Yaxınını sev (roman)
Yaxınını sev Alman yazıçısı Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark) tərəfindən 1939-cu ildə yazılmış roman. Roman Avropada I dünya müharibəsindən sonrakı dövrdən, Almaniyada NSAFP-nin hakimiyyətə gəlməsindən, "üçüncü növ" millət sayılan yəhudilərin ağır və faciəli həyatından bəhs edir. Əsərdə yəhudilərin gündəlik qayğıları, onlara qarşı münasibət, işdən azad edilmələri, hüquqlarının pozulması, sənədlərinin əllərindən alıb ölkədən çıxarılması kimi tarixi hadisələr bədi şəkildə təsvir edilmişdir. Böyük bir mühacir ordusu ölkəni tərk etmiş olur. Tezliklə emiqrant dalğası bütün Avropanı bürümüş olur. İnsanlar bir ölkədən digər bir ölkəyə qeyri qanuni yollarla, saxta sənədlərlə qaçmağa məcburdurlar. Romanda müəllif bütün bu ağılasığmaz hadisələr fonunda həmin dövrün insanlarının ağır talelərinə baxmayaraq həyatı sevmək əzmində olduqlarını göstərmişdir. Yazıçı Fransaya və oradan da ABŞ-yə səyahət edərkən romanı nəşr elətdirir. Alman dilində ilk nəşr 1941-ci ilin sentyabrında işıq üzü görür.