yapıncı sözü azərbaycan dilində

yapıncı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yapıncı • 80.0000%
  • Yapıncı • 17.5000%
  • YAPINCI • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirilərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 ••••••••••• 0.09
2017 •••••••••••••••••••• 0.16

yapıncı sözünün leksik mənası və izahı

  • 1 is. Basılmış keçi yunundan (keçədən) hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim. [Qurbanəli:] Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov. [Həmzə] bərk-bərk yapıncısına bürünmüşdü. Ə.Əbülhəsən. Atlıların başlarında şələ papaq vardı, çiyinlərinə yapıncı salmışdılar. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / yapıncı

yapıncı sözünün etimologiyası

  • 1 Yapı (Krışa, Kopot) sözü ilə kökdaşdır.Gecə yerinə, yaptaq işlətdiyimiz vaxtlar olub. Yapmaq (покрывать, закрывать), yapışdırmaq sözləri ilə yapıncı, yaptaq sözləri kökdaşdır. “Örtmək” anlamı ilə bağlı sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yapıncı

yapıncı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YAPINCI (adətən çobanlar üçün uzun geyim) Atlı yəhərin qaşındakı tüfəngin qundağını yapıncının altında gizlətmişdi (İ.Şıxlı); CÜRCƏN(Ə) Qoyun otaran çobanlar cürcənələrini başına salıb sürünün dövrəsində hərləndilər (Ə.Vəliyev); QARTI Dünya malından var: sicim, çatısı; Patavası, çuxası, həm qartısı (A.Şaiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yapıncı

yapıncı sözünün rus dilinə tərcüməsi

  • 1 бурка, епанча

    Azərbaycanca-rusca lüğət / yapıncı
  • 2 сущ. 1. бурка (род войлочного мохнатого плаща-накидки). Qara yapıncı чёрная бурка, yapıncıya bürünmək кутаться в бурку, yapıncını çiyninə atmaq накинуть бурку на плечи, yapıncını üstünə çəkmək укрываться буркой, yapıncını yerə sərmək постелить бурку на землю 2. перен. поэт. покрывало. Gecənin qara yapıncısı чёрное покрывало ночи, dağların ağ yapıncısı белое (снежное) покрывало гор

    Azərbaycanca-rusca lüğət / yapıncı

yapıncı sözünün inglis dilinə tərcüməsi

yapıncı sözünün ləzgi dilinə tərcüməsi

"yapıncı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yapıncı nədir? #yapıncı sözünün mənası #yapıncı nə deməkdir? #yapıncı sözünün izahı #yapıncı sözünün yazılışı #yapıncı necə yazılır? #yapıncı sözünün düzgün yazılışı #yapıncı leksik mənası #yapıncı sözünün sinonimi #yapıncı sözünün yaxın mənalı sözlər #yapıncı sözünün əks mənası #yapıncı sözünün etimologiyası #yapıncı sözünün orfoqrafiyası #yapıncı rusca #yapıncı inglisça #yapıncı fransızca #yapıncı sözünün istifadəsi #sözlük