yaxınlıq sözü azərbaycan dilində

yaxınlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaxınlıq • 95.8391%
  • Yaxınlıq • 3.8835%
  • YAXINLIQ • 0.2774%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum.İnduktiv yaxınlıq sensorların ucunda dolaq yerləşir. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir.Tutum yaxınlıq sensorları cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir. == Xüsusiyyətləri == Yaxınlıq sensorları limit sviçdən fərqli olaraq heç bir mexaniki kontakt olmadan obyekti müəyyən edə bilir. Kontaktsız işləmə xüsusiyyəti onların işləmə müddətinin artmasına səbəb olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.17 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••• 1.57
2004 ••• 1.01
2006 •• 0.68
2007 ••••• 1.48
2008 ••• 0.97
2009 ••••••••••• 3.52
2010 •••••••••• 3.36
2011 •••••••• 2.49
2012 •••• 1.12
2013 ••••••••• 2.92
2014 ••••••• 2.06
2015 ••••••• 2.21
2016 •••••• 1.74
2017 ••• 0.98
2018 ••••••• 2.40
2019 ••••• 1.39
2020 •••••••••••••• 4.51

yaxınlıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. // Yaxın yer, ətraf. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. İ.Əfəndiyev. 2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. Qışın yaxınlığı. İmtahanların yaxınlığı. 3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. İnsanlar arasında yaxınlıq. – [Müəllim və Tellinin] arasında ruhi bir yaxınlıq vardı. S.Hüseyn. Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Mir Cəlal. □ Yaxınlıq etmək – dostluq etmək, bir-birinə yaxın olmaq, yaxın əlaqə saxlamaq. Eldar [Ceyran] barəsində çox maraqlanır. Lakin yaxınlıq etməyə üzü gəlmir. S.Hüseyn. Qurban Mərəndi ilə [Firidun] bir daha yaxınlıq etmədi. M.İbrahimov. 4. Uyğunluq, oxşarlıq, bənzərlik. Tərcümənin orijinala yaxınlığı.

    Azərbaycan dilinin izahlı lüğəti / yaxınlıq

yaxınlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yaxınlıq sözünün antonimləri (əks mənalı sözlər)

yaxınlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. близость, сближение; 2. близкое знакомство, родство;

    Azərbaycanca-rusca lüğət / yaxınlıq
  • 2 сущ. 1. близость: 1) недальность расстояния, соседство. Evin yaxınlığı близость дома, şəhərin yaxınlığı близость города 2) недальность по времени наступления чего-л. Axşamın yaxınlığı близость вечера, baharın yaxınlığı близость весны 3) связь, дружба (о взаимоотношениях). İnsanlar arasında yaxınlıq близость между людьми, aramızdakı yaxınlıq близость между нами: 4) сходство, точность, верность. Tərcümənin orijinala (əslinə) yaxınlığı близость перевода к оригиналу 2. общность, родство. Ədəbiyyatla incəsənət arasında yaxınlıq общность литературы и искусства; üzvi yaxınlıq органическая близость; yaxınlıq etmək kimlə дружить, быть в дружеских отношениях с кем; yaxınlıq vermək kimə допускать кого к близкому общению с собой; yaxınlıq verməmək kimə держать в почтительном отдалении кого, не допускать близко к себе; yaxınlıq hiss etmək kimə чувствовать близость к кому; yaxınlığı olmaq kimə быть в близких отношениях с кем; yaxınlığı yoxdur и близко не подходит, не соответствует, нет ничего общего; yaxınlığını duymaq nəyin чувствовать близость чего; mövqelərin yaxınlığı близость позиций, mənəvi yaxınlıq духовная близость

    Azərbaycanca-rusca lüğət / yaxınlıq

yaxınlıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (məsafə) nearness, closeness; proximity; xammal mənbəyinə ~ proximity to the sources of raw materials; bilavasitə ~ immediate proximity (to); 2. (münasibətdə) intimacy

    Azərbaycanca-ingiliscə lüğət / yaxınlıq

yaxınlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. мукьвалвал, гзаф яргъал тахьун, мукьвал хьунухь; // мукьвал чкаяр, невегьар; 2. вахт гьисабдалди мукьва хьун; qışın yaxınlığı хъуьтӀуьн мукьвалвал; 3. мукьвавал, мукьва алакъа; дуствилин, мукьвавилин алакъа, инсанрин арада мукьвавал; yaxınlıq etmək мукьвавал авун, дуствал авун, сад-садаз мукьва хьун, алакъа хуьн; 4. ухшарвал, сад-садав кьурвал.

    Azərbaycanca-ləzgicə lüğəti / yaxınlıq

"yaxınlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaxınlıq nədir? #yaxınlıq sözünün mənası #yaxınlıq nə deməkdir? #yaxınlıq sözünün izahı #yaxınlıq sözünün yazılışı #yaxınlıq necə yazılır? #yaxınlıq sözünün düzgün yazılışı #yaxınlıq leksik mənası #yaxınlıq sözünün sinonimi #yaxınlıq sözünün yaxın mənalı sözlər #yaxınlıq sözünün əks mənası #yaxınlıq sözünün etimologiyası #yaxınlıq sözünün orfoqrafiyası #yaxınlıq rusca #yaxınlıq inglisça #yaxınlıq fransızca #yaxınlıq sözünün istifadəsi #sözlük