Çilinin Antarktika Bölgəsi
Çili Antarktida Dövlət Ərazisi (isp. "Territorio Antártico chileno"), Çilinin Antarktidada haqq iddia etdiyi bölgəsidir. Bu ərazi Birləşmiş Krallıq və Argentinanın Antarktidadakı əraziləri ilə həmsərhəddir. Ərazi, mərkəzi Punta Arenasda olan "XII Region"un idarəsi altındadır.
Çili bu ərazidə haqq sahibi iddialarını, elmi dəlillərə əsaslanaraq isbat etmişdir.
Çili, 6 noyabr 1940-cı ildə 53°Qərb-dən 90°Qərb-ə olan ərazinin Antarktida sahəsində haqq iddialarını elan etmişdir (Decreto Supremo No. 1747).