Zərgərli sözü azərbaycan dilində

Zərgərli

Yazılış

  • Zərgərli • 99.1285%
  • zərgərli • 0.4357%
  • ZƏRGƏRLİ • 0.4357%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zərgərli
Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub. == Coğrafiyası və iqlimi == Kəndin rayon mərkəzi ilə arası 17 km-dır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir.
Fikrət Zərgərli
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı. == Həyatı == F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. == Təhsili == 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. == Karyerası == Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi.
Roza Zərgərli
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. == Həyatı == Roza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. == Karyerası == 2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s.
Yunis Zərgərli
Yunis Zərgərli (1908-) — Azərbaycanlı Pedaqoq == Həyatı == Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur. Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1927-ci ildə Bakı pedaqoji təmayüllü nümunəvi orta məktəbi fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ailələrinə ağırlıq düşməsin deyə, axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyir. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Zərgərlik
Zərgərlik — metal işləmə sənətinin başlıca sahəsi. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir. == Azərbaycanda zərgərliyin tarixi == Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntılarından zərgərlik sənəti ilə bağlı faktiki materiallar: gil putalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət və s. tapılmışdır Qəbələnin Qala sahəsində, III qazıntıdan tapılmış, serpantindən hazırlanmış qəlibdə tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfi isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir . Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə etmişdilər. Bu xüsusiyyət Azərbaycan şəhərlərinin məhəlli xüsusiyyəti olmayıb Müsəlman Şərqinin zərgərlik sənətinin səciyyəvi xüsusiyyətlərindən biri idi. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazırlanmışdır. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər . Məmulatın növündən asılı olaraq bəzək əşyaları həndəsi, nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi.
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.90 dəfə / 1 mln.
2005 •• 0.67
2007 0.21
2008 •• 0.73
2010 ••• 1.09
2011 ••••••• 2.92
2012 ••••• 1.98
2013 •••••••••••••••••••• 8.31
2014 •••••••••••••••••••• 8.58
2015 0.17
2016 ••• 1.21
2017 •• 0.81
2018 ••• 0.90
2019 ••••• 2.09

"zərgərli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zərgərli nədir? #zərgərli sözünün mənası #zərgərli nə deməkdir? #zərgərli sözünün izahı #zərgərli sözünün yazılışı #zərgərli necə yazılır? #zərgərli sözünün düzgün yazılışı #zərgərli leksik mənası #zərgərli sözünün sinonimi #zərgərli sözünün yaxın mənalı sözlər #zərgərli sözünün əks mənası #zərgərli sözünün etimologiyası #zərgərli sözünün orfoqrafiyası #zərgərli rusca #zərgərli inglisça #zərgərli fransızca #zərgərli sözünün istifadəsi #sözlük