çaxçax sözü azərbaycan dilində

çaxçax

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çaxçax • 84.6154%
  • Çaxçax • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çaxçaxlı
Çaxçalı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Oykonim çaxçax (ağac çəpər) sözündən və -lı şəkilçisindən düzəlib, "ağac çəpərlə bağlanmış yer" mənasındadır. Cərgə ilə əkilmiş ağaclardan çəpər kimi istifadə etmək rayonun ərazisi üçün xarakterikdir.

çaxçax sözünün leksik mənası və izahı

  • 1 is. 1. Keçmişdə: qapını döymək üçün ona vurulan dəmir toxmaqdan ibarət alət. Məşədi Kazım yenicə oturmuşdu, qapının çaxçaxı vuruldu… M.S.Ordubadi. 2. Çəpər kimi yan-yana vurulan ensiz taxtalardan hasar; məhəccər.

    Azərbaycan dilinin izahlı lüğəti / çaxçax

çaxçax sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. 1. трещотка (приспособление, с помощью которого производится треск, дробный стук, шум); колотушка. Qapının çaxçaxı колотушка калитки 2. молоток, стукалка (на воротах) 2 сущ. диал. 1. деревянная решётка, забор 2. калитка (обычно из жердей) загона или палисадника

    Azərbaycanca-rusca lüğət / çaxçax

çaxçax sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. чахчах (1. чахъ-чахъ (виликра рак гатун патал рикӀиниз ядай ракьун алат); 2. мегьежар (жугъун хьиз къвал-къвала ттуна янавай шуькӀуь кьуларин чапар).

    Azərbaycanca-ləzgicə lüğəti / çaxçax

çaxçax sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qapını döymək üçün dəmir toxmaqdan ibarət alət. (“Koroğlu” dastanının lüğəti) Şəyird iri çaxçaxlı qapını göstərib dedi... (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Balakən, Gədəbəy, Kürdəmir, Qazax, Qax, Zaqatala) 1. yerə basdırılmış dirəklərə köndələn ağaclar vurmaqla düzəldilən hasar (Zaqatala, Balakən, Kürdəmir); – Çaxçaxı hündür eləsən mal aşmaz onu (Kürdəmir); – Evin ətrafına çaxçax vurdurmuşam (Balakən); – Qara at qaşdı getdi, çaxçaxdan aşdı getdi (Zaqatala) 2. həyətin və ya bağçanın girəcəyində düzəldilən qapı (Borçalı, Kürdəmir, Tovuz, Zaqatala); – Ay qız, çaxçaxı bağla, bağa heyvan girər (Tovuz); – Çaxçax xalxalın qapısıdı (Borçalı); – Heyvanı qəhələ sal, çaxçaxı ört (Kürdəmir)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çaxçax" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çaxçax nədir? #çaxçax sözünün mənası #çaxçax nə deməkdir? #çaxçax sözünün izahı #çaxçax sözünün yazılışı #çaxçax necə yazılır? #çaxçax sözünün düzgün yazılışı #çaxçax leksik mənası #çaxçax sözünün sinonimi #çaxçax sözünün yaxın mənalı sözlər #çaxçax sözünün əks mənası #çaxçax sözünün etimologiyası #çaxçax sözünün orfoqrafiyası #çaxçax rusca #çaxçax inglisça #çaxçax fransızca #çaxçax sözünün istifadəsi #sözlük