Yuhənna sözü azərbaycan dilində

Yuhənna

Yazılış

  • Yuhənna • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
X Yuhənna
X Yuhənna (ərəb. يوحنا العاشر‎), əsl adı Hani Yazici (ərəb. هاني يازجي‎; d. 1 yanvar 1955, Laziqiyyə) — Antioxiya Pravoslav Kilsəsinin indiki patriarxı (2013-cü ildən). == Həyatı == X Yuhənna 1955-ci ildə əl-Laziqiyyədə dünyaya gəlmişdir. Tişrin Universiteti, əl-Bələmənd Universiteti və Saloniki Aristotel Universitetini bitirib. 17 dekabr 2012-ci ildə Antioxiya Pravoslav Kilsəsinin patriarxı seçilmişdir.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi.Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi.Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi. V əsrdən etibarən altara yaxın traveya üzərində taxta tavanlı qüllə də ucaldılmışdı. === Konstruksiya === Həvari Yuhənnanın məzarı üzərində inşa edilmiş ilk ilk tikili mavzoley xarakterli olsa da, həm də kilsə kimi istifadə edilirdi.

"yuhənna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yuhənna nədir? #yuhənna sözünün mənası #yuhənna nə deməkdir? #yuhənna sözünün izahı #yuhənna sözünün yazılışı #yuhənna necə yazılır? #yuhənna sözünün düzgün yazılışı #yuhənna leksik mənası #yuhənna sözünün sinonimi #yuhənna sözünün yaxın mənalı sözlər #yuhənna sözünün əks mənası #yuhənna sözünün etimologiyası #yuhənna sözünün orfoqrafiyası #yuhənna rusca #yuhənna inglisça #yuhənna fransızca #yuhənna sözünün istifadəsi #sözlük