Başqırd şəcərəsi
Başqırd (şəcərə) (başq. şəcərə; ərəb. شجرة) — başqırd şəcərəsi, başqırd tayfa və nəsillərində, həmçinin başqa türk xalqlarında (camaatlarında) genealoji yazı.
== Təsviri ==
=== Sözün kökü ===
Başqırd dinində "şəcərə" sözünə sinonim kimi "nasabname", "nasapxat", "silsilya" və "tayra" kimi sözlərə də rast gəlinir. Başqırdlar islam dini qəbul edildikdən sonra nəsli tarixi ərəb dinində "şejere" adlanmağa başladı. Bu sözün mənası rus dilindən hərfi tərcümədə "ağac" bildirir, məna tərcümdə isə "nəsil" deməkdir. Başqırd şəcərəsinin ilk tədqiqatçılarından biri olmuş məşhur etnoqraf R. Q. Quziyevin "səcərəni" "genealoji salnamə" adlabdırmışdır. Şəcərənin salnamə olduğunu əsaslandıran Quziyev səcərə və salnamə eyni olmaqla yalnız hər hansı bir nəslin nümayəndələrinin adlarını və onların həyatının illərini özündə saxlamır, həm də əhəmiyyətli tarixi məlumatlarını özündə yaşadır
=== Şəcərənin növləri ===
Xarici tədqiqatçılar başqırd şəcərəsi əsas iki növə bölüşürlər: nominallar (sadələr) və narrativlər (mürəkkəblər). Birinci qrupa dadil olanlar xronoloji ardıcıllığında yerləşdirilmiş və bir ümumi kökə əsaslanan nəsilin başçılarının siyahısını təşkil edir. Əsasən çoxsaylı budaqlara bənzəyən ağacı xatırladır.