şaqqıldamaq sözü azərbaycan dilində

şaqqıldamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şaqqıldamaq • 91.3043%
  • Şaqqıldamaq • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

şaqqıldamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Şaqqıltı səsi çıxarmaq. Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov. Göy gurultusu … qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn. 2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq. Sübhün həzin küləyi yaşıl yarpaqları bir-birinə vurub şaqqıldadırdı. Çəmənzəminli. Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. S.Rüstəm. Üzüm nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi qana keçir. Mir Cəlal. 3. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında). [Dərviş:] Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldamağa az qaldı, canıma yanğı düşdü. A.Divanbəyoğlu. [İlyas:] Tərlanın boynu şaqqıldadı. O, yanakı sıçrayıb sıldırım qırağıyla çaparaq, enişə doğru getdi. Ə.Məmmədxanlı. 4. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək. Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. M.Hüseyn. Nəriman əmi … əllərini bir-birinə vuraraq bərkdən şaqqıldadı. İ.Əfəndiyev. 5. Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq. Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / şaqqıldamaq

şaqqıldamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

şaqqıldamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. трещать, щелкать; 2. петь, щелкая (о соловье); 3. перен. разразиться хохотом;

    Azərbaycanca-rusca lüğət / şaqqıldamaq
  • 2 глаг. 1. щёлкать, щёлкнуть: 1) производить, произвести короткий сухой звук резким ударом, хлопком, толчком. Nərdin daşları şaqqıldayırdı щёлкали косточки нардов, sayğaclar şaqqıldayırdı щёлкали счетчики, qamçı şaqqıldadı щёлкнул кнут, qapı şaqqıldadı щёлкнула дверь 2) производить короткий резкий звук при работе с механизмами. Qıfıl şaqqıldadı щёлкнул замок 3) звучать, раздаваться (о выстрелах). Güllələr şaqqıldayırdı щёлкали выстрелы 4) петь (о некоторых птицах). Turaclar şaqqıldayır щёлкают турачи 5) лязгать (о зубах). Dişləri şaqqıldadı kimin зубы щёлкнули чьи 2. трещать. Sümükləri şaqqıldayır kimin трещат кости чьи 3. грохотать (производить грохот), греметь. İldırım şaqqıldayır гром грохочет 4. хохотать, разразиться смехом. Şaqqıldayıb gülmək хохотать, расхохотаться, разразиться смехом

    Azərbaycanca-rusca lüğət / şaqqıldamaq

şaqqıldamaq sözünün inglis dilinə tərcüməsi

şaqqıldamaq sözünün fransız dilinə tərcüməsi

şaqqıldamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чӀвякьрякьун (мес. цӀайлапади); тӀекьрекь авун, цӀакьракь авун (мес. кузвай кӀарасри); 2. чӀакьракьун; пӀакьракьун; жакьракьун (мес. сарари, бедендин кӀарабри); 3. вакь-вакь ацалтна хъуьруьн, кӀевиз хъуьрун; 4. чӀив-чӀив авун, чӀив-чӀив ацалтна кӀелун, лугьун (бязи къушари манияр).

    Azərbaycanca-ləzgicə lüğəti / şaqqıldamaq

Oxşar sözlər

#şaqqıldamaq nədir? #şaqqıldamaq sözünün mənası #şaqqıldamaq nə deməkdir? #şaqqıldamaq sözünün izahı #şaqqıldamaq sözünün yazılışı #şaqqıldamaq necə yazılır? #şaqqıldamaq sözünün düzgün yazılışı #şaqqıldamaq leksik mənası #şaqqıldamaq sözünün sinonimi #şaqqıldamaq sözünün yaxın mənalı sözlər #şaqqıldamaq sözünün əks mənası #şaqqıldamaq sözünün etimologiyası #şaqqıldamaq sözünün orfoqrafiyası #şaqqıldamaq rusca #şaqqıldamaq inglisça #şaqqıldamaq fransızca #şaqqıldamaq sözünün istifadəsi #sözlük