı rəsmi qeydiyyata alınmışdır. Bunları ən əsası almaz (Rusiyanın ehtiyatlarının 82% -i), stibium (82%), uran (% 61) yataqlarıdır. Həmçinin Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47%-i, təbii qaz və neftin 35%-i Yakutiyanın payına düşür. Bununla belə 16 mindən çox potensial faydalı qazıntı yatağı zəif tədqiq edilmiş olaraq qalır.
== Stibium ==
Yakutiya stibiumunun əsas ehtiyatları Adıyça-Tarın filiz zonasında cəmlənmişdir. Rəsmi olaraq respublikada 7 stibium yatağı qeydiyyata alınmışdır və stibium da bəzi qızıl yataqlarının əlaqəli bir hissəsidir. Sarılax və Sentaçan yataqları filizin həcmi və konsentrasiyası baxımından unikaldır. Yakutiya bu elementin Rusiyada istehsalının 100% -ni təmin edir.
== Almaz ==
Saxa almaz ehtiyatları Yakut almaz vilayətində cəmlənmişdir.