Şəhabəddin sözü azərbaycan dilində

Şəhabəddin

Yazılış

  • Şəhabəddin • 97.2222%
  • şəhabəddin • 2.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy Ramazanoğlu Digər Şəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Şəhabəddin (Meşkinşəhr)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (11 ailə).
Şəhabəddin (Qürvə)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 401 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
Şəhabəddin Mərcani
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818[…] və ya 13 (25) yanvar 1818, Kazan – 1889[…] və ya 15 (27) aprel 1889, Kazan) — tatar alimi,Nəqşibəndiyyə təriqətinin şeyxi, filosofu, tarixçisi, etnoqrafı, maarifçisi. "Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər… Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?" Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "…Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox " İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar! Nə üçün öz milliyyətinizdən çəkinir, nə üçün bolqar deyə adlandırılmanızdan utanır və rumların hiyləgər siyasətlərinə tabe olursunuz?" -deyə xitab edirdi.
Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Molla Şəhabəddin (Qoşaçay)
Molla Şəhabəddin (fars. ملاشهاب الدين‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,311 nəfər yaşayır (490 ailə).
Muayyad Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Xədim Şəhabəddin Paşa
Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır. Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Şəhabəddin Abdulla Mirvarid
Mövlanə Şəhabəddin Abdulla Mirvarid (1461–1516)—şair, musiqiçi, katib. Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1461-ci ildə Herat şəhərində anadan olmuşdu. Xacə Şəmsəddin Məhəmməd Kirmaninin oğludur. Şair idi. Bəyani təxəllüsü ilə xoştəb şeir yazırdı. Mövlanə Şəhabəddin Abdulla Mirvarid Sultan Hüseyn Bayqaranın sarayında çalışmışdı. Mövlana Abdulla Mərvarid cavanlığında Sultan Hüseyn mirzənin xidmətində olmuş, hətta sədarət mərtəbəsinə çatmışdı. Axırda böyük əmirlər cərgəsinə daxil olmuş, Mir Əlişirin yerinə möhür vurmuşdu. Sultan Hüseyn mirzənin ölümündən sonra tənhalıq küncündə qərar tutmuşdu. Bu il o, dünyadan köçdü.
Şəhabəddin Yəhya Sührəverdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şəhabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şeyx Şəhabəddin Mahmud Əhəri
Şeyx Şəhabəddin Mahmud Əhəri (1180 – 1265) — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Şeyx Şəhabəddin Mahmud Əhəri Azərbaycanın tanınmış ariflərindəndir. İlk təhsilini Molla Həsən Əhəridən alıb. Sonra Təbriz şəhərinə yollanıb "Vəhdətiyyə Sürxab" mədrəsəsində oxuyub. Bu mədrəsədə üç dəfə qırxgünlük riyazət edəndən sonra Socasa gedib Şeyx Rüknəddin Məhəmməd Sücasinin müridliyini qəbul etmişdi. Mükəmməl təhsildən sonra mürşidindən təriqət şeyxliyinin icazəsini alaraq Əhərə qayıtmışdı. Şeyx Şəhabəddin Mahmud mürşidinin qızı Xədicə Sultan xanımla həyat qurmuşdu. Şeyx Əli adlı oğlu vardı. Şeyx Şəhabəddin Mahmud Əhəri təriqət başçılığında ən ulu dərəcə olan "qütb" dərəcəsinə çatmışdı. Onun yaratdığı "Şəhabiyyə" təriqətinin sorağı bütün şərqə yayılmışdı.
Şəhabəddin Əhməd bəy Ramazanoğlu
Şəhabəddin Əhməd bəy Ramazanoğlu (türk. Sihabeddin Ahmed bey Ramazan-oglu; ? - 1416) - Ramazanoğulları bəyliyinin hökmdarı İbrahim bəyin ölümündən sonra hakimiyyətə qardaşı Şəhabəddin Əhməd bəy keçdi. İbrahim bəyin hakimiyyəti dövründə Birecik bölgəsinin hakimi idi. O hakimiyyəti dövründə bəzən Məmlük sultanına kömək edir, bəzən də ona qarşı döyüşürdü. Əhməd bəy hakimiyyətə gəldikdən sonra Xəlil bəy Zülqədər ilə ittifaq bağlayaraq Maraşı işğal edir. Hələb hakimi Yelboga vəziyyəti dəyişmək üçün müdaxilə etmək istəsə də Sultan Bərkukun ölümü ona mane oldu. 1401-ci ildə Əmir Teymurun Suriyadan getməsindən sonra Hələb şəhərinin azad edilməsində Məmlük ordusuna kömək etdi. Eyni zamanda Suriya ərəblərinin şəhəri mühasirəyə aldığı zamanda Hələb hakimi Dəmirdaşa köməklik göstərdi. Sultan Fərəc Əhməd bəyin xidmətlərinə görə ona müxtəlif hədiyyələr göndərdi.

şəhabəddin sözünün leksik mənası və izahı

Oxşar sözlər

#şəhabəddin nədir? #şəhabəddin sözünün mənası #şəhabəddin nə deməkdir? #şəhabəddin sözünün izahı #şəhabəddin sözünün yazılışı #şəhabəddin necə yazılır? #şəhabəddin sözünün düzgün yazılışı #şəhabəddin leksik mənası #şəhabəddin sözünün sinonimi #şəhabəddin sözünün yaxın mənalı sözlər #şəhabəddin sözünün əks mənası #şəhabəddin sözünün etimologiyası #şəhabəddin sözünün orfoqrafiyası #şəhabəddin rusca #şəhabəddin inglisça #şəhabəddin fransızca #şəhabəddin sözünün istifadəsi #sözlük