yürüşlə sözü azərbaycan dilində

yürüşlə

Yazılış

  • yürüşlə • 93.0556%
  • Yürüşlə • 6.9444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buxara yürüşləri
Buxara yürüşləri - Rusiya qoşunlarının 1866-1868-ci və 1870-ci illərdə Buxara əmirliyinə qarşı hərbi ekspedisiyaları. == Yürüşlərin səbəbləri == Rusiya Krım müharibəsindən (1853-1856) sonra Mərkəzi Asiya və Qazaxıstanda öz işğalçılıq siyasətini xeyli genişləndirdi. Rusiya və İngiltərə Mərkəzi Asiya və Qazaxıstanı öz nüfuz dauirələrinə çevirmək uğrunda kəskin mübarizə aparırdılar. Buxara xanlığının Kokandın köməyinə gəlməsi ruslara bu torpaqlara yürüş üçün də bəhanə yaratmışdı. Buxara əmirliyi ilə toqquşmaya əsas səbəb də general-mayor M.Q.Çernyayevin komandanlığı altında rus qoşunları tərəfindən Mərkəzi Asiyada hakim strateji məntəqənin - Kokandın Daşkənd qalasının istila edilməsi oldu. Buna cavab olaraq Buxara hakimiyyətinin sərəncamı ilə əmirin yanına göndərilmiş Rusiya elçiliyi və bütün rus tacirləri həbs edildi. Rusların əmir Müzəffərəddinin qoşunlarını məğlub etməsi və əmirliyin ərazisinin bir hissəsinin, o cümlədən Xocənt, Ura-Tübə, Cizak şəhərlərinin işğalı (1866) Buxara tərəfini sülh danışıqlarına başlamağa məcbur etsə də, əmir ruslarıın şərtləri ilə razılaşmadı. 1867-ci ildə Rusiyanın Orta Asiyada işğal etdiyi bütün ərazilər Türküstan general-qubernatorluğu adı altında birləşdirildi. İmperator II Aleksandr tərəfindən müstəsna səlahiyyətlər almış general-leytenant K.P.Kaufman general-qubernator təyin edildi.. 1867-ci il 1 sentyabrda general-leytenant K.P.Kaufman Buxaraya ultimatum mahiyyətli Rusiya-Buxara sazişinin mətnini göndərdi.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri. Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu. Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirlmişdir.
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamən dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
Kazan yürüşləri
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Monqolların Azərbaycana yürüşləri
Monqolların Azərbaycana ilk yürüşü
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. == Ümumi məlumat == XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Nadirin Dağıstan yürüşləri
Nadir şahın Dağıstan yürüşləri — Nadir şah Əfşarın qiyamları yatırmaq üçün Şirvana və Dağıstana etdiyi yürüşləri. == Ön şərtlər == Osmanlı ordusunu Bağdad həndəvərində 1733-cü ildə darmadağın edən Nadir Əhməd paşa ilə Bağdad sülh müqaviləsi bağladı ki, bununla əlaqədar olaraq sultan ona İrandan alınmış bütün vilayətlərin paşalarına müraciyətlə xətti-şərif göndərdi. Sultan dərhal onların idarəsi altında olan vilayətləri tərk etməyi əmr edirdi. Nadir Ərdəbilə gələrək Musa xan Astaralıya tapşırdı ki öz nökərini xətti –şərifin sürəti ilə Şirvanı idarə edən Surxay xanın yanına göndərsin. == Surxay xan. Nadirin Dağıstana birinci yürüşü == Şirvana və Qazıqumukun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin.
Nadirin yürüşləri
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi. Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi.
Nadirin Əfqanıstan yürüşləri
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri. == Narazılığın səbəbləri == Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi.
Qızıl Ordanın Azərbaycana yürüşləri
Qızıl Ordanın Azərbaycana yürüşləri — 1240-1502-ci illərdə mövcud olmuş Qızıl Ordanın Azərbaycana sahib olmaq üçün Şirvanşahlar,Hülakülər və Teymurilərlə etdiyi müharibələr. == Yürüşlərin səbəbləri == Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlverişli idi.
Rusların Qafqaz yürüşləri
Rusların Qafqaz ekspedisiyaları və ya Xəzər ekspedisiyaları — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Slavyanların Azərbaycana yürüşləri

Süleyman Qanuninin yürüşlərinin siyahısı
Süleyman Qanuninin yürüşləri — Osmanlı sultanı Süleymanın 46 illik hakimiyyəti dövründə etdiyi yürüşlərin siyahısı. Qərbdə "Böyük Süleyman" və şərqdə "Qanuni" adlanan I Süleyman 25 yaşında atası I Səlimin ölməsi ilə 1520-ci ildə sultan oldu. Onun dövründə hərbi yürüşlər çox oldu. Vəzirləri və komandirləri ilə 13 böyük yürüş etdi. Yürüşləri 10 il 3 ay müddətində şəxsən özü idarə etdi. İlk səkkiz yürüşünü qərbə etdi. Digər beş yürüşü isə şərqə yönəlmişdi. Qərb yürüşlərində Macarıstan ilə 1521-ci ildə II Mehmedin tuta bilmədiyi Belqradı tutdu və 1526-cı ildə Mohaç döyüşündə II Layoşu öldürdü. Macarıstanın tam fəthi isə 1541-ci ildə tamamlandı. 1529-cu ildə Vyananı mühasirəyə aldı, amma şəhəri ələ keçirə bilmədi.
Səlib Yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Tan İmperiyasının Qərbi Türklərə yürüşləri
Çini idarə edən Tan sülaləsinin Qərbi Göytürk xaqanlığına yürüşləri b.e. VII əsrdə bir sıra hərbi kampaniyadan ibarət idi. == Şərait == Vətəndaş müharibəsinin nəticəsində Göytürklər Qərbi və Şərqi xaqanlıqlara bölüşüb. Bizans İmperiyası ilə mütəffiq olan Qərbi Türk xaqanlığı Sasanilər İmperiyasına qarşı müharibələr ilə məşğul idi. Qərbi Türk xaqnlığı genişlənirdi, Şərqi Türk xaqanlığı isə tənəzzülü yaşayırdı. Onlar Çində bəzi mənbələrə görə özü də türk əsilli olan general Li Yuana Suy sülaləsini devirməyə kömək edib. Beləliklə, Li Yuan 618-ci ildə özünə Qaotzu adı alıb, Tan adlı yeni İmperator sülaləsini başlayır. 630-cu ildə, həmin Tan ordusu uyğurların köməyi ilə Şərqi Türk xaqanlığın ordusuna qalib gəlib, onları özlərin vassalı edirlər (Şərqi Türklər Tan Çini üçün Tabğaclar sözünü iştədirdilər).630-cu ildə Qərbi Türklərin Tonq Yabqu xaqanı öz dayısı Bağatur tərəfindən öldürülüb. Bundan sonra xaqan olan Bağatur Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmayıb, üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü.
Teymurilərin Azərbaycana yürüşləri
1370–1507-ci illərdə mövcud olmuş Teymurilər dövləti Azərbaycana 1386-cı ildən başlayaraq yürüș etmişdir. Ancaq Sultan Şahruxdan başlayaraq bu yürüşlər artıq Azərbaycanı işğal etmək üçün deyil, yerli hakimlərə Teymurilər dövlətinin gücünü göstərmək üçün idi. 1469-cu ildə Uzun Həsən Teymuri Əbu Səidi məğlubiyyətə uğratdı və 1507-ci ildə Șeybanilər dövləti Teymurilər dövlətinin varlığına son qoydu. == Əmir Teymurun Azərbaycana yürüşləri == === Əmir Teymurun 1-ci yürüşü === 1386 cı ildə baș vermişdi. Tərəfdarları: [[I İbrahim]. I İbrahimin Əmir Teymurla müttəfiq olmaqda məqsədi Şirvanı talan edilməkdən xilas etmək və Qızıl Ordu dövlətinə qarşı mübarizə aparmaq idi. Nəticə: Əlincə istisna olmaqla Azərbaycan torpaqları ələ keçirildi . == I İbrahimın teymuriləri məğlub etməsi == Əmir Teymurun ölümündən sonra I İbrahim Kürü keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini tutdu. Bir çox hakimlər(Şəki hakimi Seyid Əhməd,Gürcüstan hakimi,Qaramanlı Yar Əhməd,əmir Bəstam Cəyir,Ərdəbil hakimi) ona qoşuldu. Bundan qəzəblənən Teymuri Mirzə Ömər Arazı keçerək Babı kəndində düşərgə saldı.
Urartuların Naxçıvana yürüşləri
Urartuların Naxçıvana yürüşləri — e.ə. IX -VII əsrlərdə urartuluların Naxçıvan ərazisinə təcavüzkar yürüşləri. == Tarixi mənbələr == Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar olunan İlandağ (Haçadağ) kitabəsi İşpuini və Menuanın adını xatırladır, e.ə. 820-ci və 810-cu illərdə onların hərbi hücumları və qələbələrindən bəhs edir. Bu yazıya görə İşpuini və Menua Аrsiniе və Аyaniаnu torpaqlarını işğal etmələri, Pluadidə kitabə qoymaları, urartuların hərbi Allahı Xaldinin şərəfinə qurban vermələri ilə fəxr edirmişlər. Kitabənin mətni belədir: “İlahi Haldinin əzəməti ilə İşpuini Sardurinin oğlu və Meniua İşpuininin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər, İş [....şəhərinin] ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar və əmr verdilər: Pluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək qurban kəsilsin” Kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər, çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur. Kitabənin mətnindən görünür ki, bu ərazilər urartulara məxsus olmamışdır. Onlar bu əraziyə işğalçı yürüşlər etmiş, lakin burada möhkəmlənə bilməmişlər. Elə buna görə də ilahi Haldiyə həsr edilmiş lövhə Pluadidə ucaldılmışdır.
Urartuların Naxçıvana yürüşləri.

Xaç yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Şah I Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamən dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
Şah İsmayılın Gürcüstan yürüşləri
Şah İsmayılın Gürcüstan yürüşləri — Səfəvilərin I şahı I İsmayılın (1501-1524) hakimiyyəti dövründə indiki Gürcüstan ərazilərinə edilən qızılbaş yürüşləri. == Zəmin == 1500-ci ildə Cabani döyüşündə Şirvanşahları məğlub edən, Bakı və Şamaxını ələ keçirən Şah İsmayıl 1501-ci ildə olmuş Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə qazanaraq Təbrizə daxil olub özünü şah elan etdi. Bundan sonra Səfəvi dövləti sürətlə ərazilərini böyüdərək imperiyaya çevrildi. İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501-1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi. Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı. == Qızılbaş yürüşləri == Osmanlı sultanı ilə münasibətlərin gərgin olmasını görən Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi.
Monqolların Çərkəzistana yürüşləri
Monqolların Çərkəzistana yürüşləri — Monqol imperiyası və Qızıl Ordanın Çərkəzistan ərazisinə yürüşləri. XIII–XIV əsrlərdə monqollar Çərkəzistan ərazisinə kütləvi basqınlara başlamışdılar. 1253-cü ildə Qafqaza səyahət edən Villem Rubruk yazırdı ki, monqol ordusunun beşdə biri o dövrdə çərkəzlərin müqavimətini darmadağın etmək işinə həsr edilmiş olmasına baxmayaraq, çərkəzlər heç vaxt "monqol hökmranlığına boyun əyməmişdilər". Çərkəzlər həm meşələrdən, həm də dağlardan istifadə edərək azadlıqlarını müəyyən qədər qoruyub saxlamış, uğurlu partizan müharibəsi aparmışdılar. == Zəmin == Qərbi Avropanın son orta əsrlərində Qafqaz monqollar və onların türk vassalları tərəfindən işğal edildi. Monqol qoşunlarının Qafqazda ilk peyda olması 1220-1222-ci illər arasında kəşfiyyatçıların gəlişi oldu Qıpçaq türk xalqları – bəziləri Çingiz xanın gələcək qohumlarına çevrilmiş – Terek çayının münbit çay vadiləri də daxil olmaqla, daha da Cənub və Qərbə ( xəzərlərin süqutundan sonra davam edən proses) əraziləri zəbt edib məskunlaşırdılar. Kuban . 1230-cu illərdə monqollar qıpçaqlar üzərində hökmranlıq əldə edərək onları vassala çevirdilər. Çərkəzlər monqolların gəlişindən əvvəl Kuban çayının şimalında və cənubunda hökmranlıq edirdilər. == Yürüşlər == 1237-ci ildə Şimali Qafqaza hücum başlamışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2006 •••••••• 0.45
2007 •••••••• 0.42
2008 ••••••••••••• 0.73
2009 •••••••• 0.48
2010 •••••••••••••• 0.82
2011 •••••••• 0.43
2012 •••••••••••••••• 0.95
2014 •••••••••••••••••••• 1.20
2015 •••••• 0.34
2016 ••• 0.17
2017 ••• 0.16
2018 •••••••• 0.45
2019 •••••••••• 0.56
2020 ••••••• 0.40

"yürüşlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yürüşlə nədir? #yürüşlə sözünün mənası #yürüşlə nə deməkdir? #yürüşlə sözünün izahı #yürüşlə sözünün yazılışı #yürüşlə necə yazılır? #yürüşlə sözünün düzgün yazılışı #yürüşlə leksik mənası #yürüşlə sözünün sinonimi #yürüşlə sözünün yaxın mənalı sözlər #yürüşlə sözünün əks mənası #yürüşlə sözünün etimologiyası #yürüşlə sözünün orfoqrafiyası #yürüşlə rusca #yürüşlə inglisça #yürüşlə fransızca #yürüşlə sözünün istifadəsi #sözlük