Şərafəddin sözü azərbaycan dilində

Şərafəddin

Yazılış

  • Şərafəddin • 98.9474%
  • şərafəddin • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şərafəddin
Şərafəddin — ad. Şərafəddin Salahov — 20 Yanvar Şəhidi. Şərafəddin İlkin Şərafəddin İzmir Şərafəddin Kılıç — auditor, mühasib və siyasətçi; Şərafəddin Can Atalay — hüquqşünas və siyasətçi; Şərafəddin Elçi — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı.
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. == Həyatı == O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Şərafəddin Salahov
Şərafəddin Salahov (tam adı; Şərafəddin Müzəffər oğlu Salahov; 11 sentyabr 1963, Bakı – 20 yanvar 1990, Azərbaycan SSR) — 20 Yanvar Şəhidi. == Həyatı == 1963-cü ildə sentyabrın 11-i Bakıda anadan olub. 13 nömrəli məktəbi bitirmiş, sonradan sürücülük oxumuşdur. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə nəşriyyatda işləmişdir. Subay idi. == Şəhid olması == O qanlı gecə təxminən saat 00 radələrində atışma səsinə küçəyə çıxıb. Qohumları hadisəni belə xatırlayır: Qardaşı Şamilin xatirəsindən: Şəhidlər xiyabanında dəfn edilib. == Ünvan == Bakı, 3-cü Yasamal, ev 134 v.
Şərafəddin İlkin
== Həyat və yaradıcılığı fəaliyyəti == Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
Şərafəddin İzmir
Şərafəddin İzmir (1889, Konstantinopol – 6 noyabr 1951, İstanbul) Türk əsgəri. Türk Qurtuluş Savaşının son mərhələsi olan İzmirin qurtuluşu dövründə ilk dəfə bayrağı İzmir Hökumət Sarayına sancdı. == Həyatı və hərbi xidməti == Krımdan kapitan İbrahim bəyin və Maçkalı Zülüfoğullarından Bahriyə Xanımın oğlu olaraq dünyaya gəldi. 1906-cı ildə Hərbi Akademiyaya daxil oldu və 1909-cu ildə leytenant rütbəsi ilə məzun oldu. Məzun olduqdan sonra, 1909–1911 arasında 4. Nümunə Süvari Alayı 4. Bölməyə təyin edildi. 1912-ci ildə süvari qazma təlimatçısı oldu. 1912-ci ildə Balkan müharibələri dövründə Çatalca döyüşlərində iştirak etmişdir. 1913-cü ildə Gelibolu, Lüləburgaz və Bolayırda xidmət etmişdir.
Sabunçuoğlu Şərafəddin
Şərafəddin Sabunçuoğlu (osman. شرف الدّین صابونجی اوغلی; 1385, Amasya – 1468) — orta əsr Osmanlı cərrahı və həkimi. O, 17 yaşından tibblə maraqlanmağa başlayıb və ölümünə qədər 14 il rəhbərlik etdiyi Amasya Darüşşifa xəstəxanasında tibb və tibbi tədqiqatlar ilə məşğul olub. İlk türk cərrahiyyə əsərinin müəllifidir. == Həyatı == Sabunçuoğlu Şərafəddin 1385-ci ildə Amasyada anadan olub. Babası Sabunçuoğlu Hacı İlyas Çələbi və atası Əli Çələbi o dövrün xəstəxanalarından biri olan Amasya Bimarhanesinin baş həkimi olan məşhur həkimlər idi. O, çox gənc yaşlarından ustad-şagird münasibəti formasında həkimliyi öyrənməyə başlayıb. Təməl tibb təhsilini Amasya xəstəxanasında (Amasya Darüşşifâsı) həkim Burhanəddin Əhməddən alıb. O, hələ 17 yaşında ikən tibb ilə məşğul olmağa başlayıb və o vaxtdan ömrünü mütaliəyə, araşdırmalara və təcrübələrə həsr edib. O, ölümünə qədər Amasya xəstəxanasında çalışmış və 14 ilə yaxın müddətdə həmin xəstəxananın baş həkimi olub.
Şərafəddin Kılıç
Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Mehmed Şərafəddin Əfəndi
Mehmed Şərafəddin Əfəndi (17 iyun 1904, Konstantinopol – 1966) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Şərafəddin Əfəndi 17 iyun 1904-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Atasının vəfatının ardından böyük bacısı Naciyə Sultan və əri Ənvər Paşanın himayəsində böyüdü. Ənvər Paşanın yönləndirməsiylə hərbi təhsil alan Şərafəddin Əfəndi bununla yanaşı digər dərslər də aldı. Daha sonra xəlifə Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə birlikdə Vyanadakı hərb akademiyasına göndərildi. Ancaq Ənvər Paşanın istəyilə Şərafəddin Əfəndi Potsdamdakı alman hərbi məktəbinə göndərildi. 1918-ci ildə Osmanlı ordusunda ikinci leytenant rütbəsinə yüksəldi. Şərafəddin Əfəndi hələ 19 yaşında ikən Sultan Əbdüləzizin nəvəsi (İzzəddin Əfəndinin qızı) Şükriyə Sultanla nigahlandı.
Yaramaz pişik Şərafəddin
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) və ya qısa adı ilə Şero — 1996-ci ildə yaradılmış komiks personajı. 1996-cı ildə Bülənt Üstün ölən pişiyi Şərafəddinin xatirəsinə işlədiyi "L-Manyak" jurnalında personajı yaratmışdır. 2001-ci ildə komiksçi "Lombak" jurnalına keçmişdir. Şeronu təsvir edərkən onun bu qədər məşhur olacağına ağlına gətirməyən Üstün personajın Türkiyə üçün nisbətən daha sərt olduğunu qeyd etmişdir. == Hekayəsi == Şero İstanbul ilinin Cihangir səmtində yaşayan bəlalı bir pişikdir. Burada əsas personaj olan pişiklər danışmaq qabiliyyətinə malikdirlər. Yarı insan, yarı heyvan personaj olan Şərafəddin Tonquçun masturbasiya etdikdən sonra ətrafa tökülən spermasında oturan dişi bir pişikdən dünyaya gəlmişdir. Daha sonrakı zamanlarda 7 pişik tərəfindən təcavüzə uğramış dişi pişikdən Tacəddin adlı oğlunun olduğu məlum olmuşdur. == Populyar mədəniyyətdə == Yaramaz pişik Şərafəddin xüsusilə Türkiyədəki gənclər arasında 1990-cı illərin sonlarında məşhurluq qazanmış və hekayələri paylaşılmışdır.
Şərafəddin məscidi (Visoko)
Şərafəddin məscidi (bosn. Šerefudinova Bijela džamija) və ya Ağ məscid ― Bosniya və Herseqovinanın Visoko şəhərində yerləşən məscid. Tikilinin şəhər və ərazi üçün böyük memari əhəmiyyəti var. Məscidin memarı Zlatko Uqlyen, ustası İsmət İmamoviç, podratçısı isə Visokolu Zvezda olmuşdur. Orijinal məscid 1477-ci ildə tikilsə də, daha sonralar tamamilə yenidən qurulmuş və bu iş 1980-ci ildə bitirilmişdir. Məscidin layiq görüldüyü ən diqqətəlayiq mükafat 1983-cü ildə verilmiş Ağa Xan Memarlıq mükafatı olmuşdur. Münsiflər heyəti məscidi dayanıqlılığı, yaradıcılığı və parlaqlığı ilə yanaşı özünəməxsusluğu və yeniliyi üçün də yüksək qiymətləndirmişdi. Məscid 2007-ci ildə Macarıstan memarları tərəfindən Avropanın ən yaxşı dizayn edilmiş üç ibadətgahından biri olduğu üçün mükafat almışdır. == Memarlıq == Məscidin mərkəzi sahəsi həm namaz qılmaq, həm də mühazirələr və müzakirələr kimi digər dini fəaliyyətlər üçün nəzərdə tutulmuşdur. Ərazidə namaz qılmaq üçün qapalı sahənin olduğu əlavə bina da mövcuddur.
Şərafəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.
Şərafəddin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. == Həyatı == Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.
Yaramaz pişik Şərafəddin (film)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır. == Hekayə == Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir. == Obrazlar == Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır. "Şero" adlı bir ləqəbi vardır.
Yaramaz pişik Şərafəddin (cizgi filmi, 2016)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır. == Hekayə == Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir. == Obrazlar == Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır. "Şero" adlı bir ləqəbi vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2006 •••••••••••••••• 0.90
2007 •••••••••••••••••• 1.06
2009 ••• 0.16
2010 •••• 0.18
2011 ••••• 0.26
2012 ••••••••• 0.52
2013 ••• 0.15
2014 ••••••••• 0.51
2018 •••••• 0.30
2019 ••• 0.14

şərafəddin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

dinin fəxri, dinin iftixarı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#şərafəddin nədir? #şərafəddin sözünün mənası #şərafəddin nə deməkdir? #şərafəddin sözünün izahı #şərafəddin sözünün yazılışı #şərafəddin necə yazılır? #şərafəddin sözünün düzgün yazılışı #şərafəddin leksik mənası #şərafəddin sözünün sinonimi #şərafəddin sözünün yaxın mənalı sözlər #şərafəddin sözünün əks mənası #şərafəddin sözünün etimologiyası #şərafəddin sözünün orfoqrafiyası #şərafəddin rusca #şərafəddin inglisça #şərafəddin fransızca #şərafəddin sözünün istifadəsi #sözlük