* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İnsanın müsbət mənəvi keyfiyyəti, sifəti (pislik, yamanlıq ziddi). Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmıyaq… C.Məmmədquluzadə. Yamanlıq, yaxşılıq durmuş üz-üzə; Dilsiz əsrlərdən mirasdır bizə. S.Vurğun. // Yaxşı, müsbət iş. hərəkət; xeyirxahlıq, qeydkeşlik, kömək. Adamlara yaxşılıq etmək. – Mənim yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. “Koroğlu”. Yamanlıq eyləmə bir şəxsə, yaxşılıq var ikən. S.Ə.Şirvani. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / yaxşılıq2 YAXŞILIQ [Fərman:] Sənin barəndə yaxşılıqdan başqa bir fikrim yoxdur (M.İbrahimov); EHSAN (kl.əd.) Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox (Xətayi); EYİLİK (köhn.) Aşıq Süleyman: Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə (H.Cavid); XEYİRXAHLIQ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / yaxşılıq1 YAXŞILIQ – YAMANLIQ Dünyada nə yaxşılıq itər, nə də yamanlıq (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / yaxşılıq2 сущ. 1. хорошее (обладающее положительными свойствами, качествами). Yaxşılığı bilmək ценить хорошее, çox yaxşılıqlar eləmək сделать много хорошего 2. доброта. Sənin yaxşılığını unutmaram не забуду твою доброту, yaxşılıq göstərmək проявить доброту 3. добро (всё положительное, хорошее, полезное). Yaxşılıq bilməz неблагодарный, не помнящий добра, yaxşılıq etmək делать добро; yaxşılıq itməz добро не пропадет; yaxşılıq görmək kimdən видеть хорошее от кого, видеть добро от кого; yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir отвечать добром за добро должен каждый, отвечать добром за зло может настоящий мужчина; yaxşılığı keçmək kimə сделать добро к ому; yaxşılığı dəymək kimin kimə см. yaxşılığı keçmək; yaxşılığa doğru gedir (yönəlir, düzəlir) что-л. идёт к добру, к хорошему; yaxşılığını istəmək kimin желать добра к ому; yaxşılıq qalacaq хорошее не забудется; yaxşılığa yamanlıq черная неблагодарность; yaxşılıq ummaq kimdən ждать добра от кого; adını yaxşılığa çəkmək kimin поминать добром, добрым словом кого; adı yaxşılığa çəkilmək быть помянутым добром; yaxşılığından çıxmaq kimin отблагодарить за добро кого, не оставаться в долгу перед кем; yaxşılığı itirməmək не забывать хорошего; yaxşılığı itirmək забывать, забыть сделанное добро
Azərbaycanca-rusca lüğət / yaxşılıq1 i. good, goodness, kindness, favour; böyük ~ great kindness; bir kəsə ~ etmək to show* / to do* smb. kindness; Mən ondan çox yaxşılıqlar görmüşəm He / She was very good to me, I have received many kindnesses from him / her
Azərbaycanca-ingiliscə lüğət / yaxşılıq