zəlzələsi sözü azərbaycan dilində

zəlzələsi

Yazılış

  • zəlzələsi • 98.7261%
  • Zəlzələsi • 1.2739%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə zəlzələsi
Gəncə zəlzələsi (427) — Gəncədə 427-ci ildə baş vermiş zəlzələ. Gəncə zəlzələsi (1139) — Gəncədə 1139-cu ildə baş vermiş zəlzələ.
Haiti zəlzələsi
Haiti zəlzələsi – 12 yanvar 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100000-ə yaxın ev təmamilə dağılıb. == Haiti zəlzələsi == Haiti zəlzələsi 12 yanvar 2010-cu il yerli vaxtla saat 21:53:09-da episentri paytaxt Port-Au-Prinsdən 25 km aralıda olan 7.0 Rixter gücündə zəlzələ idi. Zəlzələ yerin 13 km dərinliyində baş verib.Amerika Birləşmiş Ştatlarının Geoloji Tədqiqatı 5.0 və 5.9 bal gücündə on dörd afterşok qeydə aldı. Zəlzələ nəticəsində Port-o-Prensdə böyük dağıntılar baş verib. Zədələnmiş ərazilərə Haiti Milli Sarayı (Prezident Sarayı), Haiti Milli Assambleyasının binası, Port-o-Prins Katedrali və mərkəzi həbsxana daxildir. Ölkə üzrə xəstəxanalar dağıdılıb və ya ciddi şəkildə zədələnib. Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyasının (Haiti) paytaxtdakı baş ofisinin dağıldığını bildirdi. Missiyanın rəhbəri Hedi Annabinin yanvarın 13-də öldüyü prezident René Preval tərəfindən təsdiqləndi.
Hoey zəlzələsi
Hoey zəlzələsi — 28 oktyabr 1707-ci ildə yerli vaxtla saat 14:00-da Yaponiyada baş verən zəlzələ Bu zəlzələ 2011-ci ildə baş verən Tohoku zəlzələsinə qədər Yaponiya tarixində baş vermiş ən böyük zəlzələ olub. Bu zəlzələ cənub-qərbi Honşu, Şikoku və Kyüşü ərazilərində ciddi dağıntılara səbəb olub. Zəlzələ və dağıdıcı sunaminin qurbanlarının sayı 5000 idi. Bu hadisə Nankai megathrust zəlzələsinin bütün seqmentlərini alt-üst edən yeganə məlum zəlzələ kimi tarixə düşdü (8.6 ml miqyasında (bal) dəyərləndirilir). == Zərər == 29000 ev dağılıb, 5000 nəfər həlak olub. Zəlzələ nəticəsində ən azı əhəmiyyətli bir torpaq sürüşməsi baş verib (Şizuokada Ohya sürüşməsi). Bu sürüşmə Yaponiyada baş verən üç ən böyük sürüşmədən biridir və 1.8 km2 əhatə edir. Qiymətləndirilmiş həcm 120 milyon m3-dir.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Lyublyana zəlzələsi
Lyublyana zəlzələsi (sloven. ljubljanski potres) və ya Pasxa zəlzələsi (sloven. velikonočni potres) — 14 aprel 1895-ci ildə Lyublyanada baş vermiş zəlzələ. Pasxa zəlzələsi bu ərazilərdə baş vermiş ən böyük və son dağıdıcı zəlzələ oldu. == Zəlzələ == Merkalli şkalası ilə VIII-IX, Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ yerli vaxtla gecə 22:17-də baş verdi. Zəlzələnin episentri Yançda, Lyublyananın mərkəzindən 16 km şərqdə yerləşirdi. Hiposentr 16 km dərinlikdə yerləşirdi. Zəlzələ Assizi, Florensiya, Vyana və Split şəhərləri də daxil olmaqla, 350 km radiusda və 385 min km² ərazidə hiss edildi. Zəlzələ başa çatdıqdan sonra 10 gün ərzində daha az intensivlikdə 100-dən çox zəlzələ qeydə alındı. === Dağıntılar === Zəlzələ İq və Vodise qəsəbələri arasında, 18 km radiusda olan ərazilərə çox ziyan vurdu.
Məmə zəlzələsi
Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü. == Səbəbləri == 2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi: "Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır". Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər. Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb.
Qori zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Raça zəlzələsi
Raça zəlzələsi - Gürcüstanın Oni rayonunda 29 aprel 1991-ci ildə Qrinviç vaxtı ilə saat 09:12:48.1-də ardıcıl olaraq üç təkanla qeydə alınmışdır. Onların maqnitudaları Ms=6.1, Ms=5.5, Ms=6.2 olmuşdur. Episentrdə zəlzələnin intensivliyi MSK-64 seysmik cədvəli üzrə 9 balla qiymətləndirilmiş, afterşokları isə aylarla davam etmişdir. Bu zəlzələ 200-dən artıq insan itkisinə səbəb olmuş, 60 000-dən artıq adam evsiz qalmış, ümumilikdə isə 1000 km²-dən artıq əraziyə zərər dəymişdir.
Gəncə zəlzələsi (1139)
Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ. Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb. == Tarixi == Gəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı". Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil.
Gəncə zəlzələsi (427)
Gəncə zəlzələsi — Azərbaycan tarixində ilk yazılı mənbələrdə qeydə alınan zəlzələ 427-ci ildə baş vermişdir. Zəlzələ Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş vermişdir. Minlərlə insan həlak olmuşdur. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.
Gərni zəlzələsi (1679)
1679-cu il İrəvan zəlzələsi — 4 iyun 1679-cu ildə İrəvan şəhərində və ətrafında baş vermiş güclü zəlzələ. Zəlzələnin episentri Baş Gərni kəndi yaxınlığında olub. Zəlzələnin maqnitudası 6,4 bal (digər mənbələrə görə 8 bal) gücündə olub. Yeraltı təkanların gücü 9–10 bala çatıb. Bu, Cənubi Qafqaz tarixindəki ən güclü zəlzələlərdən biri hesab olunur. Zəlzələ nəticəsində İrəvan şəhəri ətraf ərazilər güclü zərər görüblər. Nəticədə 20 mindən çox adam xəsarət almış, 7500-dən artıq insan həlak olmuşdur.. == Tarixi == İrəvan zəlzələsi 1679-cu il iyunun 4-də baş vermişdir. Zəlzələ nəticəsində İrəvan şəhəri və ətrafı darmadağın olmuşdur. Kanakir, Vəliağalı, Baş Gərni və digər yaşayış məntəqələri yerlə yeksan olub.
Axalkalaki zəlzələsi
Axalkalaki zəlzələsi — Axalkalakidə zəlzələ. 1899-cu il dekabrın 31-də olan zəlzələnin gücündən 247 adam həlak olmuş, 2500-ə qədər mal-qara məhv olmuş və 700-ə yaxın ev uçmuşdur. Zaqafqaziyanın əksər hissəsində müşahidə olunmuş bu zəlzələdən 30-40 kənd zərər çəkmişdir.
Bakı zəlzələsi
Bakı zəlzələsi (1842)
Bəm zəlzələsi
Bəm zəlzələsi — 26 dekabr 2003 ildə İranın qədim Bəm (Kirman ostanı) şəhərində yerli saatla 5:26, Rixter şkalası ilə 6,3 bal gücündə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində Bəm şəhərinin 200 min əhalisindən 35 min (səhiyyə naziri 70 min adamın [1]öldüyünü bildirmişdi) adam həlak olmuş, 22 mini yaralanmışdı. Tarixi şəhərin gil tikililərinin 90% dağılmışdı[2]. Zəlzələnin belə dağıdıcı nəticələri Bəm şəhərinin əksər tikililərinin 1989 il yerli normalara cavab verməməsi olmuşdur. İran hakimiyəti dünya ictimaiyətinə yardım üçün müraciət etmişdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 44 ölkə yardım üçün personal göndərmişdi, 60 ölkə isə təklif etmişdi. İran hakimiyətinin, dağılmış şəhərin əvəzinə yeni şəhər salmaq niyyətləri zəlzələdə sağ qalmış əhalinin etirazlarına səbəb olmuşdu.
Damğan zəlzələsi
Damğan zəlzələsi – 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələ zamanı 200000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal olaraq qiymətləndirilir.
Dəniz zəlzələsi
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Tyanşan zəlzələsi
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ. 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür. Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.
Təbriz zəlzələsi
Təbriz zəlzələsi (1641)
Vulkan zəlzələsi
Vulkan zəlzələsi (rus. вулканическое землетрясение, ing. volcanic earthquake, earth shocks) — vulkan püskürməyə hazırlaşdığı və ya bilavasitə püskürməsi prosesində maqmanın hərəkəti zamanı kanalın divarlarının titrəməsi nəticəsində yer səthinin zəif titrəyişi.
Zaqatala zəlzələsi
Zaqatala zəlzələsi (1936)
Şamaxı zəlzələsi
Şamaxı zəlzələsi (1667) — 1667-ci ildə Şamaxıda baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1859) — 2 dekabr 1859-cu il Şamaxı quberniyasında baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1872) — Şamaxıda zəlzələ. Şamaxı zəlzələsi (1902) — Şamaxının sonuncu ən dəhşətli zəlzələsi 1902-ci il yanvar ayının 31-də baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1952) — Şamaxıda zəlzələ. Şamaxı zəlzələsi (2019) — Şamaxıda zəlzələ.
Ərdəbil zəlzələsi
Ərdəbil zəlzələsi – 893-cü il 23 mart tarixində baş verib. Zəlzələnin gücü dəqiq məlum deyil. Fəlakət nəticəsində 150000-dən artıq insan ölmüşdü.
Lorka zəlzələsi
Lorka zəlzələsi — 2011-ci ildə Lorka zəlzələsi (İspanca: Terremoto de Lorca de 2011) saat 18:47-də baş vermiş 5,1 MV gücündə zəlzələ idi. 11 may 2011-ci il tarixində CEST (16:47 UTC) Lorka şəhəri yaxınlığında, Mursiya bölgəsində, İspaniyada əhəmiyyətli yerli ziyana səbəb oldu. == Zəlzələ haqqında == Zəlzələdən əvvəl saat 17:05-də (UTC 15:05) 4,4 (MV) gücündə zəlzələ baş vermiş və bu, Lorka qalasının tarixi Espolon qülləsi, San Klemente Ermitajı və o cümlədən ərazidəki bir çox köhnə tikililərə ciddi ziyan vurmuşdur. Ümumilikdə 9 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Zəlzələ 1956-cı ildə Qranadanın Albolote şəhərinin qərbində baş verən 5,0 MV gücündə zəlzələdən sonra bölgəni vuran ən güclü zəlzələ idi. == Geologiyası == Maqnitudası 5,1 MV olan əsas təkan 11 may 2011-ci il tarixində yerli vaxtla saat 18:47-də (16:47 UTC) İspaniyanın Lorka bölgəsində, 6,7 km (4,2 mil) dərinlikdə ölkənin daxili hissəsində baş verib. Cənub Pireney yarımadasının çox hissəsi, xüsusən də Mursiya bölgəsi Avrasiya və Afrika plitələrini ayıran plitə sərhədinin formalaşdığı ümumi seysmik fəaliyyətin tektonik zonasında yerləşir. Bununla belə, bölgədəki yeraltı təkanlar hiss edilən maqnitudaları keçmir. Zəlzələnin 40 ilə 50 km (25 ilə 31 mil) arasında olan qeyri-adi dayaz qırılma boyunca əsas Alhama de Mursiya qırağı yaxınlığında vurma sürüşməsinin birbaşa nəticəsi olduğu təxmin edildi. Yerli mütəxəssislər həmçinin nasazlığın yaxınlığında səthdə qırılmaların olduğunu bildiriblər.
Tohoku zəlzələsi
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksəksürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.
Kirmanşah zəlzələsi (2017)
Kirmanşah zəlzələsi — 2017-ci ilin 12 noyabr tarixində yerli vaxtla saat 18:18-də İran–İraq sərhəd bölgəsinə yaxın ərazidə baş vermiş 7.3 bal gücündə zəlzələ. Zəlzələ İranın Kirmanşah ostanında dağıdıcı fəsadlara yol açıb. Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 32 km cənub və cənubqərbdə yerləşməkdədir. Təkanlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də hiss edilmişdir. Kirmanşah zəlzələsi nəticəsində azı 452 nəfər həlak olub, 7.100-dən çoxu yaralanıb. == Zəlzələ == Zəlzələ, İran–İraq sərhədinə yaxın, Bağdad şəhərindən 220 km şimal-şərqdə, Ərəb və Avrasiya tektonik platasının yaxınlığında baş vermişdir. Amerika Birləşmiş Ştatlarının Geologiya Araşdırmaları mərkəzi tərəfindən verilən məlumata görə zəlzənin gücü 7.3 bal olmuşdur. Hadisə 1967-ci ilin yanvar ayında baş vermiş 6.1 bal gücündəki zəlzədən sonra ən güclü yeraltı təkan hesab olunur. İran Seysmologiya Mərkəzi, zəlzələdən dərhal sonra müxtəlif güclərdə olan 50-dən çox afterşok qeydə almışdır. == Xəsarət == Son məlumatlara görə hadisə nəticəsində azı 452 nəfər həlak olmuş, 7.100-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Krit zəlzələsi (1303)
Krit zəlzələsi — 1303-cü ilin 8 avqustunda Krit şəhərində meydana gəlmiş təbiət hadisəsi. Mercalli intensivlik şkalasına görə, təxmin edilən böyüklüyü 8, şiddəti 9 idi. Krit və İskəndəriyyədə ciddi ziyan və insan tələfatına səbəb olan böyük bir sunamiyə səbəb oldu. == Tektonik vəziyyət == Bu zəlzələnin ən çox ehtimal olunan yeri olan Yunan qövsü, Afrika lövhəsinin Egey dənizi plitəsinin altına keçməsi ilə əlaqədar əyri bir tektonik xüsusiyyətə malikdir. Qərbi Avrasiyanın ən aktiv seysmik bölgələrindən biridir və Misirə də təsir edən böyük zəlzələlər tarixinə malikdir. == Xəsarət == Zəlzələ və sunaminin Kritin Heraklion şəhərində dağıdıcı təsirlərə malik olduğu qeyd edildi. Ətraflı məlumatı, zəlzələ günü və iyirmi gün sonra Herakliondan məsul olan Venesiya rəhbərliyinə verilən hesabatlardan əldə etmək olar. Adanın hər tərəfindəki Heraklionanın əsas ictimai binalarına və qalalarına vurulan ziyanın miqyasını təsvir edir. Hesabatlarda, qurbanların çoxunun qadın və uşaqlar olduğu bildirilir. İskəndəriyyədə də böyük daşqın oldu.
Leninakan zəlzələsi (1926)
Leninakan zəzələsi 1926. — güçlü zəlzələ 22 oktyabr 1926-cı ildə Ermənistan SSR Leninakan şəhərinin ətrafında baş vermişdir. Zəlzələnin nəticələrini müəyyən etmək məqsədi ilə SSRİ Elmlər Akademiyası tərəfindən bölgəuə geoloq Pyotr İvanoviç Lrbedevin başçılığı ilə qrup göndərilmişdir. Nəticələr haqqında rəy akademiyaya 9 mart 1927-ci ildə akademik Frans Yuleviç Levinsov tərəfindən təqdim edilmişdir. Sonradan nəticələr dərc edilmişdir. == Zəlzlənin nəticələri == Zəlzələnin ocağı Araz çayının qolu olan Arpaçayın vadisində baş vermişdir. Zəlzələ Tiflis şəhərindəki seysmoqraflar və Leninqradda yerləşən Pulkovski avservatoriyasında qeydə alınmışdır. Zəlzələ iki dalğa şəklində özünü təzahür etdirmiişdir: Dalğalar İrəvan, Tiflis, Batum, Soçidə də hiss edilmişdir. Ancaq buralarda dağıntılara səbəb olmamışdır. Xüsusi ilə Türkiyə ilə sərhəddə yerləşən kəndlər güçlü zərər görmüşdür.
Lissabon zəlzələsi (1755)
Lissabon zəlzələsi — 1 noyabr 1755-ci ildə baş vermiş zəlzələ. Hadisə 1755-ci ilin noyabrın 1-də, katoliklərin bayramı olan Bütün Müqəddəslərin Günündə baş vermişdir. Zəlzələ 3-5 dəqiqə davam etmişdir. Birinci yeraltı təkandən 40 dəqiqə sonra ikincisi baş vermiş, şəhərin mərkəzində 4 metrdən çox eni olan iri çatlar əmələ gəlmişdi. Limanı təhlükəsiz hesab edərək, oraya axın edən əhali suyun çəkildiyinin şahidi olmuşdu. Bir neçə dəqiqədən sonra baş vermiş, hündürlüyü 15-20 metrə çatan sunami Teju çayının məcrası boyunca hərəkət edərək, böyük bir ərazini su altında qoymuşdu. Sunamidən zərər görməmiş sahələri isə yanğın 5 gün ərzində məhv etdi. Lissabon bu fəlakətdə zərər çəkən yeganə şəhər deyildi. Ölkənin bütün cənub şəhərlərində, xüsusən Alqavre əyalətində çox böyük dağıntılar vardı. Təkanlar Finlandiyadan Şimali Afrikaya qədər bütün Avropa ölkələrində hiss edilmişdi.
Loma Priyeta zəlzələsi (1989)
Loma Priyeta zəlzələsi - 1989-cu ildə ABŞ-nın San-fransisko və Koliforniyanın ərazisində yerli vaxtla saat 17:04-də baş vermiş Sunami xarakterli zəlzələ.15 saniyə davam etmiş və maqnitudası 6.9 olan təbii fəlakətin törətdiyi dağıntılar zamanı şəhərlərə $5.6 – 6 mlrd. ictisadi ziyan dəymişdir.Dağıntılar altında qalmış və xəsarət almış insanların sayı isə 63 ölü və 3,757 yaralı olmuşdur.
Ludyan zəlzələsi (2014)
Ludyan zəlzələsi — Çində 3 avqust 2014-cü il saat 08:30:13-də 6.5 bal gücündə baş vermiş zəlzələ. Zəlzələnin episentri Ludyan yaşayış məntəqəsində olub. == Məzmun == Episentri Çinin Yunyan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı əvvəlcə 150, sonra 175, sonda isə 367-yə çatdığı bildirilir.
Messina zəlzələsi (1908)
Messina zəlzələsi — 1908-ci ildə Messina şəhərində baş vermiş zəlzələ. 1908-ci ilin 28 dekabrında Siciliya və Appenin yarımadasının arasında yerləşən Messina boğazında 7,5 bal gücündə zəlzələ baş verdi. Bir dəqiqə ərzində 3 güclü təkan qeydə alındı və ikinci təkandan sonra binalar dağılmağa başladı. Zəlzələ nəticəsində Siciliya və Kalbriyanın sahilboyu ərazilərində yerləşən 20-dən çox yaşayış məntəqəsi zərər çəkdi. Təkrar təkanlar 1909-cu ilin yanvar ayında da baş verdi. 1908-ci il zəlzələsi nəticəsində həlak olmuş insanların ümumi sayı barədə müxtəlif məlumatlar var. Belə ki, bəzi mənbələrdə 200 min insanın həlak olduğu bildirilir. Zəlzələ nəticəsində Messina və Reco-Kalabriya şəhərləri tam dağıldı. Bu zəlzələ Avropa tarixində ən dəhşətli zəlzələlərdən hesab edilir.
Meydzi Sanriku sunami və zəlzələsi
Meydzi Sanriku sunami və zəlzələsi — 1896-cı il iyunun 15-də baş vermiş zəlzələ və sunami. Nonsyu adasının şimal-şərqində baş vermiş zəlzələ zamanı dəhşətli sunami əmələ gəlmişdir. Hündürlüyü 30 metrə çatan dalğalar 300 km məsafədə sahilə böyük ziyan vurmuşdur. Xonsyunun şimal sahilində və Xoqqaydo adasının cənub sahillərində 10 minə qədər ev uçmuş, yuyulub getmiş və 27 min adam həlak olmuşdur. Zəlzələnin yaratdığı sunami bütün Sakit okeanda yayılmışdır. Avstraliya və Cənubi Amerika sahillərində də okeanın səviyyəsində nəzərə çarpacaq dərəcədə dəyişiklik olmuşdur.
Mino-Ovari zəlzələsi (1891)
Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələ. 1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır. Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.
Nepal zəlzələsi (2015)
Nepal zəlzələsi — 25 aprel 2015-ci ildə Nepal standart vaxtı ilə 11:56-da (Ümumdünya vaxtı ilə 6:11:26) baş verən zəlzələ. 7.8 bal gücündədir. Episentr Nepal, Lamcunqun təqribən 34 kilometr şərqi cənub-şərqidir və hiposentr təqribən 15 kilometr dərinlikdədir. 1934-cü il Nepal-Bihar zəlzələsindən sonra bu Nepalda baş verən ən güclü zəlzələdir. Zəlzələnin nəticəsi kimi 7300-dən çox insanın ölməsi məlumdur. Everest dağında ölənlərin sayı 2014 Everest uçqununda ölənlərin sayını keçir. Katmandu dərəsində, bəziləri Katmandu Durbar Meydanında olmaqla, UNESCO Ümumdünya irsi yerlərində əsrlərcə yaşı olan tikililər dağılıb. == Zəlzələ == Zəlzələ 25 aprel 2015-ci ildə, Nepal standart vaxtı ilə 11:56-da təqribən 15 kilometr dərinliyində baş verib. Episentr Nepal, Lamcunqun təqribən 29 kilometr şərqi cənub-şərqidir. Təqribən iyirmi saniyə davam edib.
Oğuz zəlzələsi (1953)
Oğuz zəlzələsi — 1953-cü il sentyabrın 2-də baş vermiş 7 ballıq zəlzələ. 1953-cü il sentyabrın 2-də Vartaşen (indiki Oğuz rayonu) rayonununda 7 ball gücündə zəlzələ olmuşdur. Bu zəlzələdən sonra yenə hiss edilən təkanlar içərisində ən güclüləri sentyabrın 5-də və 11-də olmuşdur (6 ball gücündə). Əsas zəlzələnin təsiri ən çox Vartaşen, Muxas və Cumat kəndlərində hiss edilmişdir. Əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlmişdir. Bəzi yerlərdə divarlar bir-birindən aralanmış, pəncərə və qapıların üstləri uçmuşdur. Çiy kərpicdən tikilmiş yerli tipli binalara hamıdan çox ziyan dəymişdir. Antiseysmik qaydalara riayət edilməklə tikilən evlərə heç bir zərər toxunmamışdır. Həmçinin 10–12 kənddə evlərin barılarında yüngül yarıqlar əmələ gəlmişdir. Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur.
Peru zəlzələsi (2018)
Peru zəlzələsi — 14 yanvar 2018-ci ildə ümumdünya vaxtı ilə saat 04:18:45-da Peruda baş vermiş zəlzələ. Maqnituda cədvəli ilə 7.1 bal gücündə olan zəlzələ Merkalli intesivlik cədvəli ilə maksimum olan VII (çox güclü) bal ilə dəyərləndirilmişdir. Zəlzələ nəticəsində Naska plitəsi ilə Cənubi Amerika plitəsi arasında güclü üstəgəlmə hadisəsi baş vermişdir. Zəlzələ zamanı daşların aşması nəticəsində iki nəfər həlak olmuş, daha 113 nəfər isə xəsarət almışdır. Kərpic evlərə xeyli zərər dəymiş və Arekipa regionunda yerləşən 63 ev tamamilə dağılmışdır. İlkin olaraq sunami xəbardarlığı edilmişdir.
Rumıniya zəlzələsi (1802)
Rumıniya zəlzələsi — Rumıniyadakı Vrança dağlarında zəlzələ 26 oktyabr 1802-ci ildə Müqəddəs Paraskeva günündə baş verir. Riçter cədvəli üzrə intensivliyi 7,9 bal qiymətləndirilən, Rumıniyada qeydə alınan ən güclü zəlzələdir. Avropa tarixindəki ən güclü zəlzələlərdən biridir. Bu zəlzələ Şərqi Avropa və Balkanlarda, Sankt-Peterburqdan Egey dənizinə qədər iki milyon kvadrat kilometrdən çox ərazidə hiss edilir. Buxarest zəlzələsinin gücü Merkalli cədvəli üzrə VIII-IX bal qiymətləndirilir. Bir çox kilsənin arakəsmələri yıxılmış və Kotroçen monastırı dağıdılmışdır. Əsasən aşan sobalardan çox sayda yanğın baş verir. Bolqarıstanda Ruse, Varna və Vidin şəhərləri demək olar ki, tamamilə məhv olur Əsas zəlzələ ardından bir sıra yeraltı təkanlar qeydə alınır. Ən güclüsü 5,5 bal gücündə olur. == Dağıntı və itkilər == Əsas təkanlar günorta ilə 12 ilə 1 arasında Buxarestə qeydə alınır.
San-Fransisko zəlzələsi (1906)
San-Fransisko zəlzələsi — 18 aprel 1906-cı ildə ABŞ-də baş vermiş zəlzələ. 1906-cı ilin aprel ayının 18-də yerli vaxtla saat 05:12 radələrində episentri ABŞ-nin San-Fransisko şəhərindən 3 km. qərbdə olmaqla 7,6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ ən güclü tektonik zonalardan birinin üzərində yerləşən bütün San-Andreas dərəsini sarsmışdı. Yer səthində əmələ gəlmiş çatın uzunluğu 400 kilometrə çatırdı. San-Fransisko şəhərinin su kəməri magistralları partlamış, qaz kəməri, telefon və elektrik kabelləri sıradan çıxmışdı. Sobaların dağılması və elektrik xətlərində baş vermiş qəzalar nəticəsində ətrafı yanğın bürümüşdü. Şəhərin su təminatı sisteminin də dağılması yanğının söndürülməsini daha da çətinləşdirirdi. Şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Əhali buxtadan evakuasiya olunur, «Qızıl Darvaza» adlanan parkda qaçqın düşərgələri salınırdı.

"zəlzələsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəlzələsi nədir? #zəlzələsi sözünün mənası #zəlzələsi nə deməkdir? #zəlzələsi sözünün izahı #zəlzələsi sözünün yazılışı #zəlzələsi necə yazılır? #zəlzələsi sözünün düzgün yazılışı #zəlzələsi leksik mənası #zəlzələsi sözünün sinonimi #zəlzələsi sözünün yaxın mənalı sözlər #zəlzələsi sözünün əks mənası #zəlzələsi sözünün etimologiyası #zəlzələsi sözünün orfoqrafiyası #zəlzələsi rusca #zəlzələsi inglisça #zəlzələsi fransızca #zəlzələsi sözünün istifadəsi #sözlük