Yamanaşi Universiteti
Yamanaşi Universiteti (yap. 山梨大学, Yamanashi Daigaku), — Yaponiyanın Yamanaşi şəhərində yerləşən milli universitet. Universitetin kampusları Tokiodan təxminən 120 km. qərbdə, dağlarla əhatə olunmuş Kofu hövzəsinin mərkəzində, Kofu və Çuo şəhərlərində yerləşir.
== Tarixi ==
Yamanaşi Universitetinin mənşəyi 1795-ci ildə Tokuqava hökumətinin "Şoheizaka" məktəbinin (sonradan Tokio Universiteti) bir qolu kimi əsası qoyulan və Yamanaşi Müəllimlər Məktəbinə çevrilən "Kitenkan"dan (徽典館) gəlir. 1921-ci ildə kiçik yaşlı uşaqlar üçün Yamanaşi Müəllimlər Məktəbi və 1924-cü ildə Yamanaşi Mühəndislik Ali Məktəbi yaradıldı.
İkinci Dünya Müharibəsindən sonra bu üç məktəb Yaponiyanın yeni məktəb sisteminə uyğun olaraq Yamanaşi Universitetinə birləşdirildi.
Universitet rəsmi olaraq Yamanaşi Milli Universitet Korporasiyası adlanır. 2012-ci ildə Təhsil və İnsan Elmləri fakültəsi və Mühəndislik fakültəsi təşkil edildi və Həyat və Ətraf Mühit Elmləri fakültəsi yeni yaradıldı.
2016-cı ildə Pedaqoji-humanitar fakültəsində davamlı təhsil ləğv edilmiş və fakültə Təhsil fakültəsi adlandırılmışdır.