ölkələrlə sözü azərbaycan dilində

ölkələrlə

Yazılış

  • ölkələrlə • 98.5180%
  • Ölkələrlə • 1.4820%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti
Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti (rus. Всесою́зное о́бщество культу́рной свя́зи с заграницей, ВОКС) — SSRİ-də 1925-ci ildə yaradılmış ictimai təşkilat. 1958-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir. Təşkilatın vəzifələrinə rəsmi olaraq "SSRİ ictimaiyyətini xarici ölkələrin mədəniyyətinin nailiyyətləri ilə tanış etmək və Sovet İttifaqı xalqlarının mədəniyyətini xaricdə təbliğ etmək, SSRİ və digər ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın inkişafına və möhkəmlənməsinə kömək etmək" daxildir. 1925–1931-ci illərdə cəmiyyətin ofisi Moskvada Malaya Nikitskaya, ev 6 ünvanında yerləşirdi. Buna baxmayaraq, malikanə SSRİ-yə yenicə qayıtmış yazıçı Maksim Qorkinin (1868–1936) sərəncamına verilmişdir. 1948–1994-cü illərdə küçə 1914-1919-cu illərdə orada yaşamış teatr aktyoru V. İ. Kaçalovun xatirəsinə Kaçalov adlandırılmışdır. 1938-ci ildə Böyük təmizləmə dövründə VOKS-un əcnəbilərin qəbulu və dəvət edilməsi üzrə fəaliyyətinə faktiki son qoyulmuşdur. 1958-ci ildə VOKS Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir. Дорогами дружбы и сотрудничества.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti — Sovet dövründə və müstəqilliyinin ilk illərində Azərbaycanda fəaliyyət göstərmiş təşkilat. == Tarixi == Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur. Belə ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişdirlər. 1948-ci ildə cəmiyyətin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilmiş ictimai xadim Rza Quliyev, düz 27 il bu vəzifədə işləmiş və beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, Azərbaycanı hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.

Oxşar sözlər

#ölkələrlə nədir? #ölkələrlə sözünün mənası #ölkələrlə nə deməkdir? #ölkələrlə sözünün izahı #ölkələrlə sözünün yazılışı #ölkələrlə necə yazılır? #ölkələrlə sözünün düzgün yazılışı #ölkələrlə leksik mənası #ölkələrlə sözünün sinonimi #ölkələrlə sözünün yaxın mənalı sözlər #ölkələrlə sözünün əks mənası #ölkələrlə sözünün etimologiyası #ölkələrlə sözünün orfoqrafiyası #ölkələrlə rusca #ölkələrlə inglisça #ölkələrlə fransızca #ölkələrlə sözünün istifadəsi #sözlük