ölkəsi sözü azərbaycan dilində

ölkəsi

Yazılış

  • ölkəsi • 99.5508%
  • Ölkəsi • 0.4291%
  • ÖLKƏSİ • 0.0201%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ada Ölkəsi
Ada ölkəsi — ana bölgəsi bir və ya bir çox adalardan ibarət olan ölkələr üçün istifadə edilən coğrafi termin. Dünyadakı ölkələrin 49 dənəsi ada ölkəsi olub, bu sayı bütün ölkələrin təxminən olaraq 25%-ni əhatə etməkdədir. == Siyasət == Ada ölkələrində ümumiyyətlə demokratiya görülərkən, demokratiya ilə idarə olunan ölkələrin nisbəti, ada dövləti olmayan ölkələrə görə olduqca yüksəkdir. Bununla birlikdə bir çox ölkənin tarixində siyasi baxımdan sabitlik görülməkdədir. == Müharibə == Ada ölkələri, ümumiyyətlə tarix boyunca torpaqlara sahib olmaq istəyən dövlətlər arası anlaşılmazlıqlara, sonra isə tez-tez yaşanan dəniz müharibələrinə səhnə olmuşdur.. .Bunda qurudan hər hansı bir ölkə ilə sərhədə sahib olmaması, quru dövlətlərinə görə daha kiçik olmaları və dəniz ilə hava nəqliyyatından asılı olmaları təsirlidir. Günümüzdə isə bir çox ada ölkəsinin ordusu yoxdur, çox kiçik olmaqda və ya pullu əsgərlərdən meydana gəlməkdə, bu sayədə isə işğalçılara açıq mövqedə var. == Təbii ehtiyatlar == Külək gücü, hidravlik güc, geotermal enerji, biodizel kimi yenilənə bilər enerji qaynaqlarının istifadəsi, artan neft qiymətləri üzündən sürətli bir şəkildə yüksəlməkdədir. == Coğrafiya == Ada dövlətlərinin bir çoxu, digər dövlətlərə nəzərən iqlim dəyişikliklərindən olduqca çox təsirlənir. Böyük Okyanusdaki aşağı hündürlüklü ada ölkələri suların yüksəlməsiylə birlikdə batma təhlükəsiylə qarşı-qarşıya qalır.
Fransa Bask ölkəsi
İparralde və ya Şimali Bask Ölkəsi (fr. Pays Basque) — Fransanın Atlantik Pireney əyalətinin sərhədləri daxilində yerləşən coğrafi və tarixi regiondur. Ənənəvi olaraq Bask ölkəsinin bir hissəsi hesab olunur. Regiondakı millətçi Bask partiyaları təxminən 15% ətrafında səs yığa bilirlər.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Arazbar ölkəsi
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Bask Ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Basklar ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bassari ölkəsi
Bassari Ölkəsi və onun Bassari, Fula və Bedik Mədəni Landşaftı — Seneqalın cənub-şərqində yerləşən, insan fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirindən yaranan yaxşı qorunan çoxmədəniyyətli bir ərazidir. Bassari-Salemata bölgəsi, Bedik-Bandafassi sahəsi və Fula-Dindefello bölgəsi kimi hər biri özünəməxsus morfoloji xüsusiyyətlərə malik üç coğrafi ərazini əhatə edir. 2012-ci ildə Bassari ölkəsi Bassari, Fula və Bedik Mədəni Landşaftları ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Dağ ölkəsi
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Şirvan ölkəsi
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şəki ölkəsi
Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu Seyid Əli Orlat −1393–1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq −1435 — +1435 1444/45–1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar −1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497–1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ?
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Azəristan ölkəsi (kitab)
Azəristan ölkəsi (lit. Azerstano šalis) — Litva yazıçısı Vintsas Krevenin hekayələr kitabı. Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, ədəbiyyatı və tarixinin, məişəti və təbiətinin tədqiqatçısı Vintsas Kreve XX əsr Litva ədəbiyyatının məşhur klassiklərindən biridir. Onun həyat və yaradıcılığının on bir ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olub və həmin illər yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. O, bir müəllim kimi, Abdulla Şaiq və Azərbaycanda bir çox yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan azərbaycanlı şagird və tələbələrin mütərəqqi dünyagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynayıb. == Məzmun == V. Kreve Şərq mifləri əsasında yazdığı, xüsusilə Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiətini ustalıqla təsvir etdiyi "Azəristan ölkəsi" yüksək ədəbi məziyyətləri, dərin dini-fəlsəfi müddəaları və milli varlığın yaşadılması ilə bağlı vacib, həyati şərtləri özündə ehtiva edən çox əhəmiyyətli bir əsərdir. == Həmçinin bax == ATV Kitab == İstinadlar == == Xarici keçidlər == parlaqimzalar.az Azəristan ölkəsi - Vintsas Kreve (tərcümə) (I hissə; II hissə; Sonuncu hissə) Valyonis, Arvidas. "Vintsas Kreve-Mitskəviçyusun "Azəristan ölkəsi"nə qayıtması". 2010-10-22.
Ağ zanbaqlar ölkəsi
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Əbədi Odlar Ölkəsi (1945)
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əbədi odlar ölkəsi (film, 1945)
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Alban ölkəsinin tarixi
"Alban ölkəsinin tarixi", həmçinin "Alban tarixi" – mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatlının Cavanşirin sifarişiylə yazdığı əsər. Alban ölkəsinin tarixi əsəri albanların tarixini, I-X əsrlər Qafqaz Albaniyasının və digər xalqlarınm tarixini öyrənmək baxımından son dərəcə qiymətli bir əsərdir. Alban ölkəsinin tarixi bir çox cəhətdən-sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya, Azərbaycanın etnogenezi problemi baxımından maraq doğurur. == Albaniyanın böyük tarixi == "Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi.. Qagiq xəbər verir ki, "elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquaniç") Müqəddəs Qriqori adından onu Albaniya katolikosu etmişdir. Qagiq bu tarix kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil, çünki "Albaniya – arxiyepiskopluq, Ermənistan isə – katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, "albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev çanqordn eak tesutean) həmin "Tarix"dən tapsınlar". Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Varfolomey və apostol Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".
Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Alisa möcüzələr ölkəsində (cizgi filmi, 1951)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrolun eyniadlı əsəri əsasında hazırlanmış cizgi filmidir. "Alisa möcüzələr ölkəsində" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 13-cü klassik qısametrajlı cizgi filmidir. == Məzmun == On yaşlı qız Alisa yuxuda Ağ Dovşanı görür. Alisa Ağ Dovşanın arxasınca qaçmağa başlayır. Bu zaman möcüzələr adasına düşür. Möcüzələr adasında Alisa müxtəlif macəralarla qarşılaşır. Alisa Ağ Dovşanın evinə gəlir. Ağ Dovşan Alisanı dayəsi Meri Enlə səhv salır...
Alisa möcüzələr ölkəsində (dəqiqləşdirmə)
Əsərlər Alisa möcüzələr ölkəsində — Luis Kerrolun 1865-ci ildə nəşr olunmuş bədii əsəri. Filmlər Alisa möcüzələr ölkəsində — 1903-cü ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1915-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1949-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1972-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1985-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1988-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1999-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 2010-cu ildə çəkilmiş film. Cizgi filmləri Alisa möcüzələr ölkəsində — 1951-ci ildə çəkilmiş cizgi filmi.
Alisa möcüzələr ölkəsində (film, 1903)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır.
Alisa möcüzələr ölkəsində (film, 1910)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış qısametrajlı səssiz filmdir. Alisa rolunu Qledis Hulett ifa edir.
Alisa möcüzələr ölkəsində (film, 1915)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film, səssiz rejimdə çəkilmişdir. == Məzmun == Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar.
Alisa möcüzələr ölkəsində (film, 1933)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır.
Alisa möcüzələr ölkəsində (film, 1949)
Alisa Möcüzələr Ölkəsində — rejissor Luis Kerroll tərəfindən 1949-cu ildə mövzusu hazırlanan və ingilis kökənli rejissor Dallas Bauer tərəfindən ərsəyə gətirilən, orijinalı fransız dilində çəkilmiş fentezi janrda film. Möcüzələr Ölkəsi adlanan xəyali məkanın əksər iştirakçıları çoxkadrlı animasiya texnologiyasından istifadə edilərək Lu Banin tərəfindən kuklalarla yaradılmışdır. Filmdəki digər canlı aktyorların hamısı canlı çəkiliş səhnələrində görünür. Ancaq onlar yalnız Möcüzələr Ölkəsi simvollarını və İngiltərədə səhnələrin hazırlanması zamanı bir neçə əsas çəkiliş epizodlarını səsləndirirlər. Digər canlı aktyorlardan Pamela Braun Harts kraliçası kimi çıxış edir. Filmin çəkilişlərində 20 yaşında olan Kerol Marş müəllif tərəfindən 7 yaşında təsvir edilir. == Yayımı == Harts kraliçası obrazı Kraliça Viktoriyanın şanına təhqir olaraq qəbul edildiyi üçün İngiltərədəki yayımına qadağa qoyuldu. Bununla yanaşı film Volt Disney studiyası ilə hüquqi anlaşılmazlıqlar səbəbindən ABŞ kino səhnələrində ön planda mövqe tuta bilmədi. Disney filmin ingilis versiyasının ABŞ-də yayımlanmasının qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etdi və mühakimənin gedişatına "Time" jurnalında geniş yer verildi. Yayımçı şirkət isə öz növbəsində Disneyi filmin orijinal versiyasının süjet xəttindən istifadə etməkdə ittiham etdi.
Alisa möcüzələr ölkəsində (film, 1972)
Alisa möcüzələr ölkəsində və ya Alisanın möcüzələr diyarında macəraları (ing. Alice's Adventures in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin baş makiyajçısı olan Stüart Friborn (1914–2013) film heyəti üçün Luis Kerrolun orijinal əsərindəki personajların şəkilləri əsasında makiyajlar hazırlamışdır. == Məzmun == Alisa Ağ Dovşanı izləyən zaman gözlənilmədən dərin dəlikdə büdrüyür və möcüzələr aləminə düşür. Burada onu çoxlu macəralar gözləyir. Bu aləmə düşmək üçün sehrli məhlullar sayəsində onun boyu gah kiçilir, gah da böyüyür.
Alisa möcüzələr ölkəsində (film, 1985)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribütori "Irwin Allen Productions" və "Columbia Pictures Television" kinokompaniyalarıdır.
Alisa möcüzələr ölkəsində (film, 1988)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribüteri "NuTech Digital" kinokompaniyasıdır.
Alisa möcüzələr ölkəsində (film, 1999)
Alisa möcüzələr ölkəsində və ya Alisa möcüzələr diyarında (ing. Alice in Wonderland) — 1999-cu ildə istehsal olunmuş televiziya filmidir. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərləri əsasında hazırlanmışdır. Filmin rejissoru Nik Uillinqdir. Film bir çox mükafat və nominasiyalara layiq görülmüşdür. Filmdə Tina Macorino, Riçard Kumbs, Ken Todd, Vupi Qoldberq, Ven Kinqsli, Ceyson Birn, Robbi Koltreyn, Corc Vendt, Cin Uaylder, Kristofer Lloyd, Miranda Riçardson və başqaları iştirak edirlər. Film 12 mart 2010-cu ildə DVD disklərdə satışa çıxarılmışdır. Filmin büdcəsi qiymətləndirməylə $21 milyon dollardır. == Məzmun == Alisa otağında "Yetişmiş albalı" (ing. Cherry Ripe) mahnısını bağa qonaq gələn tamaşaçılar qarşısında ifa etmək üçün hazırlaşır.
Qadınlar ölkəsində (film, 2007)
Qadınlar ölkəsində (ing. In the Land of Women) — ABŞ istehsalı olan bədii film. 2007-ci idə işıq üzü görüb. Gənc qız Karter hazırkı ətraf aləmindən narazıdır. Bunları yoluna qoymaq üçün o nənəsinin yanına yaşamağa gəlir. Lakin heç yerdə rahat dayana bilmir. Həmişə nəsə yolunda getmir. İndi o bütün bunlarla mübarizə apararaq həyatını normal qaydaya salmağa çalışacaq.
Radio ölkəsində qətl (film, 1994)
Radio ölkəsində qətl və ya Radio diyarında qətl (ing. Radioland Murders) — 1994-cü ildə istehsal olunmuş ABŞ filmidir. Film süjetinin müəllifi Corc Lukasdır. 1939-cu ildə yeni radio şəbəkəsinin Çikaqonun İllinoys şəhərində yerləşən WBN stansiyasında əsası qoyulmuşdur. Bu stansiyanın sahibi General Volt Velen gecə bayramı təşkil edərək əsas sponsor Berni Kralda cəlb edir. Şənlik gecəsi isə onun işçilərindən asılıdır. Amma bir gecənin içində sirrli qətllər baş verir. Leytenant Kross bu qətilləri araşdırmaq məcburiyyətindədir. Əsas şübhəli Rocer Hendersondur. Çünki Rocer cinayətin hər səhnəsində meydana çıxır.
Suda yaşayanlar ölkəsində
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır. Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır.
Alisa porno möcüzələr ölkəsində
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür.
Alisa (Alisa möcüzələr ölkəsində)
Alisa və ya Elis – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanıdır. Personajın prototipi Alisa Plezens Liddell (ing. Alice Pleasance Liddell) adlı şəxsdir.
Alisa möcüzələr ölkəsində (film, 1951)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrolun eyniadlı əsəri əsasında hazırlanmış cizgi filmidir. "Alisa möcüzələr ölkəsində" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 13-cü klassik qısametrajlı cizgi filmidir. == Məzmun == On yaşlı qız Alisa yuxuda Ağ Dovşanı görür. Alisa Ağ Dovşanın arxasınca qaçmağa başlayır. Bu zaman möcüzələr adasına düşür. Möcüzələr adasında Alisa müxtəlif macəralarla qarşılaşır. Alisa Ağ Dovşanın evinə gəlir. Ağ Dovşan Alisanı dayəsi Meri Enlə səhv salır...
Oz ölkəsinin cadugəri (film)
Oz ölkəsinin cadugəri — rejissor Viktor Flemminqin 1939-ci ildə çəkdiyi film. Əsas rolları Cudi Qarlend, Rey Bolger, Jack Haley, Bert Lahr və Frank Morqan ifa edirlər. Film “Metro-Goldwyn-Mayer”dən Mervin LeRoy tərəfindən istehsal edilmiş. “Oz ölkəsinin cadugəri” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır. == Məzmun == Qasırğa Doroti və balaca iti Totonu evlə birlikdə göylərə qaldırır, sonra sehrli yaşıllığa endirir – Oz ölkəsinə. Sən demə, qasırğanın çərpələng kimi uçurduğu ev cadugərin üstünə düşərək onu öldürüb, zülmdən qurtulan yerlilər Dorotiyə təşəkkürlərini bildirir... Doroti Kanzasa qayıtmaq üçün Zümrüd şəhərində yaşayan Oz sehrbazını axtarmağa başlayır. Sarı kərpicli yol ilə gedən qız qəribə varlıqlarla qarşılaşır: içi saman dolu müqəvva, tənəkə adam, qorxaq aslan. Oz sehrbazını axtarmağa yollanan dostlar səfər zamanı sürprizlərlə, təhlükələrlə üzləşirlər. Dorotinin tək istəyi Kanzasa qayıtmaqdır, məntiqli və düşüncəli Müqəvva beynini, həssas və emosional Dəmir Odunçu ürəyini, çox güclü və qorxusuz Aslan isə cəsarətini axtarır...
Qadınlar ölkəsində
Qadınlar ölkəsində (ing. In the Land of Women) — ABŞ istehsalı olan bədii film. 2007-ci idə işıq üzü görüb. == Məzmun == Gənc qız Karter hazırkı ətraf aləmindən narazıdır. Bunları yoluna qoymaq üçün o nənəsinin yanına yaşamağa gəlir. Lakin heç yerdə rahat dayana bilmir. Həmişə nəsə yolunda getmir. İndi o bütün bunlarla mübarizə apararaq həyatını normal qaydaya salmağa çalışacaq.
Alisa möcüzələr ölkəsində (film)
Əsərlər Alisa möcüzələr ölkəsində — Luis Kerrolun 1865-ci ildə nəşr olunmuş bədii əsəri. Filmlər Alisa möcüzələr ölkəsində — 1903-cü ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1915-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1949-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1972-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1985-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1988-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1999-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 2010-cu ildə çəkilmiş film. Cizgi filmləri Alisa möcüzələr ölkəsində — 1951-ci ildə çəkilmiş cizgi filmi.

"ölkəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ölkəsi nədir? #ölkəsi sözünün mənası #ölkəsi nə deməkdir? #ölkəsi sözünün izahı #ölkəsi sözünün yazılışı #ölkəsi necə yazılır? #ölkəsi sözünün düzgün yazılışı #ölkəsi leksik mənası #ölkəsi sözünün sinonimi #ölkəsi sözünün yaxın mənalı sözlər #ölkəsi sözünün əks mənası #ölkəsi sözünün etimologiyası #ölkəsi sözünün orfoqrafiyası #ölkəsi rusca #ölkəsi inglisça #ölkəsi fransızca #ölkəsi sözünün istifadəsi #sözlük