Yühənnas sözü azərbaycan dilində

Yühənnas

Yazılış

  • Yühənnas • 66.6667%
  • yühənnas • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yühənnas Seyidov
Yühənnas (Miryühənnas) Mirhəsən oğlu Seyidov (16 fevral 1927, Naxçıvan – 18 noyabr 1996, Bakı) – Azərbaycanda bərk cisimlər fizikasının əsasını qoyan nəzəriyyəçi fizik, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Y.M.Seyidov 16 fevral 1927-ci ildə Naxçıvanda anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək Rusiya EA-nın Ural şöbəsində Bərk cisimlər nəzəriyyəsi ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dünyada tanınmış alım, akademik S.V.Vonsovskinin rəhbərliyi altında 1956-cı ildə "Ferritlərin ferromaqnetizmi və antiferromaqnetizmi kvant nəzəriyyəsinin bəzi məsəlləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1953-1960 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Nəzəri fizika” kafedrasında işləmişdir. Pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, 1960-cı ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, 1966-cı ildən “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına, 1987-ci ildən isə “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik etmişdir. 1973-ci ildə "Çoxelektronlu vasitəli mübadilə nəzəriyyəsi əsasında zəif ferromaqnetizmin mikroskopik mənbələrinin, maqnit-elektrik effektlərinin, pyezomaqnetizmin və kooperativ elektrik momentinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1977-ci ildə professor elmi adını almış, 1980-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Y.M.Seyidov Azərbaycanda bərk cisimlər nəzəri fizikasının əsasını qoyanlardan biri idi. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunmuşdur.
Yühənnas Abqari
Yühənnas Abqari (erm. Յուհաննա Աբգարիոս) və ya Ovhannes Abqaryan (erm. Հովհաննես Աբգարյան; 1832, Beyrut, Osmanlı imperiyası – 1886) — erməni iqtisadçısı, şairi və dövlət xadimi. Abqari ailəsindən İsgəndər Abqarinin kiçik qardaşıdır. == Həyatı == Yühənnas Abqari 1832-ci ildə Beyrutda varlı Akop Abqaryanın ailəsində anadan olmuşdur. O, Britaniyanın Beyrut konsulluğunun tərcüməçisi olmuşdur. Abqari vaxtilə bütün Yaxın Şərqdə tanınan bir valyuta bankı qurmuşdur. Sonradan Niderlandın Misirdəki konsulu kimi çalışmışdır. == Yaradıcılığı == Yühənnas Abqari ərəb əxlaqi-didaktik hekayə və romanları, dünya tarixinə dair kitab yazmış, ingiliscə-ərəbcə lüğət tərtib etmişdir (1887-ci ildə nəşr edilmişdir). == Ailəsi == Yühənnas Abqarinin həyat yoldaşı Afife Qanavatdır.

yühənnas sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

İsa peyğəmbərdən əvvəl yaşamış Yəhya (bax) peyğəmbərin adındandır.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#yühənnas nədir? #yühənnas sözünün mənası #yühənnas nə deməkdir? #yühənnas sözünün izahı #yühənnas sözünün yazılışı #yühənnas necə yazılır? #yühənnas sözünün düzgün yazılışı #yühənnas leksik mənası #yühənnas sözünün sinonimi #yühənnas sözünün yaxın mənalı sözlər #yühənnas sözünün əks mənası #yühənnas sözünün etimologiyası #yühənnas sözünün orfoqrafiyası #yühənnas rusca #yühənnas inglisça #yühənnas fransızca #yühənnas sözünün istifadəsi #sözlük