* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. □ Yelkən açmaq (qaldırmaq) – yelkənləri açıb hərəkət etmək, yola düşmək. Dərviş olan gedər, gəzər dərində; Yelkən açar dayazlarda, dərində. Aşıq Ələsgər. Yelkən gəmisi – yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkən çəkmək – bax yelkən açmaq. Tez olun, yelkən çəkin, düşək yola. Yelkənləri endirmək – hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq. 2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. Tutu yelkənə çırpmaq. 3. Badban, çərpələng. Yelkən uçurtmaq. ◊ Yelkəni suya salmaq (vermək) – təslim olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / yelkən1 Yelmək feili olub, sürüşkən qəlibi üzrə də yelkən əmələ gəlib. Silah növü olan yay-oxda da yelək var. Oxun qanadıdır və onun uzaq məsafəyə uçmasını təmin edir. Antonimi çovar (əsli: ərəbcə “civar”dır) sözüdür. Yelək və lələk eyni söz olub, hər ikisi yel kəlməsi ilə bağlıdır. Yelmək (uzağa getmək) feilindən əmələ gəlib (indi yelmək müstəqil işlədilmir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yelkən1 YELKƏN I is. Gəmi. Lermontovun yelkəni tək; Sakitliyi tufanlarda aramışam (B.Vahabzadə). YELKƏN II sif. Külək tutan yer. Yelkən yerdə oturma, xəstələnərsən.
Azərbaycan dilinin omonimlər lüğəti / yelkən2 I сущ. парус: 1. морск. полотнище парусины на мачте судна, надуваемое ветром. Yelkən açmaq (qaldırmaq) поднять парус, yelkəni endirmək убрать парус 2. бот. парус (цветка); yelkən balıq зоол. парусник (рыба отряда окунеобразных) II прил. парусный. Yelkən gəmisi парусное судно, парусник ◊ yelkəni suya salmaq сдаваться, сдаться; покориться
Azərbaycanca-rusca lüğət / yelkən1 сущ. 1. елкен; yelkən açmaq (qaldırmaq) елкенар ахъаюн (хкажун), елкенар ахъайна рекье гьатун (гими, луьткве); yelkən gəmisi елкенар алай (мотор алачир) гими (луьткве); yelkən çəkmək кил. yelkən açmaq; yelkənləri endirmək елкенар агъузун (кӀватӀун), гимидин йигинвал тӀимиларун ва я гими акъвазарун; 2. еке бездин парча (винел тутун ва мс. ттар юзурна емишар авадардай); 3. бадбан (аялри еб акална цавуз ахъайдай); ** yelkəni suya salmaq (vermək) теслим хьун, муьтӀуьгъ хьун.
Azərbaycanca-ləzgicə lüğəti / yelkənI (Daşkəsən) yeltutan təpəlik. – Mallar bö:ələx’liyəndə yelkənə çıxallar II (Daşkəsən) lampada şüşə taxılan tor hissə. – Yelkən haveyi çəkey III (Oğuz) yelpik
Azərbaycan dilinin dialektoloji lüğəti.