şəbpərəsi sözü azərbaycan dilində

şəbpərəsi

Yazılış

  • şəbpərəsi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Behşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb. == Yayılması == Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir. == Yaşayış yeri == Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir.
Küli şəbpərəsi
Natterer şəbpərəsi
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir. == Yayılması == Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir. == Sayı == Nadir, azsaylı və az öyrənilmiş növdür.
Natuzius şəbpərəsi
Nepal şəbpərəsi
Nepal şəbpərəsi (lat. Myotis nipalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Təsvir == Onlar ümumi uzunluğu 10 sm, qanadları 4 santimetrdən azdır. Kiçik bir qulaq və uzun dar qulaq seyvanına malikdir. == Çoxalması == İl ərzindı bire dəəfə bala verirlər. Yalnız bir bala doğurlar. == Arealı == Asiyanın endemik canlısıdır. İrandan Sibirə qədər yayılmışdır. == Yayılması == Həm yüksək dağlıq həm də düzənliklərdə yayılmışlar. Əsasən quraq, dağlıq rayonlarda və meşələrdə yaılırlar.
Savi şəbpərəsi
Çöl şəbpərəsi
Çöl şəbpərəsi (lat. Myotis aurascens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa SSRİ naturalisti tərəfindən aşkar edilmişdir. == Təsviri == Kiçik yarasanın qolunun uzunluğu 32 və 37 mm arasında olur. Quyruğun uzunluğu 12.3 ilə 14.3 mm, ayağın uzunluğu isə 6.8 və 8.7 mm arasındadır.
Üçrəng gecə şəbpərəsi
Üçrəng gecə şəbpərəsi (lat. Myotis emarginatus) — kiçik ölçüyə malik yarasa olaraq Gecə yarasaları cinsinə aid növdür. Onların çəkisi 5–10 q, uzunluğu 44–55 mm, quyruğun uzunluğu isə 38–44 mm təşkil edir. Qanadlar arasında məsafə 22–28 sm-dir. == Yayılması == Şimali Afrikadan Hollandiyaya kimi, Almaniyanın, Çexiyanın və Polşanın cənubuna qədər, Ukraynanın qərbində, Krımda, Qafqazda, İranda, ön və orta Asiyada, Əfqanıstanda və Birmada, Bütün Aralıq dənizi sahili boyunca ərazilərdə yayılmışdır. Azərbaycanda d.s.1000 metrə qədər hündürlükdə bütün təbii bölgələrdə və əsasən ölkənin şimal-qərbində quru və meşə landşaftlarında üstünlük təşkil edir. == Yaşayış yeri və həyat tərzi == 80%-ə qədər tapıntı Aran zonalarda və dağətəyi rayonlarda aşkar olunmuşdur. Lənkəranətrafı ərazidə balalayan fərdlərdən ibarət toplantıda 1000-ə yaxın yetkin dişi cins, Mingəçevir ətrafındakı ərazilərdəki meşə mağaralarında isə 500-dən çox fərdə təsadüf edilmişdir. Sığınacaqlar müxtəlifdir. Böyük Qafqazda qədim Daş tikililərdə bu növlə yanaşı, Böyük nalburuna da təsadüf edilir.

"şəbpərəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəbpərəsi nədir? #şəbpərəsi sözünün mənası #şəbpərəsi nə deməkdir? #şəbpərəsi sözünün izahı #şəbpərəsi sözünün yazılışı #şəbpərəsi necə yazılır? #şəbpərəsi sözünün düzgün yazılışı #şəbpərəsi leksik mənası #şəbpərəsi sözünün sinonimi #şəbpərəsi sözünün yaxın mənalı sözlər #şəbpərəsi sözünün əks mənası #şəbpərəsi sözünün etimologiyası #şəbpərəsi sözünün orfoqrafiyası #şəbpərəsi rusca #şəbpərəsi inglisça #şəbpərəsi fransızca #şəbpərəsi sözünün istifadəsi #sözlük