* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Hər biri öz yerində; qaydada, müntəzəm. Məclis əhli yerbəyer əyləşdilər. “Aşıq Ələsgər”. [İlyas:] …O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov. □ Yerbəyer etmək (eləmək) – 1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq. Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. N.Nərimanov. Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi. M.Hüseyn. [Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. İ.Hüseynov; 2) rahatlamaq, yerləşdirmək. Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. (Nağıl). Gecə gəlib səni yerbəyer edərəm. M.S.Ordubadi. Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi… Mir Cəlal. Yerbəyer olmaq – qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq. 2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / yerbəyer1 Və bağlayıcısı ərəb mənşəlidir, bizdə onun yerinə ma(mə) bağlayıcısı olub. Az-maz (az-ma-az), darmadağın (dar-ma-dağın) sözlərində özünü saxlaya bilib. Birbəbir, yerbəyer, cürbəcür sözlərindəki bə hissəsi də həmin ma(mə) bağlayıcısının qalıqlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yerbəyer2 нареч. досконально, подробно. Yerbəyer danışmaq рассказывать подробно; yerbəyer etmək (eləmək): 1. размещать, разместить; раскладывать, разложить; располагать, расположить 2. налаживать, наладить, приводить, привести в порядок; yerbəyer olmaq: 1. располагаться, расположиться, размещаться, разместиться; 2. улаживаться, уладиться
Azərbaycanca-rusca lüğət / yerbəyer1 z. 1. thoroughly, in detail, at great length; əhvalatı ~ danışmaq to detail the story; ~ etmək to place (d.), to accommodate (d.); to distribute (d.); 2. to put* right (d.), to regulate (d.); to put* in order (d.); şeyləri ~ etmək to put* things right / in order
Azərbaycanca-ingiliscə lüğət / yerbəyer1 zərf. ~ etmək ranger les affaires ; mettre de l’ordre dans
Azərbaycanca-fransızca lüğət / yerbəyer1 нареч. 1. чка-чкадал, гьар сад вичин чкадал; къайдада; yerbəyer etmək (eləmək) а) чка-чкадал авун (эцигун), гьар са затӀ вичин чкадал эцигун (кӀватӀун); къайдада ттун; б) чка авун, регьятрун, динжрун; yerbəyer olmaq чка-чкадал хьун, гьарда вичин чка кьун; 2. yerbəyerdən чка-чкадилай, гьар патахъай, гьарда вичин чкадилай.
Azərbaycanca-ləzgicə lüğəti / yerbəyer