şüursuz sözü azərbaycan dilində

şüursuz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şüursuz • 87.8049%
  • Şüursuz • 8.5366%
  • ŞÜURSUZ • 3.6585%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir.Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.
Şüursuzluq
Şüursuzluq — subyektin şüurunun əhatə dairəsinə daxil olmayan, yəni bununla münasibətdə şüurun nəzarəti olmayan psixi proseslərin və hadisələrin məcmusu.Şüursuzluq həm də zehni təmsillərə xas xüsusiyyətdir. Karl Qustav Yunqa görə, hər hansı bir fenomen bu və ya digər dərəcədə şüursuzlaşa bilər. "Şüursuz" termini fəlsəfə, psixologiya, psixoanaliz, psixiatriya, psixofiziolgiya, hüquq elmləri, incəsənət tarixi və digər elmlərdə istifadə olunur. Psixologiyada adətən şüursuz şüurun əleyhinədir, lakin psixoanaliz çərçivəsində şüursuz (İd) və şüur müxtəlif səviyyəli anlayışlar hesab olunur. == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Виктор Франкл. Подсознательный бог. Психотерапия и религия. М.: Альпина нон-фикшн. 2022 [Viktor E. Frankl. Der unbewußte Gott.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2009 •••••• 0.16
2010 ••••••• 0.18
2011 •••• 0.09
2012 ••••••• 0.17
2013 •••••• 0.15
2014 ••••••••••••• 0.34
2019 •••••••••••••••••••• 0.56
2020 ••••• 0.13

şüursuz sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Şüuru olmayan; dərrakəsiz, fəhmsiz, düşüncəsiz, anlaqsız. Şüursuz adam. – [Səlimbəy:] …Mənim qızım oynamaq bilsəydi, başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz (z.) çıxıb, ayaq atmağı da bilmir. S.S.Axundov. // Ağılsız, ağla uymayan, ağla, şüura zidd, qanacaqsız. Şüursuz hərəkət. Şüursuz iş. // zərf Qeyri-şüuri, qeyriiradi. Şüursuz təqlid etmək. 2. Bayğın, bayılmış, özündən getmiş, şüurunu itirmiş. Gözlərini (z.) şüursuz yummuş halda. – Xəstə gözlərini böyük-böyük açmış, ətrafı şüursuz nəzərlərlə seyr edirdi. H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / şüursuz

şüursuz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 düşüncəsiz — ağılsız — qanacaqsız — anlaqsız

    Azərbaycan dilinin sinonimlər lüğəti / şüursuz
  • 2 1. ŞÜURSUZ Şüursuz, idraksız, gücsüz heyvanlar belə ac qalmırlar (M.İbrahimov); BİŞÜUR Siz, siz ey bişüur olan cühalə! İndi siz rahat oldunuzmu daha! (A.Şaiq); KƏMŞÜUR Olmalıyam mən qəyur dərdə nişan olmağa; Mən olmuşam kəmşüur, sahibi-şan olmağa (C.Cabbarlı); ANLAQSIZ, DƏRRAKƏSİZ. 2. şüursuz bax bayğın

    Azərbaycan dilinin sinonimlər lüğəti / şüursuz

şüursuz sözünün antonimləri (əks mənalı sözlər)

şüursuz sözünün rus dilinə tərcüməsi

  • 1 1. несознательный; 2. бессознательно;

    Azərbaycanca-rusca lüğət / şüursuz
  • 2 I прил. 1. бессознательный: 1) сопровождаемый потерей сознания. Şüursuz hal (vəziyyət) бессознательное состояние 2) не осознаваемый, не направляемый деятельностью сознания; безотчётный, невольный. Şüursuz təqlidetmə kimi бессознательное подражание кому 2. несознательный: 1) не обладающий развитым сознанием. Şüursuz uşaq несознательный ребёнок 2) связанный со слабым, недостаточным проявлением сознания. Şüursuz hərəkət несознательный поступок 3) такой, которому не свойственна сознательность, правильное понимание долга. Şüursuz münəsibət nəyə несознательное отношение к чему 4) такой, который не может правильно понять, оценить окружающее; политически отсталый. Şüursuz kütlələr несознательные массы II нареч. см. şüursuz olaraq (şüursuz surətdə); бессознательно, неосознанно; стихийно. Şüursuz olaraq iştirak etmək nədə, harada бессознательно (стихийно) участвовать в чём

    Azərbaycanca-rusca lüğət / şüursuz

şüursuz sözünün inglis dilinə tərcüməsi

şüursuz sözünün fransız dilinə tərcüməsi

şüursuz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. гъавурда гьат тийир, гъавурдик квачир, кьатӀун авачир, макь авачир, фагьумсуз; акьулсуз, къанажагъсуз; 2. вич-вичел алачир, вич-вичелай фейи, рикӀ хъуьтуьл хьайи, чӀур хьайи.

    Azərbaycanca-ləzgicə lüğəti / şüursuz

şüursuz sözünün türk dilinə tərcüməsi

"şüursuz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şüursuz nədir? #şüursuz sözünün mənası #şüursuz nə deməkdir? #şüursuz sözünün izahı #şüursuz sözünün yazılışı #şüursuz necə yazılır? #şüursuz sözünün düzgün yazılışı #şüursuz leksik mənası #şüursuz sözünün sinonimi #şüursuz sözünün yaxın mənalı sözlər #şüursuz sözünün əks mənası #şüursuz sözünün etimologiyası #şüursuz sözünün orfoqrafiyası #şüursuz rusca #şüursuz inglisça #şüursuz fransızca #şüursuz sözünün istifadəsi #sözlük