ölkələri sözü azərbaycan dilində

ölkələri

Yazılış

  • ölkələri • 95.1196%
  • Ölkələri • 4.8594%
  • ÖLKƏLƏRİ • 0.0168%
  • ÖLkələri • 0.0042%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Meqadivers ölkələri
Meqadivers ölkələri Yerdəki əksər növlərin və ya çox sayda endemik növün yerləşdiyi ərazini bildirmək üçün işlədilən termindir. Conservation International 1998-ci ildə 17 meqadivers ölkənin olduğunu açıqlayıb. Onların bir çoxu tropik və ya subtropik bölgələrdə yerləşir. Meqadiverslilik geniş biomüxtəliflik deməkdir. Meqadivers ölkələri üçün əsas meyar növlər, cinslər və ailələr səviyyəsində endemizmdir. Meqadivers ölkəsi ən az 5.000 növ endemik bitkiyə sahib olmalı və dəniz ekosistemləri ilə sərhəd olmalıdır. 2002-ci ildə Meksika bioloji müxtəliflik və əlaqəli ənənəvi biliklərlə zəngin ölkələrdən ibarət Bənzər Meqadivers Ölkələri adlı ayrı bir təşkilat qurdu. Bu təşkilata Conservation International tərəfindən müəyyənləşdirilən üç meqadivers ölkədən başqa hamısı daxildir.
NATO ölkələri
Nato üzvü olan ölkələr — NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 32 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub. 32 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), otuzunda isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.
Karib Ölkələri Birliyi
Karib Ölkələri Birliyi — 1973-cü ildə Caquaramaz müqaviləsi ilə qurulmuş Karib Ölkləri Birliyinin üzvləri : Bahamalar, Barbados, Beliz, Qvatemala, Yamayka, Trinidad və Tobaqo, Antiqua və Barbuda, Dominikan, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadindir. CARİCOM kiçik bir bölgədir və əhalisi 5 milyona yaxındır. Bölgədəki ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsullar neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir. Adıçəkilən qurum üzv ölkələr arasında gömrük birliyinin qurulmasını məqsədəuyğun hesab edir. Qurumun dünya ixracatında payı 0,1 % -ə və idxalatında payı 0,2 % — dir. Bölgədaxili ticarət nisbəti isə 9,1 % — dir.
Fars körfəzinin Ərəb ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
La-Plata hövzəsi ölkələri
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
Afrika ölkələri
Afrika ölkələrinin siyahısı — Afrika qitəsində yerləşən 66 dövlət və əraziyə verilən ümumi ad. Bu siyahıya həm tam tanınmış dövlətlər, həm qismən və ya tanınmayan dövlətlər, həm də Afrika və qeyri-Afrika dövlətlərinin asılı əraziləri daxildir. Siyahı 56 suveren dövlət (bunlardan 54-ü BMT-nin üzvüdür), qeyri-Afrika suveren dövlətlərin iki qeyri-suveren (asılı) ərazisini və qeyri-Afrika suveren dövlətlərin on sub-milli bölgəsindən ibarətdir. == Suveren dövlətlər == === Tam tanınan dövlətlər === Aşağıdakı tam tanınan 54 dövlətin hamısı Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının üvüdür. === Məhdud tanınan və ya tanınmayan dövlətlər === Ətraflı bax: List of states with limited recognition The following two entities have declared themselves to be sovereign states and are in control of some territory but have limited or no recognition from other states. Neither entity is a member state of the United Nations, although the Sahrawi Arab Democratic Republic is a member of the African Union. == Suveren olmayan ərazilər == There are currently 12 non-sovereign territories in Africa. Except two Spanish autonomous cities and Peñón de Vélez de la Gomera, all the remaining territories are islands off the continent's coast. === Asılı ərazilər === Ətraflı bax: Dependent territory === Digər ərazilər === This list contains 10 territories that are administered as incorporated areas of a primarily non-African country.
Amazoniya ölkələri
Amazoniya ölkələri - Cənubi Amerikanın mərkəzi və şimal-şərqində yerləşən ölkələrdir. Bura Braziliya, Surinam və Qayana daxildir. Rütubətli tropik iqlim, bol yağıntı, keçilməz tropik meşə və cəngəlliklər, qırmızı, qırmızı-sarı ferrolitli torpaqlar, gursulu çaylar, zəngin hidroenerji ehtiyatları, mineral ehtiyatlar Amazoniya ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Dünyada ən iri boksit ehtiyatları bu ölkələrdədir. Xüsusilə Surinam və Qayananın təsərrüfat həyatı boksit ehtiyatları ilə bağlıdır. Braziliya dünyada ən çox dəmir filizi, mis, qurğuşun, qalay, sink və digər əlvan metallar istehsal edən ölkələrdən biridir. Adambaşına düşən meşə ehtiyatına görə Surinam, Qayana və Braziliya dünyada tanınır. Bu ölkələrin ümumi ərazilərinin 70%-dən çoxu meşəlikdir. Tropik meşə və cəngəlliklərin qiymətli oduncaq ehtiyatı bu ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Amazoniya ölkələri dünyada ən çox şəkər qamışı, kokos yağı, qəhvə, kakao, batat istehsal edilən regionlardan biridir.
And ölkələri
And ölkələri - Venesuella, Kolumbiya, Ekvador,Peru, Boliviya, Çili. Argentina-And ölkələrinə aid deyil,And dağlıq qurşağında yerləşən ölkələrə aiddir. == Haqqında == And ölkələri Cənubi Amerikada xüsusi xalqlar qrupunu təşkil edir, ümumi coğrafiyanı, İnklərə qədərki və sonrakı dövrdə mövcud olan mədəni dəyərləri, o cümlədən də keçua dili və And mətbəxi kimi dəyərləri paylaşan ölkələr qrupunu təşkil edir. Siyasi baxımdan Argentina və Çili doğma andlı irsindən məhrum olduğuna görə Andlı ölkələrə daxil edilmir. Çünki bu iki ölkə mədəni baxımdan Avropa ölkələri tərəfindən daha çox təsirə məruz qalıb. Bu səbəbdən də bu iki ölkə Andlı Millətlər Birliyinin tərkibinə də daxil edilmir. And ölkələrinə Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr daxil edilir: Venesuela Kolumbiya Ekvador Peru Boliviya Argentina Çili Onların birlikdə sahəsi 5482,5 kv km-dir. Burada çoxlu təbii sərvətlər, meşə və su ehtiyatları, sahillərində zəngin balıq ehityatı vardır. And ölkələrində hasilat sənayesi, əlvan metallurgiya, tropik bitkilərin becərilməsi əsas təsrrüfat sahələridir. Regionda əhali əsasən liman şəhərlərində və 100-2500 m-dən yüksək olan ərazilərdə yaşayır.
Avropa ölkələri
Avropa ölkələrinin siyahısı — Avropa qitəsində yerləşən 64 dövlət və əraziyə verilən ümumi ad. Avropa qitəsi təxminən 10.180.000 km² sahəsi ilə dünya torpaqlarının 6,8 %-ni əhatə edir və 746.419.440 nəfər əhalisi ilə dünya əhalisinin 11 %-nə ev sahibliyi edir. Avropa coğrafi cəhətdən Ural dağları, Ural çayı və şərqdə Xəzər dənizi ilə əhatəlidir. Cənubunda Qafqaz dağları, Qara və Aralıq dənizləri, Bosfor və Dardanel boğazları yerləşir. Şimal-qərbində Atlantik okeanı, şimalında isə Şimal Buzlu okeanı yerləşir. Avropa dörd hissəyə ayrılır: Qərb, Şərq, Şimal və Cənub. Bəzi coğrafiyaşünaslar isə beş hissəyə ayırırlar və beşinci hissə olaraq Mərkəzi Avropa terminini istifadə edirlər. Soyuq müharibə ərəfəsində Şərqi və Qərbi Avropaya ayrılmış, Qərbi Avropa kapitalist, Şərqi Avropa isə kommunist blok adlandırılmışdır. Ümumilikdə Avropada 64 ölkə var ki, onlardan 50-si müstəqil, 8-i asılı və 6-sı tanınmamış ölkədir. 14 ölkənin adaları, 19-nun daxili dənizlərlə əhatəli sahilləri, 32-nin isə dəniz və okeanlarla əhatəli geniş sahilləri var.
Baltik ölkələri
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Skandinav ölkələri
Skandinav ölkələr və ya Skandinavlar — Şimali Avropa və Şimali Atlantik okeanındakı coğrafi və mədəni region. Buranı Norden (sözün həqiqi mənasında "Şimal") də adlandırılırlar. Terminə Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç, həmçinin Qrenlandiya və Farer adaları daxildir - hər ikisi də Danimarka Krallığının bir hissəsidir və müvafiq olaraq Finlandiya və Norveçə aid olan Aland adaları və Şpitsbergen arxipelaqlarıdır. Halbuki Norveç Antarktika əraziləri coğrafi mövqeyinə görə çox vaxt Skandinav ölkələrinin bir hissəsi hesab edilmir. Şotlandiyanın Şimal Adaları kimi Avropanın bir sıra bölgələri Skandinav xalqları ilə mədəni və ya etnik əlaqələr qurur, lakin Skandinav ölkələri hesab edilmir. Bölgə əhalisinin dörddə bir hissəsini təşkil edən Skandinaviyalılar ən böyük qrupdur, ardınca Finlandiyada əksəriyyəti təşkil edən Finlər ; digər etnik qruplar Qrenlandiya İnuitləri, Saami xalqları və son mühacirlər və onların nəsilləridir. Doğma dillər İsveç, Danimarka, Norveç, İslandiya və Farerlər, hamısı Qədim Norveçdə köklənmiş Şimali Alman dilləridir . Yerli qeyri-alman dilləri Fin, Qrenlandiya və bir neçə saami dilləridir . Əsas din lüteran xristianlığıdır. Farer və Aland adalarının muxtar əraziləri də daxil olmaqla bütün Skandinav ölkələrində, Danimarka bayrağı olan Dannebroqa əsaslanan oxşar bayraq dizaynı var.
Skandinaviya ölkələri
Skandinaviya (norv. və fin Skandinavia, dan. və isv. Skandinavien) — Avropanın şimalında mərkəzi Skandinaviya yarımadası olan tarixi-mədəni region. Bir qayda olaraq İsveç, Norveç və Danimarka Skandinaviya sayılır. Bunda başqa Skandinaviyaya çox vaxt İslandiyanı və Finlandiyanı, eləcə də Farer adalarını əlavə etməklə, bu termini Şimali Avropa anlayışı ilə yaxınlaşdırırlar. Şimal ölkələrinin bir hissəsi olanda, uzaq Norveç adaları Şpitsbergen və Yan Mayen Skandinaviyada deyil, Danimarka Krallığının tərkibindəki olan Qrenlandiyanın ərazisində yerləşir. Farer adaları bəzən bura daxil edilir. Skandinaviya adı əvvəlcə keçmiş Danimarka bölgəsinə aid idi. Skandinaviya adı erkən dilçi və mədəni Skandinavist hərəkatı tərəfindən 18-ci əsrin sonlarında təqdim edildi və bundan sonra istifadəyə verildi.
Postsovet ölkələri
Postsovet ölkələri (rus. Постсоветское пространство) — SSRİ-nin tərkibinə daxil olan respublikalar.
Balkan ölkələri
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Dünya ölkələri
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Birinci Dünya Ölkələri
Birinci Dünya Ölkələri — Soyuq müharibə dövründə ABŞ ilə müttəfiq olan dövlətlərlərə, adətən NATO ölkələrinə deyilir.
Ərəb Ölkələri Liqası
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Sakit Okeanı Ölkələri
Sakit Okeanı Ölkələri sakit okean sahillərinə aiddir. Bu terminə həmçinin Sakit okeanda yerləşən adalar da daxildir və materikdə Sakit okeana sahili olan ölkələr də daxildir. Sakit okean seysmik kəməri termini də bu terminin miqyası ilə üst-üstə düşür. Aşağıda qeyd olunan ölkələr Sakit okeanla həmsərhəd ölkələrdir və bu ölkələr Sakit okean sahili kimi tanınır. Sakit okean dünya ölkələri arasında su nəqliyyatı üçün əsas fəaliyyət sahəsi. Belə ki, Sakit okean sahilində dünyanın ən gur 50 konteyner limanından 29-da yerləşir. Bu limanlar aşağıda qeyd edilmişdir. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şərq-Qərb Mərkəzi, Davamlı Sakit Okean Sahil Şəhərləri layihəsi Asiya Tədqiqat İnstitutu kimi təşkilatlar, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları Sakit okeana diqqət yetirirlər. Bundan başqa, Abş Sakit Okean Komandanlığı Sakit okeanda RIMPAC Hərbi Əməliyyatlarını həyata keçirir.
Cənubi Amerika ölkələri
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Britaniya Birliyi ölkələri Oyunları
Birlik Oyunları (ing. Commonwealth Games) — Millətlər Birliyi arasında keçirilən idman oyunları. == Oyunun buraxılışları == Qeydlər 1Daxil olunub 3 komanda idmanı 2Daxil olunub 4 komanda idmanı === Ümumi qalib olan ölkələr === Rekord (*) Qeydlər * 1911-ci ildə Londonda keçirilən İnter-İmperiya Oyunları hazırkı Birlik Oyunlarının sələfi sayılır. **Böyük Britaniya oyunlarda ayrılmış ölkələr, Britaniya dəniz əraziləri və Taxt-tac əraziləri kimi iştirak edir.
Cənub-Şərqi Avropa ölkələri
Cənub-Şərqi Avropa ölkələri — regiona Ukrayna, Rumıniya, Moldova, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Serbiya, Monteneqro, Kosova, Xorvatiya, Bosniya və Herseqovina daxildir. Regionun ərazisinin və əhalisinin təxminən yarısı Ukraynanın payına düşür. Bu qrup ölkələrin İCM (iqtisadi coğrafi mövqeyi)-nin başlıca xüsusiyyətini Adriatik, Qara və Azov də- nizləri ilə əhatə olunması müəyyən edir. Dunay çayının Serbiya, Monteneqro, Bolqarıstan və Rumıniyanın, Dnepr çayının Ukraynanın, Dnestr çayının isə Moldova ərazisindən keçməsi bu ölkələrin daxili bölgələrini Qara dənizlə birləşdirir. Regionda əhalinin təbii artımı Avropanın bütün regionlarından çoxdur. Xüsusilə Albaniya yüksək təbii artımı ilə fərqlənir. Əhalinin milli tərkibində slavyan xalqları üstünlük təşkil edir. Region ölkələri həm əhalisinin sıxlığına, həm də urbanizasiya səviyyəsinə görə Mərkəzi Avropadan xeyli geridə qalır. Ən iri şəhərləri Buxarest, Kiyev, Xarkov, Odessa, Dnepropetrovskdur. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir.
İslam Ölkələri İdman Oyunları
İslam Ölkələri İdman Oyunları — 26 sentyabr-5 oktyabr 1980-ci il tarixlərində Türkiyənin İzmir şəhərində təşkil edilən və müsəlman ölkələrindən gələn idmançıların qatıldığı, bir çox idman fəaliyyətinin yer aldığı müsabiqə. Yarışda 42 millət yarışmağa dəvət olunsa da, 10 millət, təxminən 700 idmançı iştirak etdi. Turnirdə yarışan millətlər arasında yalnız Əlcəzair və Liviya 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarına nümayəndə heyəti göndərmişdilər, digərləri baykot etmişdilər. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk Stadionu olmuşdur. İdmançıların qaldığı atletlər kəndi İnciraltında yerləşirdi. İslam ölkələri ilə bir idman tədbirində görüşmək fikri ilk dəfə 1979-cu ildə İranın Xarici İşlər Naziri Sadiq Qutbadze tərəfindən səsləndirilmişdir. Türkiyə oyunları keçirməyə iddiaçı olmuş və səs birliyi ilə ev sahibi seçilmişdir. Oyunlarda iştirak etmək üçün təşkilat komitəsi tərəfindən qırx ölkəyə dəvət göndərildi. Oyunlar 26 sentyabr - 5 oktyabr 1980-ci il tarixləri arasında İzmirdə keçirildi. Növbəti tədbirin 1983-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcəyi elan olunsa da, baş tutmadı.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar — ABŞ Dövlət Departamentindən Konqresə dünyanın qalan ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatlar. Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu tərəfindən hazırlanmışdır. Ölkə hesabatları bir-biri ilə müqayisə edilmir. Рesabatlar 1977-ci ildən nəşr olunur. Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il hesabatına cavab olaraq bildirib ki, “müxtəlif dövlətlərdə insan hüquqlarının vəziyyətini qiymətləndirmək baxımından Amerika Birləşmiş Ştatlarının təlimatları ikili standartlarla doymuşdur, bu dövlətlər strateji planlara əməl edib-etməməsindən asılı olaraq çox kinli şəkildə yaxşı və pisə bölünür.”. Çeçenistanın rəhbəri Ramzan Kadırov 2012-ci ildə hesabatı şərh edərkən bildirmişdi ki, “Çeçenistanda hər yerdən daha çox insan hüquqlarına hörmət edilir”. Rusiya daha əvvəl onunla bağlıilə bağlı hesabatları tənqid etmişdir. Çin Xalq Respublikasının Dövlət Şurası, 2020-ci ilə qədər Amerikanın iyirmi ikinci ildirki hesabatlarına özünün ABŞ İnsan Hüquqları Hesabatı ilə cavab vermişdir. Həmçinin, 2012-ci ildəki hesabatlar Venesuela və Şimali Koreya tərəfindən rəsmi tənqidlərə məruz qalmışdır. Bundan əvvəl Slovakiya, Bolqarıstan, Misir, Kuba, Kolumbiya, Ekvador, Liberiya, Efiopiya, Şri-Lanka, Sudan, İran, Vyetnam da onlara qarşı tənqidi münasibəti qeyd etmişdir.
Dünya ölkələrinin parlamentlərinin siyahısı
== Qanunverici orqanların siyahısı ==
Dünya ölkələrinin pul vahidləri
== Avropa pul vahidləri ==
Dünya ölkələrinin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Meşə sahəsinə görə ölkələrin siyahısı
Ölkələrin və ərazilərin sahələrinə görə siyahısı
Minimum əməkhaqqına görə ölkələrin siyahısı
Siyahıda Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkə və həmçinin bu təşkilatın keçmiş üzvlərinin, məhdud tanınmaya sahib ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası və Kosovonun rəsmi minimum əməkhaqqı dərəcələri göstərilmişdir. Bəzi ölkələrin çox qarışıq minimum əməkhaqqı təyinetmə sistemi vardır. Məsələn, Hindistan 1202-dən artıq minimum əməkhaqqı dərəcəsinə sahibdir. Siyahıda sadalanmış ölkələrdəki əməkhaqqıları ümumi miqdara əsasən hazırlanmışdır, yəni, əməkhaqqının ölkədən ölkəyə fərqlənən vergi ödənişləri və sosial təhlükəsizlik ianələrindən əvvəlki vəziyyət nəzərə alınır. Həmçinin ictimai bayramlar, xəstəlik maaşı, məzuniyyət və işə götürən tərəfindən ödənilən sosial sığorta ianələri də əməkhaqqılarının hesablanması zamanı nəzərə alınmamışdır. Müqayisə məqsədilə illik əməkhaqqının sadalandığı sütun insanların son istehlak xərclərinin alıcılıq qabiliyyəti paritetinə (ing. purchasing power parity, PPP) əsaslanaraq hesablanan fərzi valyuta olan beynəlxalq dollarla təqdim olunmuşdur. İllik əməkhaqqını hesablamaq üçün ən kiçik ümumi minimum əməkhaqqı istifadə olunmuşdur.
Molbertlə Dünya Ölkələrinə Səyahət (1965)
Film Azərbaycan rəssamı Kamil Nəcəfzadənin səyahətlərindən, onun işlərindən, bu səfərlərdən aldığı təəsüratlardan bəhs edir.
Molbertlə dünya ölkələrinə səyahət (film, 1965)
Film Azərbaycan rəssamı Kamil Nəcəfzadənin səyahətlərindən, onun işlərindən, bu səfərlərdən aldığı təəsüratlardan bəhs edir.
Neft hasilatına görə ölkələrin siyahısı
OPEK-in neft hasilatı üçün ölkələrin siyahısı — Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) 2017 İllik Statistik bülletenində dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı günlük min barellə verilir. Neft hasilatı üçün ölkələrin siyahısı Britaniyanın BP şirkətinin Dünya Enerji 2017 illik statistik icmalında dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı milyonlarla tonda və adambaşına düşən neft istehsalı ilə verilmişdir.
Nüvə silahına sahib olan ölkələrin siyahısı
Nüvə silahından uğurla istifadə edən səkkiz suveren dövlət var. Onlardan beşi nüvə silahının qarşısının alınması müqavilənin şərtlərinə uyğun olaraq nüvə silahına malik dövlətlər hesab edilir. Nüvə silahının alınması qaydası belədir: ABŞ, Rusiya (Sovet İttifaqının varisi), Böyük Britaniya, Fransa, Çin. Mövcud rəsmi məlumatlara görə, aşağıdakı dövlətlər nüvə silahına malikdir və ya malik idi (ilk nüvə sınağının keçirildiyi il və ya silaha malik olma müddətinə görə): Bundan əlavə, NATO -ya üzv olan bir neçə dövlətin ( Almaniya, İtaliya, Türkiyə, Belçika, Hollandiya, Kanada ) və digər müttəfiqlərin (ehtimala görə, rəsmi olaraq inkar edilir - Yaponiya, Cənubi Koreya ) ərazisində ABŞ-nin nüvə silahı var. Bəzi ekspertlər hesab edirlər ki, müəyyən şəraitdə bu dövlətlər ondan istifadə edə bilər . 1994 -cü ildə Qazaxıstan, 1996 -cı ildə isə SSRİ dağılandan sonra ərazilərində SSRİ -nin nüvə silahlarının bir hissəsi olan Ukrayna və Belarus 1992 -ci ildə imzalanmış Lissabon protokoluna əsasən onu Rusiyaya verdilər. Cənubi Afrikanın özünün nüvə silahları var idi, lakin aparteid rejiminin sökülməsi səbəbindən 1990-cı illərin əvvəllərində könüllü olaraq ondan imtina etdi. “Köhnə” nüvə dövlətlərinin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) Nüvə Klubunun yeganə “qanuni” üzvləri kimi beynəlxalq hüquqi müstəvidə statusu “ Qeyri-müqavilə” nin müddəalarından irəli gəlir. 1968-ci il Nüvə Silahlarının Yayılması - bu sənədin IX maddəsinin 3-cü bəndində deyilir: “Bu Müqavilənin məqsədləri üçün nüvə silahına malik dövlət yanvar ayına qədər nüvə silahını və ya digər nüvə partlayıcı qurğusunu istehsal etmiş və işə salmış dövlətdir. 1, 1967." Bu baxımdan, BMT və bu beş "köhnə" nüvə dövləti (onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi böyük güclərdir ) Nüvə Klubunun son dörd "gənc" (və bütün mümkün gələcək) üzvlərinin görünüşünü nəzərə alırlar.
Ordusu olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər. Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr.
Orta illik temperatura görə ölkələrin siyahısı
2011-ci ildə İqlim Tədqiqat Birliyinin iqlimşünaslıq araşdırmalarına əsasən 1961-1990-cı illər arasında dünya ölkələrində minimum və maksimum gündəlik temperaturun ortalaması.
Orta Şərq ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Orta əsrlərdə İslam ölkələrində riyaziyyat
İslamın qızıl dövründə, xüsusilə IX-X əsrlərdə riyaziyyat, Yunan riyaziyyatı (Evklid, Arximed, Perqalı Apolloni) və hind riyaziyyatı (Ariabhata, Brahmaqupta) üzərində qurulmuşdur. Mövqeli say sisteminə onluq kəsrlərin daxil edilməsi ilə cəbrin ilk sistemləşdirilmiş tədqiqi, həndəsə və triqonometriyada əhəmiyyətli irəliləyiş əldə edildi. X-XII əsrlərdə riyaziyyatın Avropaya yayəlmasında ərəb əsərləri mühüm rol oynamışdır. Adı ərəbcədən tamamlama və ya "qırıq hissələrin birləşməsi" sözündən götürülən cəbr elmi İslamın qızıl dövründə inkişaf etmişdir. Bağdaddakı Hikmət Evində fars alimi Əl-Xarəzmi cəbrin banisi olub, cəbrin atası kimi tanınan yunan riyaziyyatçısı İskəndəriyyəli Diofantla bir anılıb. Əl-Xarəzmi özünün “Tamamlama və balanslaşdırma yolu ilə hesablama haqqında geniş kitab” əsərində birinci və ikinci dərəcəli (xətti və kvadrat) çoxhədli tənliklərin müsbət köklərinin həlli yollarından bəhs edir. O, reduksiya metodunu təqdim edir və Diofantdan fərqli olaraq, məşğul olduğu tənliklərin ümumi həllərini də verir. Əl-Xarəzminin cəbri ritorik idi, yəni tənliklər tam cümlələrlə yazılmışdır. Bu, Diofantın cəbri işindən fərqli idi, hansı ki, bəzi simvollardan istifadə olunub. Yalnız simvolların istifadə edildiyi simvolik cəbrə keçidi İbn Bənna və Əbu əl-Həsən ibn Əli əl-Qələsadinin əsərlərində görmək olar.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
Postsovet ölkələrində tarakanların depopulyasiyası
Postsovet ölkələrində tarakanların depopulyasiyası – XXI əsrin əvvəlindən etibarən Rusiyada və keçmiş SSRİ ölkələrində bir çox tarakan növlərinin sürətlə yoxa çıxması fenomeni. Tarakanların sayının azalması bir çox faktorla əlaqələndirilir. XXI əsrin əvvəllərindən etibarən Rusiya və digər postsovet ölkələrində tarakanların populyasiyasında böyük azalma müşahidə olunur. Alimlər Rusiya, Azərbaycan, Ukrayna, Moldova, Qazaxıstan və Belarus şəhərlərində müxtəlif tarakan növlərinin sürətlə yoxa çıxdığını aşkarlayıblar. Lakin Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni-Novqorod kimi meqapolislərində bu cür azalma müşahidə olunmayıb. Çelyabinsk və Yekaterinburq alimləri hesab edirlər ki, qara tarakanlar artıq təhlükə altında olan növlər siyahısına daxil edilməlidirlər. Bəziləri tarakan populyasiyasının azalması barədə fikirləri şişirdilmiş hesab edir. Digər fərziyyəyə görə bu fenomen müvəqqəti və ya tsiklikdir. Kütləvi informasiya vasitələri bu fenomeni açıqlamaq üçün bir çox səbəb ortaya atmışdır: Geni dəyişdirilmiş məhsulların geniş istifadəsi qida zəncirinin pozulmasına səbəb olub. Zibilləri saxlamaq üçün plastik torbalardan istifadə populyarlaşıb və zibil borularının istifadəsi dayandırılıb.
Qaz ehtiyatına görə ölkələrin siyahısı
Təbii qaz
Qaz İxracatçısı Ölkələrinin Forumu
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.

"ölkələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ölkələri nədir? #ölkələri sözünün mənası #ölkələri nə deməkdir? #ölkələri sözünün izahı #ölkələri sözünün yazılışı #ölkələri necə yazılır? #ölkələri sözünün düzgün yazılışı #ölkələri leksik mənası #ölkələri sözünün sinonimi #ölkələri sözünün yaxın mənalı sözlər #ölkələri sözünün əks mənası #ölkələri sözünün etimologiyası #ölkələri sözünün orfoqrafiyası #ölkələri rusca #ölkələri inglisça #ölkələri fransızca #ölkələri sözünün istifadəsi #sözlük