Yevgeni sözü azərbaycan dilində

Yevgeni

Yazılış

  • Yevgeni • 99.8236%
  • YEVGENİ • 0.1176%
  • YEvgeni • 0.0588%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yevgeni
Yevgeni — ad. Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Tomaşevski — Rusiya şahmatçısı, qrosmeyster (2005). Yevgeni Yevtuşenko — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor.
Yevgeni Ablin
Yevgeni Mixayloviç (Moyseyeviç) Ablin (rus. Евге́ний Миха́йлович (Моисе́евич) А́блин; 13 may 1928, Moskva – 7 aprel 2011, Moskva) — SSRİ və Rusiya monumental heykəltaraşı, rəssamı, qrafika rəssamı. O, Rusiyanın əməkdar artisti adına layiq görülmüşdür. SSRİ-də ictimai binaların memarlığında iri mozaika pannolarının müəllifi, bionik və abstrakt formaların ustası kimi tanınırdı. Əsas işləri: Zelenoqradda ticarət mərkəzinin fasadında və interyerində mozaik relyef (1970); Moskva Olimpiya hovuzunda mozaika və relyeflər (1980). Синтез искусств и архитектура общественных зданий. М.: Советский художник, 1974. Лебедева В. Е. Евгений Аблин // Советское монументальное искусство 75/77: сб. ст. -М., 1979.
Yevgeni Baratınski
Yevgeni Abramoviç Baratınski (rus. Евгений Абрамович Баратынский, d. 2 mart 1800 — ö. 11 iyul 1844) — rus şairi. Yevgeni Abramoviç Baratınski 2 mart 1800-cü ildə , Tambov quberniyasının , Mara qəsəbəsinin Vyajla kəndində doğulmuşdu. Soylu bir ailədən gəlirdi. İlk təhsilini evdə anasından və Borgeze adındaki İtalyan müəllimindən aldı. Borgeze, şagirdini Fransız ədəbiyyatı ilə tanış edir və onda gözəllik qavramının yetişməsini təşkil edir, klassik İtalyan sənətinə qarşı bir istək oyandırır. 1808-ci ildə , ailəsi Moskvaya köçür.1810-cu ildə isə atası Abram Andreyeviç ölür. Buna görə ana övladlarını alaraq Maraya dönür.
Yevgeni Belyayev
Belyayev Yevgeni Aleksandroviç (9 (21) fevral 1895 və ya 1895, Rjev, Tver quberniyası[d] – 5 sentyabr 1964, Moskva, RSFSR, SSRİ) — Tarix elmləri doktoru, Birləşmiş Ərəb Əmirliyi Elmlər Akademiyasının fəxri üzvüdür. Yevgeni Belyayev 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1924-cü ildən bu institutda, sonralar isə SSRİ Xarici Dillər İnstitutunda və SSRİ Xarici İşlər Nazirliyinin Ali diplomatik məktəbində dərs demişdir. 1945-1955-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda yaxın və Orta Şərq ölkələrinin tarixi kafedrasının müdiri olmuşdur. 1951-ci ildən SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisidir. Müsəlman təriqətləri (tarixi oçerklər). B., 1958; Arabı, islam i arabskiy xalifat v rannee srednevekovğe. M., 1965; Arabs, Islam and the Arab caliphate in the early middle ages. L.,1969. N.Y., 1969.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 54.54 saniyə nəticə göstərdi və 42-ci pillənin sahibi olub. Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulula üzmə turnirinin təsnifat mərhələsində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Yevgeni Priqojin
Yevgeni Viktoroviç Priqojin (rus. Евге́ний Ви́кторович Приго́жин; 1 iyun 1961, Leninqrad – 23 avqust 2023[…], Kujenkino[d], Tver vilayəti) — rusiyalı iş adamı, Rusiya Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupu ÖHŞ-nin yaradıcısı. Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Rusiya Federasiyasının Qəhrəmanı, DNR Qəhrəmanı və LNR Qəhrəmanı. Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər. Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub. Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır.
Yevgeni Qrinko
Evgeny Grinko və ya Yevgeni Grinko (Rusca: Евгений Гринько; 1984, Jukovski, Moskva vilayəti) — Rus musiqiçisi və pianoçu ifaçısıdı. 1984-cü il Rusiyanın Jukovski kəndində doğulmuşdur Greendaizer adı ilə də tanınır. Müxtəlif Rus qruplarında fəaliyyət göstərən musiqiçidir. Joy Division’ın Love Will Tear Us Apart musiqilərinə bir ordu qrupu üçün etdiyi düzənləmə ilə orkestr sahəsinə keçmişdir. Türkiyədə Rusiyadan daha çox məşhur olan musiqiçi burada bir neçə konsert vermişdir. Dünya’da bir çox ölkədə konsert verən Evgeny Grinko, çıxışlarında geniş bir skripka, akkordeon qrupu ve davulcu ilə səhnə alır. Sənətçinin 'Morning in Pripyat' musiqisi də məşhurdur. Bununla belə Evgeny Grinko Valse adlı bəstəsi ilə YouTube da 30+ milyon izlənmişdir.
Yevgeni Avrorin
Yevgeni Nikolayeviç Avrorin (rus. Евге́ний Никола́евич Авро́рин; 11 iyul 1932, Leninqrad – 9 yanvar 2018, Çelyabinsk) — SSRİ və Rusiya nəzəri fiziki, yeni və xüsusi avadanlıqların fiziki nəzəriyyələri sahəsində mütəxəssis. Rusiya Elmlər Akademiyasının akademiki (1992). Sosialist Əməyi Qəhrəmanı (1966). "Lenin" mükafatı laureatı (1963). Богуненко Н. Н., Пелипенко А. Д., Соснин Г. А. Белов Анатолий Сергеевич // Герои атомного проекта. Саров: Росатом. 2005. 31. ISBN 5-9515-0005-2.
Yevgeni Nabokix
Yevgeni Alekseyeviç Nabokix (rus. Евгений Алексеевич Набоких; təxəllüsü: Jenya, rus. Женя; 20 sentyabr 1952, Kursk – 6 aprel 2020, Kursk) — Rusiya hərbçisi, polkovnik-leytenant, SSRİ–Əfqanıstan müharibəsinin iştirakçısı, Birinci Qarabağ müharibəsinin Ermənistan tərəfindən iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. Yevgeni Alekseyeviç Nabokix 20 sentyabr 1952-ci ildə SSRİ-nin Kursk şəhərində anadan olmuşdur. O, etnik rus idi. SSRİ–Əfqanıstan müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayına taqım komandiri vəzifəsinə göndərilmişdir. Burada erməni qadınla evlənmişdir. Qarabağ hərəkatının ilk günlərində Nabokix qeyri-rəsmi olaraq erməni tərəfini dəstəkləməyə başlamışdır. O, Qarabağı "xristian dünyasının darvazası" hesab edirdi.
Yevgeni Adamtseviç
Yevgeni Adamtseviç (ukr. Євген Адамцевич; 19 dekabr 1903 (1 yanvar 1904), Solonitsa[d] – 19 oktyabr 1972, Bağçasaray, Krım vilayəti[d]) — kor bandura ifaçısı, Ukrayna xalq tarixi mahnılarının virtuoz ifaçısı, "Zaporojye marşı"nın müəllifi. Yevgeni Adamtseviç 1903-cü il dekabrın 19-da (1904-cü il yanvarın 1-də) Lubnı yaxınlığındakı Solonitsy kəndində stansiya işçisi ailəsində anadan olmuşdur. İki yaşında kor oldu. Bir müddət Kiyev Korlar Məktəbində təhsil alıb. Sonra o, Romnidə nənəsi ilə yaşayırdı. O, bandura çalmağı istedadlı yerli bandura ifaçısı Musiya Petroviç Alekseyenkodan öyrənmiş, ondan ifa tərzi ilə yanaşı zəngin repertuar da götürmüşdür. 1920-ci illərdə Romni görkəmli regional mədəniyyət mərkəzi idi. Burada dram teatrı, mədəniyyət sarayları və klubların səhnəsindən çıxış edən əhəmiyyətli kobzar mərkəzi var idi. 1927-ci ildən Adamtseviç M. Kravçenko adına Mirqorod Bandura kapellasının tərkibində və müstəqil çıxış edirdi.
Yevgeni Dianov
Yevgeni Dianov (31 yanvar 1936, Tyoplo-Oqaryovsk rayonu[d], Moskva vilayəti – 30 yanvar 2019, Moskva) – rus fiziki, akademik. 2002-ci ildən Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin üzvü. SSRİ Dövlət mükafatı laureatı (1974). Rusiya Federasiyasının Dövlət mükafatı laureatı (1998). Moskva Dövlət Universitetini bitirmişdir (1960). 1960–83 illərdə SSRİ EA-nın P. N. Lebedev adına Fizika İnstitutunda, 1983-cü ildən Rusiya Elmlər Akademiyasının Ümumi fizika institutunda işləmişdir, 1994-cü ildən bu institutun nəzdində Lif Optikası Elmi Mərkəzinin direktoru olub. Əsas elmi işləri lazer fizikası və lif optikasına aiddir. Dianovun rəhbərliyi altında lif işıqötürənlər üzrə lazer şüalanmasının yayılmasım müşayiət edən hadisələr aşkar edilib öyrənilmiş, yeni tipli şüşə lif işıqötürənlər işlənib hazırlanmış və lif lazerlərinin yeni nəsli yaranmışdır.
Yevgeni Stankoviç
Yevgeni Stankoviç (ukr. Євген Федорович Станкович; 19 sentyabr 1942, Svalyava[d]) — Sovet və Ukrayna bəstəkarı, müəllim. Ukrayna Milli Bəstəkarlar İttifaqının rəhbəri (2005-2010), Ukrayna Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri (1990-1993), P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri. (1988-ci ildən). Ukrayna SSR xalq artisti (1986). Ukrayna Qəhrəmanı (2009). 19 sentyabr 1942-ci ildə Svalyava şəhərində (Transkarpat vilayəti, Ukrayna SSR, SSRİ) anadan olub. Ujqorod Musiqi Məktəbində, sonra N.V.Lısenko adına Lvov Dövlət Konservatoriyasında (1962-1963, Adam Soltısın bəstəkarlıq sinfi) və P.İ.Çaykovski adına Dövlət Konservatoriyasında (1965-1970, B.N.Lyatoşinskinin və Miroslavın bəstəkarlıq sinfində) təhsil alıb. 1971-1977-ci illərdə - yaradıcılıqda; "Musiqili Ukrayna" nəşriyyatında redaktor işləyib (1970-1976). 1976-cı ildən — Ukrayna Bəstəkarlar İttifaqının Kiyev Təşkilatı İdarə Heyəti sədrinin müavini.
Yevgeni Xaldey
Yevgeni Xaldey (23 mart 1917, Donetsk, Yekaterinoslav quberniyası – 6 oktyabr 1997[…], Moskva) — II Dünya Müharibəsi zamanı Sovet İttifaqının 1945-ci ildə Almaniyaya qarşı qələbəsini qeyd edən paytaxt Berlində Reyxstaqın üstünə Sovet bayrağını sancmış Abdulhakim İsmayılov adlı sovet əsgərinin fotosunu çəkən Qırmızı Ordunun fotoqrafı idi. Xaldey Yuzovkada (indiki Donetsk, Ukrayna) yəhudi ailəsində anadan olub. Fotoqrafiyaya onun uşaqlıqdan həvəsi olub. Bir fotoqraf kimi on doqquz yaşında TASS sovet mətbuat agentliyi ilə işləməyə başlayıb. Xaldey tarixin bir çox vacib məqamının şahidi olub, II Dünya Müharibəsi və Nürnberq dövründə çəkdiyi fotoşəkilləri ilə xüsusilə məşhurdur. Xaldey 1949-cu ilə qədər TASS ilə işləyib. Antisemitizm artdığına görə Sovet dövləti tərəfindən qovulub. Sonrakı on il ərzində gündəlik həyat səhnələrinə fokuslanan özəl müstəqil fotoqraf kimi çalışıb. 1970-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qalana qədər "Pravda" qəzetində işləyib. Xaldeyin ən məşhur şəkli II Dünya Müharibəsinin sonunda Reyxstaqın üzərində Sovet bayrağını qaldıran Sovet Qırmızı Ordusu əsgərinin fotosu olub.
Yevgeni Şiryayev
Yevgeni Aleksandroviç Şiryayev (rus. Евгений Александрович Ширяев; 23 sentyabr 1943, Leninqrad – 2 noyabr 2023, Odintsovo, Moskva vilayəti) — sovet və rus bəstəkarı. Yevgeni Şiryayev yüzdən çox film, instrumental konsert, opera, balet və vokal əsərlərinin musiqi müəllifidir. İlya Reznik, Leonid Derbenev, Onegin Hacıqasımovla sıx əməkdaşlıq edərək bəstəkar yaradıcılığında onlarla birlikdə ən parlaq vokal əsərlərini yazmışdır. Bəstəkarın mahnılarını Sofiya Rotaru, İosif Kobzon, Mixail Boyarski, Maşa Rasputina, Nikolay Qnatyuk və başqaları ifa ediblər. "Qırmızı qatar", "Dronqo", "Akmal, əjdaha və şahzadə" və bir çox film və teleseriallara musiqi bestələmişdir. Yevgeni Şiryayev 2023-cü il noyabrın 2-də 80 yaşında vəfat edib.
Yevgeni Akvilonov
Şablon:Священник}Yevgeni Petroviç Akilonov (rus. Евге́ний Петро́вич Аквило́нов; 4 (16) noyabr 1861, Tambov – 30 mart (12 aprel) 1911, Miçurinsk, Tambov quberniyası) - Rusiya İmperator Ordusu və donanmasının protopresviteri, pravoslav ilahiyyatçısı. Sankt-Peterburq İlahiyyat Akademiyasının professoru olmuşdur. Əsas əsəri "Kilsə. Məsihin bədəni kimi kilsə və onun haqqında apostol təliminin elmi tərifləri" olmuşdur. Akvilonova sağlığında populyar idi. O, Sankt-Peterburq İlahiyyat Akademiyasının adi professoru və ilahiyyat elmləri doktoru idi. 1908-ci ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmişdir. Elə həmin il, Müqəddəs Sinodun 21 sentyabr tarixli fərmanı ilə protoiyerey Yevgeni Akvilonova xidmət zamanı klub qoymağa icazə verilmişdir.
Yevgeni Bertels
Bertels Yevgeni Eduardoviç (13 (25) dekabr 1890, 25 dekabr 1890 və ya 1890, Sankt-Peterburq – 7 oktyabr 1957[…] və ya 1957, Moskva) — şərqşünas. SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistan əməkdar elm xadimi (1946). İran EA (1944) və Ərəb EA (Dəməşqdə) müxbir üzvü (1955). SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948). 1920-ci ildə Petroqrad Universitetinin Şərq dilləri fakültəsini bitirmiş, ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq İn-tunda (1930 ilədək SSRİ EA Asiya Muzeyi) işləmişdir. Y.Bertels fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis olmuşdur. Sufizm və sufi ədəbiyyatına, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə həsr olunmuş əsərlərin müəllifidir. "İslam Ensiklopediyası"nın fəal müəlliflərindən olmuşdur. Y.Bertels Firdovsinin "Şahnamə", Nizaminin "İsgəndərnamə" (Ə.Əlizadə ilə birlikdə) əsərlərinin elmi-tənqidi mətnini hazırlamış, mətnşünaslığa dair nəzəri məqalələr yazmışdır.
Yevgeni Braudo
Braudo Yevgeni Maksimoviç (d.1882-v.1939) — musiqi nəzəriyyəçisi, Peterburq İncəsənət Tarixi İnstitutunun professoru. 1936-cı ildə Azərbaycan musiqi mədəniyyəti ilə yaxından tanış olmaq niyyətilə Bakıya gəlmiş, Ü. Hacıbəyovla da tanış olmuş, Azərbaycanın bir sıra bölgələrini gəzmişdir. Peterburqa dönəndən sonra "Sovetskoye iskusstvo" qəzetində "Türk mahnısı" məqaləsini yazmışdır. Məqalədə Azərbaycan xalq musiqisi və mahnılarının xüsusiyyətlərindən, onların virtuoz ifaçılarından vəcdlə danışılır. Onun "Can Azərbaycan" adlı əlyazma əsəri da maraq doğurur. Yevgeni Braudo "xalq musiqisinin böyük bilicisi" adlandırdığı Ü. Hacıbəyovla müntəzəm məktublaşırdı.
Yevgeni Dmitriyev
Dmitriyev Yevgeni Vasilyeviç — texnika elmləri doktoru Dmitriyev Yevgeni Vasilyeviç 23 noyabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Y.V. Dmitriyev 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitunda təhsilini bitirdikdən sonra İ.Q. Yesman adına Azərbaycan Energetika İnstitunda böyük mühəndis, 1966–1999-cu illər ərəfəsində Azərbaycan Elmlər Akademiyası Fizika institunda müxtəlif vəzifələrdə- böyük mühəndis, kiçik elmi işçi və labaratiriya müdiri vəzifələrində elmi-praktiki fəaliyyət göstərmişdir. Y.V.Dimitriyev akademik Ç.M. Cuvarlının rəhbərliyi ilə 1970-ci ildə elmlər namizədi və 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Y.V.Dmitriyevin bütün elmi-praktiki fəaliyyəti akademik Ç.M. Cuvarlının iştirakı və rəhbərliyi şəraitində keçmişdir. Y.V.Dmitriyev elmi-tədqiqatları ilə elektroenergetikanın və elektrotexnikanın, elektrik şəbəkələri və sistemləri, yüksək gərginliklər texnikası, elektrik şəbəkələrində elektromaqnit prosesləri və digər bölmələrinin inkişafına öz töhfəsini vermişdir. Elektrik şəbəkələrində reallaşan mürəkkəb elektromaqnit hadisələrinin nəzəri məsələlərini, alqoritmlərin, hesablama üsullarının işlənməsində fəal iştirak etmişdir. Onun tədqiqatlarının nəticələrinə əsaslanaraq elektrik şəbəkələrində mümkün olan mürəkkəb elektromaqnit keçid proseslərini, iftar yüksək gərginlikləri hesablamaq mümkün olmuşdur və elektrik şəbəkələrinin qısa qapanma cərəyanlarından mühafizəsi tədbirləri işlənilmişdir. Onun tərəfindən qısa qapanma cərəyanlarını məhdudlaşdırmaq üçün betel rezistorları işlənilmiş və tətbiq edilmişdir. Y.V.Dmitriyev akademik Ç.M. Cuvarlı ilə birlikdə, müasir elektroenergtikanın mühüm məsələsi olan, 110–500 kV elektrik şəbəkəsində qısa qapanma halında ifrat gərginlikləri və cərəyanı məhdudlaşdırmaq üçün neytralın torpaqlanmasının nəzəri əsaslarını işlənmişdir. Y.V. Dmitriyevin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Yevgeni Doqa
Yevgeni Doqa — Bəstəkar. Kino bəstəkarı.
Yevgeni Gegeçkori
Yevgeni Gegeçkori — (tam adı: Gegeçkori Yevgeni Petroviç, gürc. ევგენი პეტრეს ძე გეგეჭკორი; 24 aprel 1882, Martvili, Sameqrelo-Yuxarı Svaneti diyarı – 5 iyun 1954, Paris) — Gürcüstanın istiqlal hərəkatı xadimi, sosial-demokrat. 1881-ci il yanvar ayının 20-də Kutais quberniyasının Senaksi qəzasının Martvili şəhərində anadan olmuşdur. Kutais gimnaziyasında təhsil alıb, 1902-ci ildə oranı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə qəbul olub. 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvlüyünə qəbul edilib. 1905-ci ildə Qərbi Gürcüstanda baş verən inqilabi hadisələrdə iştirak edib. 1907-ci ildə Moskva Universitetini bitirdikdən sonra Kutais dairə məhkəməsində vəkil köməkçisi vəzifəsinə təyinat alıb. Həmin ilin oktyabrında Kutais quberniyasından III Dövlət dumasına deputat seçilib. Həmin vaxtı menşeviklərin tərəfində çıxış edərək sosial-demokrat fraksiyasının liderlərindən biri olub. Fevral inqilabından (1917) sonra Gegeçkori Gürcü sosial-demokrat partiyasının rəhbərlərindən biri oldu.
Yevgeni Karlov
Yevgeni Nikolayeviç Karlov (31 may 1960 və ya 31 iyul 1960, Dubovka[d], Tula vilayəti – 11 aprel 1992, Arış, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y. Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir. Ailəli idi. İki övladı vardı. Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Yevgeni Kasperski
Yevgeni Kasperski (rus. Евге́ний Валенти́нович Каспе́рский; d. 4 oktyabr 1965, Novorossiysk, Krasnodar diyarı,RSFSR, SSRİ) — Rusiya proqramçısı, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, İT-təhlükəsizliyi sahəsində araşdırmalar ilə məşğul olan beynəlxalq şirkətin — "Kasperski Laboratoriyası" SC yaradıcılarından biri, əsas səhmdarı və baş direktorudur. Mətbuatda onu "Kompüter cinayətkarlığının tufanı" kimi xarakterizə edirlər. Yevgeni Kasperski 4 oktyabr 1965-ci Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində dünyaya gəlib. 1982-ci ildə Moskva Dövlət Universiteti nəzdində A.N.Kolmoqorov adına 18 saylı fizika-riyaziyyat internat məktəbini bitirib. 1987-ci ildə SSRİ DTK (KGB) Ali Məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir. İndi bu fakültə Rusiya FTX (FSB) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu kimi tanınır[2]. Orada, riyaziyyat, kriptoqrafiya və kompüter texnologiyaları üzrə təhsil almış və "mühəndis-riyaziyyatçı" ixtisasına yiyələnmişdir. 1987-1991 illərdə Kasperski SSRİ Müdafiə Nazirliyinin çox profilli elmi-tədqiqat institutunda işləyib.
Yevgeni Kindinov
Yevgeni Kindinov — aktyor. Ürək... Ürək...
Yevgeni Kleşçenko
Yevgeni Kleşçenko (16 yanvar 1992) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Yevgeni Kleşçenko Latviyanı beynəlxalq yarışlarda təmsil edir. Yevgeni Kleşçenko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 90-cı yeri tutdu.
Yevgeni Komarov
Yevgeni Komarov (8 noyabr 1988) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Yevgeni Komarov Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. Yevgeni Komarov 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.894 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu.
Nasist yevgenikası
Nasist yevgenikası (alm: Nationalsozialistische Rassenhygiene, “Milli Sosialist İrqi Gigiyena”, həmçinin “Erbpflege Yevgenikası” kimi də tanınır) nasist Almaniyasında sağlam elementləri artırmaq və qeyri-sağlam elementləri azaltmaqla insan irqini təkmilləşdirməyə yönəlmiş siyasətlər məcmusudur. Alman xalqının bioloji inkişafını hədəfləyən üstün və təmiz bir alman irqi yaratmağı qarşısına məqsəd qoyan irqi ideologiyadır . Nasist dövründən əvvəl və nasizm dövründə Almaniyada aparılan Yevgenika tədqiqatları böyük miqyasda ilham aldığı Birləşmiş Ştatlar (xüsusilə Kaliforniya) və Böyük Britaniyadakı tədqiqatlara bənzəyirdi. Bununla belə, bu proqramların əhəmiyyəti xüsusilə Adolf Hitlerin rəhbərliyi altında kəskin şəkildə artmışdır, çünki varlı nasizm tərəfdarları yevgenika tədqiqatlarına böyük sərmayə qoymuşdular. Proqramlar daha sonra nasistlərin irqi siyasətini tamamlamaq üçün təkmilləşdirilmişdir. Nasistlərin yevgenika siyasətlərinin hədəfi; əsasən məhbuslar, degenerativlər, dissidentlər, anadangəlmə əqli və fiziki qüsurlu insanlar (almanca: erbkranken), irsi xəstəlikləri olanlar, epilepsiya, şizofreniya, manik-depressiv, serebral iflic, əzələ xəstəlikləri, kar, kor, homoseksual, dəli və zəif insanlar daxil olmaqla 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edildi (qısırlaşdırılmaq), kütləvi qətliam proqramı olan T4 əməliyyatı çərçivəsində, 300.000-ə yaxın insan öldürüldü. 1935-ci ilin iyununda Hitler və onun kabineti yeddi yeni fərmandan ibarət siyahı verdi. 5 saylı fərman sterilizasiya tədqiqatlarını sürətləndirməkdən ibarət idi. Nasist Almaniyasında yevgenika anlayışı tez-tez Rassenhygiene (“İrqi gigiyena”) termini kimi adlandırılırdı. Alternativ termin Volksaufartung (irqi inkişaf) kimi adlandırıla bilər.
İzabella Klara Yevgeniya
İzabella Klara Yevgeniya (isp. Isabel Clara Eugenia) (12 oktyabr 1566 – 1 dekabr 1633[…], Brüssel[d], İspaniya imperiyası) — İspaniya və Portuqaliya kralı II Filip və üçüncü xanımı Valualı Elizabetin qızı, Habsburq Niderlandiyasının naibəsi. Bibisi oğlu Avstriyalı Albertlə evləndi və onunla birlikdə bölgəni 35 il boyunca idarə etdi. Onların bölgədəki naiblik dönəmi Habsburq Niderlandiyasının Qızıl dövrü olaraq qiymətləndirilir. İzabella XVI-XVII əsr Avropasında ən güclü qadınlardan biri idi. İzabella Klara Yevgeniya 1566-cı ildə Seqoviyadakı Valsayn sarayında dünyaya gəldi. O, İspaniya kralı II Filippin və onun üçüncü xanımı Valualı Elizabetin həyatda qalan ilk qızları idi. Özündən yaşca böyük Karlos adlı qardaşı olsa da, atasıyla münasibətləriylə uzaq idi və bu səbəblə hər kəs ona kralın yeni varisi olaraq yanaşırdı. Gələcəkdə VII Urban adıyla Roma papası olan rahib Xuan Bautista Kastano tərəfindən vəftiz edilən İzabellanın xaç atası ögey əmisi Avstriyalı Con oldu. Bir il sonra dünyaya gələn doğma bacısı Ketrinlə birlikdə böyüsə də, hələ 2 yaşında ikən anası bir doğum əsnasında vəfat etdi.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Yevgeniya Mixaylova
Yevgeniya Mixaylova (9 oktyabr 1949, Suntar[d], Yakutiya MSSR) — Rusiya dövlət və ictimai xadimi, təhsil təşkilatçısı, müəllim, Rusiya Təhsil Akademiyasının akademiki (2015). M. K. Ammosov adına Şimal-Şərq Federal Universitetinin prezidenti (2019-cu ildən). Pedaqoji elmlər doktoru, professor. 2007–2010-cu illərdə — Saxa Respublikasının (Yakutiya) vitse-prezidenti, 2010–2019-cu illərdə — M. K. Ammosov adına Şimal-Şərq Federal Universitetinin rektoru. Yakut Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib (1972). 1972–1983-cü illərdə Yakut MSSR-in müxtəlif məktəblərində riyaziyyat müəllimi işləyib. 1983-cü ildə Yakutskda 20 saylı orta məktəbdə tərbiyə işinin təşkilatçısı işləyib. 1983–1988-ci illərdə — Yakutskda Yaroslavl regional xalq təhsili şöbəsinin müfəttişi, müdiri olur. 1988–1996-cı illərdə — Yakut Şəhər Xalq Təhsili İdarəsinin rəis müavini, müdiri, Şəhər Təhsil Şöbəsinin müdiri, Saxa Respublikası (Yakutiya) təhsil nazirinin müavini işləyir. 1996-cı ildə Moskva Psixologiya İnstitutunu bitirmiş və psixologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir ("Yeniyetməlik dövrünə keçid dövründə məsuliyyətin inkişafının psixoloji xüsusiyyətləri").
Yevgeniya Yanişiç
Yevgeniya Yanişiç (belar. Яўгенія Янішчыц ) — Belarus sovet şairəsi. Yevgeniya Yanişiç 20 noyabr 1948-ci ildə Rudka kəndində (indiki Pinsk rayonu, Brest vilayəti, Belarusiya) kəndli ailəsində anadan olub. Rudkovskaya ibtidai məktəbində, sonra 3-cü sinfə qədər Merçitsi kəndindəki məktəbdə oxuyub. 1966-cı ildə Poreçye kəndində məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına Belarus Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Artıq 1969-cu ildə gənc şair və yazıçıların ümumittifaq qurultayında iştirak edir. 1970-ci ildə ilk şeirlər toplusunu nəşr etdirir. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində kitabxana müdiri işləyib (1971). 1976-cı ildən “Selskaya qazeta” dərgisinin ədəbi məsləhətçisi olub, 1983-1988-ci illərdə “Maladost” ədəbi jurnalının poeziya şöbəsinə rəhbərlik edib. 1971-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olur.
Yevgeniy Lavrençuk
Yevgeniy Lavrençuk (ukr. Лавренчук Євген Вікторович, pol. Eugeniusz Ławreńczuk; 24 iyun 1982, Lvov) – Ukraynalı teatr rejissoru, müəllim. "Moskvada Polşa Teatrı" (2014-cü ilə qədər) və "Aktyorluq və Rejissorluq Məktəbi"nin həmtəsisçisi (2002) və bədii rəhbəridir. Odessa Milli Akademik Opera və Balet Teatrının baş rejissoru (2018–2021). "Birinci Ukrayna Teatr və Kino Məktəbi"nin rektoru (2018), Ümumkrayna Opera Forumunun təsisçisi və ekspert şurasının sədri. 30-dan çox tamaşa nümayiş etdirib. Avropada keçirilən beynəlxalq müsabiqə və festivalların laureatı. Ukraynada, Polşada, Almaniyada, Litvada, Rusiyada və İsraildə prodüserlər ifa edir və həmçinin fəal tədris fəaliyyətləri aparır. Aktyorluq və rejissorluğu öyrətmək üsullarının müəllifi.
Yevgeniya Marinçenko
Yevgeniya Marinçenko (ukr. Маринченко Євгенія Олександрівна; 28 fevral (12 mart) 1916, Petroqrad – 15 iyun 1999, Kiyev) — Sovet və Ukrayna memarı, T.Şevçenko adına Milli Mükafat laureatı, Ukraynanın Xalq Memarı (1997). Qırmızı Əmək Bayrağı ordeni (1971) "Şərəf Nişanı" ordeni (1966) Ukraynanın xalq memarı (1997). Ukrayna SSR əməkdar memarı (1970) T. Şevçenko adına Dövlət Mükafatı (1971) — Kiyevdəki Ukrayna Mədəniyyət Sarayının memarlıq layihəsinə görə (layihənin partiya orqanları ilə razılaşdırılması), P. Jilitski və İ. Vaynerlə əməkdaşlıqda. Маринченко Е. Архитектура дворца культуры «Украина» // Строительство и архитектура. — К., 1970, № 9. Палац Культури «Україна». — К., 1977. Асєєв Ю. Собори наших душ.
Yevgeniya Konradi
Yevgeniya İvanovna Konradi (rus. Евгения Ивановна Конради; 21 aprel 1838, 21 aprel (3 may) 1838 və ya 3 may 1838, Moskva – 7 oktyabr 1898, 7 (19) oktyabr 1898 və ya 19 oktyabr 1898, Paris) — Rus yazıçısı, jurnalisti, publisist və tərcüməçisi. Rusiya qadın hərəkatının fəalı və qadınlar üçün ali təhsil uğrunda mübarizə aparan fəal. Yevgeniya Konradi 1838-ci ildə Moskvada Əsilzadə ailəsində anadan olub. Dövrün tələblərinə uyğun olaraq təhsilini evdə alıb. Müəllimləri xarici dayə və xidmətçiləri olub. Sonra 1858-ci ildə Moskva Qadın Məktəbinə sinif xanımı və ingilis dili müəllimi kimi daxil olub. 1850-1860-cı illərin sonunda Yevgeniya İvanovna Sankt-Peterburqa köçür. Orada o, həkim və jurnalist P.F.Konradi ilə nigaha daxil olur. Bu dövrdən onun ədəbi fəaliyyəti başlayır.
Yevgeniya Berkoviç
Yevgeniya Boriovna Berkoviç (daha çox Jenya Berkoviç kimi tanınır, rus. Евге́ния Бори́совна Берко́вич; 29 aprel 1985, Leninqrad) — Rusiya teatr rejissoru, dramaturq və şairə, Yeddinci Studiyanın üzvü. “Teatr İşləri” cinayət işinin iştirakçısı. 2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib. Yevgeniya Berkoviç 2007-ci ildə Sankt-Peterburq Teatr Sənəti Akademiyasının teatr menecmenti ixtisasını bitirib. 2003-2008-ci illərdə Sankt-Peterburqda Gənclərin Yaradıcılıq Teatrında rejissor və müəllim kimi çalışıb. 2008-ci ildə Kirill Serebrennikovun kursunu bitirərək Moskva İncəsənət Teatr Məktəbi-Studiyasına rejissorluq ixtisasına daxil olub. Təhsil aldığı müddətdə rejissorlar İlya Şaqalov, Maksim Mışanski və Aleksandr Sozonovla birlikdə "Vinzavod Müasir İncəsənət Mərkəzi"ndə nümayiş etdirilən “Qırmızı budaq (Metropolis poeziyası)” poetik tamaşasının səhnələşdirilməsində iştirak etmişdir. Yevgeniya Berkoviç Teatr məktəbini bitirdikdə diplom işi olaraq Moskva İncəsənət Teatrının yaradıcılıq studiyasında Jan Anuyun eyniadlı pyesi əsasında "The Lark" tamaşasını səhnələşdirib (2012). Onun quruluş verdiyi tamaşada Janna Darkın məhkəməsi daxili ədalətin metaforasına çevrilib.
Yevgeniya Medvedeva
Yevgeniya Medvedeva (19 noyabr 1999, Moskva[…]) — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının 2 qat gümüş medalçısı (Komanda hesabında və fərdi turnirdə). Dünya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Dünya Çempionatının bürünc medalçısı (2019-cu ildə). Avropa Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Avropa Çempionatının gümüş medalçısı (2018). Rusiya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Rusiya Çempionatının bürünc medalçısı (2015-ci ildə). ISU Qran-Pri Finalının 2 qat qalibi (2015 və 2016-cı illərdə). Komandalararası Dünya Çempionatının gümüş medalçısı (2017-ci ildə). Gənclər arasında Dünya Çempionatının qalibi (2015-ci ildə) və bürünc medalçısı (2014-cü ildə). Gənclər arasında ISU Qran-Pri Finalının qalibi (2014-cü ildə) və bürünc medalçısı (2013-cü ildə). Karyerası ərzində Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub.

Oxşar sözlər

#yevgeni nədir? #yevgeni sözünün mənası #yevgeni nə deməkdir? #yevgeni sözünün izahı #yevgeni sözünün yazılışı #yevgeni necə yazılır? #yevgeni sözünün düzgün yazılışı #yevgeni leksik mənası #yevgeni sözünün sinonimi #yevgeni sözünün yaxın mənalı sözlər #yevgeni sözünün əks mənası #yevgeni sözünün etimologiyası #yevgeni sözünün orfoqrafiyası #yevgeni rusca #yevgeni inglisça #yevgeni fransızca #yevgeni sözünün istifadəsi #sözlük