Üzüklərin hökmdarı
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır.
"Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi.