Zəkiyyə sözü azərbaycan dilində

Zəkiyyə

Yazılış

  • Zəkiyyə • 99.0991%
  • zəkiyyə • 0.9009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəkiyyə Cəfərova
Zəkiyyə Həsənova
Zəkiyyə Mahmudova
Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub. 1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Zəkiyyə Mustafayeva
Zəkiyyə Qiyasbəyli
Zəkiyyə Qiyasbəyli' (Tam adı:Zəkiyyə Nadir qızı Qiyasbəyli; d.30 dekabr 1932, Tbilisi) — Ədəbiyyatşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor. Zəkiyyə Qiyasbəyli 30 dekabr 1932-ci ildə Tbilisi şəhərində müəllim ailəsində anadan olmuş, Tbilisidəki M. F. Axundov adına 97 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında başlamışdır. 1992–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir. 1993-cü ildə Təfəkkür Universitetinin filologiya fakültəsində professor, 1997–2002-ci illərdə dekan vəzifəsində çalışmışdır. Zəkiyyə xanım 1971-ci ildə Mehdi Hüseynin əsərlərində "Fəhlə-neftçi surətləri" adlı elmi işini müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə "Azərbaycan sovet ədəbiyyatında ictimai fəal qəhrəmanın təkamülü" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Zəkiyyə xanım Qiyasbəyli ədəbi yaradıcılığa publisistik yazılar, tənqidi məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: "İllər və insanlar" (1980), "Bu günün həqiqəti" (1980), "Söz və iş" (1982), "Dama-dama göl olar" (1987) adlı kitabların tərtibçisi olmuşdur. Zəkiyyə Qiyasbəyli həmçinin bədii tərcümə ilə də ardıcıl məşğul olur.
Zəkiyyə İsmayılova
İsmayılova Zəkiyyə Cəbrayıl qızı (d. 12 avqust 1941- Tovuz rayonu) — farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru (1991) və professoru (1992) Zəkiyyə İsmayılova 1941-ci il avqustun 12-də Tovuz şəhərində anadan olmuşdur. Ali təhsilini 1959-1964-cü illərdə Leninqrad Kimya-Əczaçılıq İnstutunda previzorluq ixtisası üzrə almışdır. Daha sonra Leninqrad Universitetinin hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İnstitunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərmişdir. 1967-ci ildən Zəkiyyə xanım Azərbaycan Tibb Universitetinin farmakklogiya kafedrasında assistent (1967-70), baş müəllim (1970-77), dosent 1977-91), 1991-94 illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən isə həmin kafedranın professorudur. Zəkiyyə İsmayılova Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri İlyas İsmayılovun həyat yoldaşıdır. Zəkiyyə İsmayılova bir çox beynəlxalq elmi konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. O, 143 elmi əsər və məqalənin, eləcə də, 5 ixtiranın müəllifidir.
Zəkiyyə Cəfərova (Uşaq)

zəkiyyə sözünün leksik mənası və izahı

Oxşar sözlər

#zəkiyyə nədir? #zəkiyyə sözünün mənası #zəkiyyə nə deməkdir? #zəkiyyə sözünün izahı #zəkiyyə sözünün yazılışı #zəkiyyə necə yazılır? #zəkiyyə sözünün düzgün yazılışı #zəkiyyə leksik mənası #zəkiyyə sözünün sinonimi #zəkiyyə sözünün yaxın mənalı sözlər #zəkiyyə sözünün əks mənası #zəkiyyə sözünün etimologiyası #zəkiyyə sözünün orfoqrafiyası #zəkiyyə rusca #zəkiyyə inglisça #zəkiyyə fransızca #zəkiyyə sözünün istifadəsi #sözlük