* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. Dəmir tullantı yığıntısı. Zibil yığıntısı. – Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu. S.Rəhman. 2. Çay və yağış suları ilə gəlib çökən dağ süxurları qırıntıları (daş, qum, lil və s.). Şiddətli yağmurun yığıntısını toplayan və azğın seli gətirən qorxunc dərələrin üstündən körpülər salınırdı. S.Rəhimov. 3. Sif. mənasında. Müxtəlif yerlərdən toplanma, müxtəlif yerlərdən gəlib cəmləşmiş, camaatı müxtəlif yerlərdən gəlmə adamlardan ibarət olan. Yığıntı məhəllə. Yığıntı kənd.
Azərbaycan dilinin izahlı lüğəti / yığıntı1 YIĞINTI – DAĞINTI Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu (S.Rəhman); Tağın o tərəfindəki dağıntını görmürsən?
Azərbaycan dilinin antonimlər lüğəti / yığıntı2 I прил. 1. наносный, наплывной. Yığıntı qumlar наносные пески, yığıntı torpaqlar наносные почвы, yığıntı düzənliyi наносная равнина 2. простореч. сборный. Yığıntı qruplar сборные группы II сущ. 1. кучка, груда, собранная из остатков, отходов, отбросов 2. накопление 3. нанос, наносы 4. геол., геогр. россыпи 5. диал. кислое молоко для взбивания
Azərbaycanca-rusca lüğət / yığıntı1 is. restes m pl, débris m pl ; reliefs m pl ; déchets m pl ; résidus m pl ; dépôt m, sédiment m ; duz ~sı dépôts m pl d’urates
Azərbaycanca-fransızca lüğət / yığıntı1 сущ. 1. гадарай, амукьай ва мс. затӀарикай кӀватӀ хьанвай хара, кӀунтӀ, гьамбар (мес. ракьарин, къумадин, къванерин ва мс.); 2. вацӀун ва марфадин цихъ галаз атана кӀватӀ хьанвай къум, лил, къван ва мс.; 3. прил. жуьреба-жуьре чкайрай атана кӀватӀ хьанвай, жемят жуьреба-жуьре чкайрай атанвай инсанрикай ибарат тир, акахьай (мес. мягьле, хуьр).
Azərbaycanca-ləzgicə lüğəti / yığıntıI (Gədəbəy, Gəncə, Xanlar, Kürdəmir, Mingəçevir, Şəki, Zəngəzur) nehrə çalxamaq üçün bir neçə gün yığılıb saxlanılan qatıq. – Bizim bu gün yığıntımız çoxdu (Zəngəzur); – Yığıntı i:lənifdi (Gəncə) II (İmişli) məc. – hirs, acıq. – Gəldi yığıntısın tökdi mə:m üssümə
Azərbaycan dilinin dialektoloji lüğəti.