sümüklər sözü azərbaycan dilində

sümüklər

Yazılış

  • sümüklər • 90.9091%
  • Sümüklər • 8.3916%
  • SÜMÜKLƏR • 0.6993%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sevimli sümüklər
Sevimli sümüklər (ing. The Lovely Bones) — 2002-ci ildə Elis Sibold tərəfindən yazılan roman. Bu roman təcavüz və öldürülmüşdən sonraki bir yeniyetmə qızın öz dilindən hekayəsidir ki, şəxsi cənnətindən ailəsinə və dostlarına baxır.
Mixi sümüklər
Mixi sümüklər — insan ayağının 3 mixi sümüyü var: Birinci və ya medial mixi sümük İkinci və ya ara mixi sümüyü, orta mixi sümüyü kimi də tanınır Üçüncü və ya yan mixi sümüyü Onlar navikulyar sümük ilə 1-ci, 2-ci və 3-cü metatarsal sümüklər arasında və kuboid sümüyünün medial hissəsində yerləşirlər. 3 mixi sümüyü var: Medial mixi sümük (həmçinin ilk mixi sümüyü kimi tanınır) mixi sümüklərin ən böyüyüdür. Ayağın medial tərəfində, navikulyar sümüyün qarşısında və birinci metatarsal sümüyünün əsasının arxasında yerləşir. Yan tərəfində aralıq mixi sümüyü var. 4 sümüklə birləşir: navikulyar, ikinci mixi, birinci və ikinci metatarsal sümüklər. Yan tərəfində aralıq mixi sümüyü var. 4 sümüklə birləşir: skafoid, 2-ci mixi və 1-ci və 2-ci metatarsal sümüklər. Tibialisin ön əzələsi və peroneus longus əzələləri medial mixi sümüyə yapışır. Ara mixi sümüyü (ikinci mixi və ya orta mixi) nazik formadadır və ucu aşağı baxır. Aralıq mixi digər iki mixi sümük arasında (medial və yan mixi sümüklər) yerləşir və arxada navikulyar, öndə ikinci metatarsal və hər 2 tərəfdə digər mixi sümüklərlə birləşir.
Yastı sümüklər
Yastı sümüklər — sahəsi qalınlığından əhəmiyyətli dərəcədə böyük olan skelet sümükləri. Yastı sümüklərə kəllə sümüyü, bel sümükləri, qabırğa sümükləri və çanaq sümüyü daxildir. Yastı sümüklərin əsas funksiyası mexaniki qorumadır (kəllə boşluğunu, döş qəfəsini). Bundan əlavə, yastı sümüklər əzələlərin bağlanması üçün geniş səth sahələrini təmin edir. == Strukturu == Bu sümüklər iki nazik sümük təbəqəsindən ibarətdir. Onların arasında qırmızı sümük iliyi olan müxtəlif miqdarda süngər sümük yerləşir. Yetkinlərdə qırmızı qan hüceyrələrinin çoxu yastı sümüklərdə əmələ gəlir. Kəllə sümüklərində yığcam toxuma təbəqələri kəllə plitələri kimi tanınır. Xarici hissəsi qalın və sərt, daxili — nazik, sıx və kövrəkdir. == Ossifikasiyası == Ossifikasiya yastı sümüyün gələcək yeri tutan differensiallaşmamış birləşdirici toxuma təbəqələrinin əmələ gəlməsi ilə başlayır.
Kəllə və Sümüklər
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Sümüklər (teleserial, 2005)
Sümüklər (ing. Bones) ABŞ-nin FOX kanalında 13 sentyabr 2005-ci ildən 28 mart 2017-ci ilə qədər 12 mövsüm ərzində 246 seriyası yayımlanan amerika cinayət prosessual dram televiziya seriyalıdır. Serial məhkəmə-tibbi antropologiya və arxeologiyaya əsaslanır, hər seriya FTB xüsusi agenti Sili But (Devid Borianaz) tərəfindən məhkəmə-tibbi antropoloqu doktor Temperans "Sümüklər" Brennana (Emili Deşanel) gətirilən insan qalıntılarının arxasında olan sirr ilə bağlı FTB cinayət işini və serialın qəhrəmanlarının şəxsi həyatını diqqət mərkəzində saxlayır. Digər baş rolları Mixaela Konlin, Erik Milleqan, Tomas Cozef Tayn, Conatan Adams, Tamara Teylor, Con Frensis Deyli və Con Boyd ifa edir.
Ölüm alətləri: Sümüklər şəhəri (film, 2013)
Ölüm alətləri:Sümüklər şəhəri (ing. The Mortal Instruments: City of Bones) — Kassandra Klerin Ölüm alətləri romanlar seriyasının birinci kitabı əsasında 2013-cü ildə çəkilmiş filmdir. Harald Zvartın rejissorluğu ilə çəkilmiş filmdə Lili Kollins, Cemi Kempbell Bouer, Robert Şihan, Kevin Zigers, Lena Hedi, Kevin Durand, Aidan Törner, Cemima Vest, Qadfrey Qao, CCH Pounder, Cared Harris və Conatan riz Meyers rol alıb. Filmin 21 avqust 2013-cü ildə təqdim ediləcəyi gözlənilir. Bu dünyada Xeyir və Şər arasında bir mübarizə gedir və ən nəticədə bütün bəşəriyyətin taleyi həll olunur. Filmin baş gəhramanı Krari Frey gözlənilmədən qətl şahidi olur. Və bu onun İblislərlə mubarizə aparan ovçularla ilə ilk görüşü olur.
Bilək sümükləri
Bilək sümükləri (lat. ossa carpi) — əlin bilək nahiyəsinə aid sümüklərdir: Qayığabənzər sümük (os scaphoideum) Aypara sümük (os lunatum) Üçvəcli sümük (os triquetrum) Noxudabənzər sümük (os pisiforme) Trapesiyaşəkilli sümük (os trapezium) Trapesiyayabənzər sümük (os trapezoideum) Başlı sümük (os capitatum) Qarmaqlı sümük (os hamatum) == Həmçinin bax == Kinbek xəstəliyi == İstinadlar == == Mənbə == Prof.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. == Əlamətləri == Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur. Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir. Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. == İlk yardım == Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar. Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz.
Sümüklərin birləşmələri
Sindesmologiya (lat. syndesmologia) — anatomiyanın sümüklərin birləşməsindən, bağ və oynaqlardan bəhs edən şöbəsi. bu şöbə hərəkət üzvləri sisteminin passiv qismini təşkil edir. Aşağı sinif heyvanlarda sümük birləşməsi birləşdirici və qığırdaq toxuması vasitəsilə əmələ gəldiyindən bir qədər primitiv və hərəkətcə məhdud olur. heyvanlarda sümük linglər əmələ gəldikcə birləşən sümüklərin arasındakı toxuma qatları sorulma prosesinə məruz qalır, nəticədə meydana çıxan boşluqlardan, hərəkətli fasiləli oynaqlar yaranır. Filogenez dövründə iki növ birləşmə meydana çıxmışdır: İbtidai məhdud hərəkətli fasiləsiz; sonralar meydana çıxmış hərəkətli fasiləli. İnsan skletini təşkil edən sümüklər iki üsulla birləşir: Sinartroz ya fasiləsiz (lat. synarthrosis - BNA); Sinovial ya fasiləli (lat. junctura synovialis — diarthrosis – BNA). Hər bir oynaq bir neçə törəmələrdən təşkil olunmuşdur: oynaq səthləri — lat.
Əl barmaqları sümükləri
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. Caynaq əl Prof.
Əldarağı sümükləri
Əldarağı sümükləri (lat. ossa metacarpalia) — əlin obuc nahiyəsinə aid sümüklərdir. Əldarağı skleti beş uzun əldarağı sümüklərindən ibarətdir. Hərbirinin bir cismi (lat. corpus) və iki ucu: yuxarı ucu və ya əsası — lat. basis və aşağı ucu və ya başı — lat. caput (capitulum — BNA) vardır. Uclardan ancaq biri (başı) həqiqi epifiz hesab edilir, ona görə də daraq sümükləri monoepifizar uzun sümüklərdən hesab olunur. Bu sümüklərin arxa səthi yastı, ovuc səthi isə basıqdır. Onların uzunluğu müxtəlifdir.

"sümüklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sümüklər nədir? #sümüklər sözünün mənası #sümüklər nə deməkdir? #sümüklər sözünün izahı #sümüklər sözünün yazılışı #sümüklər necə yazılır? #sümüklər sözünün düzgün yazılışı #sümüklər leksik mənası #sümüklər sözünün sinonimi #sümüklər sözünün yaxın mənalı sözlər #sümüklər sözünün əks mənası #sümüklər sözünün etimologiyası #sümüklər sözünün orfoqrafiyası #sümüklər rusca #sümüklər inglisça #sümüklər fransızca #sümüklər sözünün istifadəsi #sözlük