zəlzələn sözü azərbaycan dilində

zəlzələn

Yazılış

  • zəlzələn • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəlzələnin episentri
Zəlzələnin episentri (rus. эпицентр землетрясения, ing. epicenter of earthquake, epicentre of earthquake) — zəlzələnin hiposentrinin yer səthində proyeksiyası. Seysmik enerji axınının sıxlığı ən çox Z.e. olur. Ən güclü dağıntı episentr sahəsində baş verir.
Zəlzələnin proqnozlaşdırılması
Zəlzələnin proqnozlaşdırılması- zəlzələnin proqnozu onun yerinin, intensivliyinin və zamanının öncədən xəbər verilməsidir. Zəlzələ olacağını əvvəlcədən söyləmək qədim zamanlardan insanları maraqlandırsa da bu məsələ hələ də özünün elmi həllini tapmamışdır. Zəlzələ ocağı ətrafında kifayət qədər fiziki, kimyəvi, bioloji, metroloji və s. dəyişikliklər haqqında kifayət qədər məlumatlar olmasına baxmayaraq bu elmi nəticələr sintez olunaraq mükəmməl zəlzələ ocağı modeli yaradılmamışdır. Bu səbəbdən də zəlzələnin nə zaman, harada, hansı güclə baş verəcəyini hələlik dəqiqliklə söyləmək mümkün deyil. Zəlzələ proqnozu ehtimal xarakterli olub bir çox amillərdən asılıdır: Ərazinin geoloji-geofiziki şəraitinin ətraflı öyrənilməsi Seysmik hadisələrin uzunmüddətli statistikası Yer qabığının (və ya litosferin) uzun müddətli çox parametrli sıx monitorinqi Müxtəlif geofiziki sahələrdə, atmosferdə, hidrosferdə hr bir seysmik hadisədən öncə baş verən dəyişikliklərin retrospektiv analizi Zəlzələlərin proqnozu xəbər vermə müddətindən asılı olaraq uzunmüddətli (10 ildən artıq), orta müddətli (1 ildən 10 ilə qədər), qısa müddətli (1 həftədən 1 ilə qədər) və operativ (1 saatdan 1 həftəyə qədər) ola bilər. Uzun müddətli proqnoz seysmoaktiv zonalar üçün qurulmuş təkrarlanma qrafikinin analizi əsasında aparılır. Qrafikdə istifadə olunan statistik məlumatlar böyük zamanı əhatə etdikcə zəlzələlərin təkrarlanma periodu və müvafiq olaraq müəyyən intensivlikli zəlzələnin baş verməsinə qədər olan zaman daha dəqiq təyin edilir. Potensial güclü zəlzələnin yeri keçmişdə baş vermiş güclü zəlzələlərin əlaqədar olduğu aktiv geoloji strukturların öyrənilməsi əsasında müəyyən edilir. Orta müddətli, qısa müddətli və operativ proqnozlar zəlzələdən öncə Yer qabığı suxurlarının fiziki xüsusiyyətlərində müşahidə edilən dəyişikliklərlə ehtimal olunan zəlzələlərin yeri, intensivliyi və vaxtı arasında müəyyənləşdirilən əlaqələr əsasında verilir.
Zəlzələnin yaranma mexanizmi
Zəlzələnin yaranma mexanizmi — Zəlzələqabağı hansı əlamətlərin yaranacağını qabaqcadan müəyyənləşdirə bilən nəzəriyyədir ki, bu da zəlzələlərin proqnozlaşdırılması üçün mühümdür. Hələ də belə bir dürüst nəzəriyyə olmadığindan, zəlzələnin proqnozlaşdırılması məsələsi həll edilməmişdir. Zəlzələ — Yer qabığında və yuxarı mantiya qatında deformasiyanın möhkəmlik həddinə çatması nəticəsində müəyyən hissələrdə baş verən qirilmanı müşayiət edən titrəyişdir. Qırılma, sınma təsadüfı hadisə olduğundan bu modelə görə zəlzələnin proqnozu mümkün deyil nəticəsi çıxır. Zəlzələnin proqnazlaşdırılması — zəlzələnin nə vaxt, harada hansı güclə olacağını qabaqcadan bildirməkdir. Bu problemi həll etmək üçün zəlzələnin bir qırılma hadisəsi olması ideyasından əl çəkilməlidir. Zəlzələnin hansı əlamətlərinin olacağını qabaqcadan söyləyə bilən qravitasiya qüvvələrinə xəssas geoblokların rəqsi modelini yaratmaq lazım olduğu söylənilir. Ramiz Hüseynov. Bir daha zəlzələnin proqnozlaşdırılması haqqında. Elm və həyat jurnalı.

"zəlzələn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəlzələn nədir? #zəlzələn sözünün mənası #zəlzələn nə deməkdir? #zəlzələn sözünün izahı #zəlzələn sözünün yazılışı #zəlzələn necə yazılır? #zəlzələn sözünün düzgün yazılışı #zəlzələn leksik mənası #zəlzələn sözünün sinonimi #zəlzələn sözünün yaxın mənalı sözlər #zəlzələn sözünün əks mənası #zəlzələn sözünün etimologiyası #zəlzələn sözünün orfoqrafiyası #zəlzələn rusca #zəlzələn inglisça #zəlzələn fransızca #zəlzələn sözünün istifadəsi #sözlük