şəhərin sözü azərbaycan dilində

şəhərin

Yazılış

  • şəhərin • 83.8073%
  • Şəhərin • 16.1771%
  • ŞƏHƏRİN • 0.0104%
  • şəhərİN • 0.0052%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəhərin sosiologiyası
Şəhərin sosiologiyası — şəhər həyatının müxtəlif aspektlərini tədqiq edən sosiologiyanın bir qolu. Şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır (icmaların təsnifatı, bir növdən digərinə keçid və s.); şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. == Tarixi == Şəhərin ilk sosioloji analizlərindən birini Maks Veber təklif etmişdir. Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi təyin edir. Weberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu Karl Büxher və Georq Zimmel kimi Alman sosioloqları da öyrənmişlər. Marksizm klassikləri şəhər problemlərini kapitalist cəmiyyətdəki fəhlə sinfinin mövqeyinin araşdırılması kontekstində təqdim edirlər. Bu baxımdan sənaye və ya ticarət baxımından böyük şəhər, sinif mübarizəsinin ən cəmləşmiş şəkildə reallaşdığı yer olaraq görülür. Bununla birlikdə, şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin işində idi. Onun çərçivəsində şəhərin xarakterik problemlərinin əsas tədqiqatçıları Robert Park, Ernst Bercess və Luis Virt idi. Çikaqo Məktəbinin əsərləri tətbiqi istiqamətliliyi ilə seçilirdi.
İki şəhərin hekayəsi
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir. Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757–1794-cü illəri əhatə edir. Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır. Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır.
Şəhərin Ritmləri (1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Böyük şəhərin işıqları
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Şəhərin estetikası (film, 1973)
== Məzmun == Filmdə respublikamızın paytaxtı Bakının arxitekturası, mənzərəli bulvarı, şəhərin küçələri, yeni tikintiləri, tarixi abidələri, müasir üslubda tərtib olunmuş reklamlar öz əksini tapmışdır. Kinolentdə eyni zamanda belə bir gözəl şəhərin estetik gözəlliyiniə xələl gətirən qüsurları da göstərilir və tənqid olunur. == Film haqqında == Film Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
Şəhərin ritmləri (film, 1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. == Rollarda == Lui Hanter - Paris Bella Deyn - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona == İstehsalı == Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir.
Batmış şəhərin axtarışında (film, 1987)
Batmış şəhərin axtarışında filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. == Məzmun == Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. Bakı arxeoloqları 1968-ci ildən onun yerində-Bəndəvan burnunun ətrafında tədqiqat aparırlar. Onlar hər il tarix-diyarşünaslıq muzeylərimizin ekspozisiyasını zənginləşdirən maddi mədəniyyət nümunələri aşkara çıxarırlar. Elmi-kütləvi filmdə suyun altında çəkilmiş çoxlu kinokadr vardır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Emil Salmanov, Sara Nəzirova Rejissor: Nicat Bəkirzadə Operator: Yuri Varnovski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Böyük şəhərin işıqları (film, 1931)
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Bakı Şəhərinin Müvəqqəti Hərbi İnqilab Komitəsi
Hərbi İnqilab Komitəsi — 1917 il dekabrın 12-də Bakı qarnizonunda və şəhərdə asayişi bərpa etmək adı altında yaradılmış hakimiyyət orqanı. == Yaradılması == Bakı Şəhərinin müvəqqəti inqilab komitəsi 1917 il dekabrın 12-də yaradılmışdı. Bakı Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin təcili iclasında təşkil edilmişdi. Bakı Soveti yanında yaradılmış Hərbi inqilab komitəsinə "ən geniş səlahiyyət" verilmişdi. Hərbi inqilab komitəsinin hakimiyyəti, bütünlükdə, qarnizon və şəhərə şamil edilmişdi. == Fəaliyyəti == Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri özlərini hissələrdə hərbi inqilab komitələri elan edir" və hərbi inqilab komitəsinin "qərar və sərəncamlarını rəhbər tutaraq, yerlərdə ən ciddi surətdə hərtərəfli fəaliyyət" göstərirdilər. Hərbi inqilab komitəsi öz tərkibindən hərbi inqilab məhkəməsi təşkil etmişdi. Komitə əhaliyə müraciətlərində qərarlarının danışıqsız yerinə yetirilməsini tələb edir, sovet hakimiyyətinin düşmənlərinə qarşı amansız mübarizə aparmağa çağırır, lazım gəldikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Bakıda mart soyqırımı zamanı yaradılmış inqilabi müdafiə komitəsi tərkibində işini davam etdirmişdir.
Gəncə şəhərinin gerbi
Gəncə şəhərinin gerbi — Gəncə şəhərinin rəmzidir. Cavad xanın (1748-1804) hakimiyyəti dövründə Gəncə xanlığının (1747-1804) bayrağında əks olunmuş simvolların əksini tapdığı gerb 2004-cü ildə qəbul edilmişdir. == Tarixi == Gəncə şəhərinin gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur. Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi. Ziyadoğlular nəsli Azərbaycanın ən nüfuzlu doqquz Qızılbaş tayfasından biri olan Qacarların bir qolu idi. IX-X əsrlərdən etibarən Azərbaycanın siyasi hakimiyyətində müxtəlif vəzifələri tutmuş Ziyadoğlular 400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmişlər. Azərbaycanda mərkəzi hakimiyyətin parçalanması dövründə isə müstəqil Gəncə xanlığını qurmuşlar. Ziyadoğluların Gəncədə hakimiyyətdə olmuş son nümayəndəsi olan Cavad xanın 1804-cü ildə döyüşdə öldürülməsindən sonra bu sülalənin hakimiyyətinə də son qoyulmuş, onların rəsmi simvolları isə sıradan çıxarılmışdır. == Simvolikası == Günəş – əbədi həyat simvoludur. Ay – əbədi işıq rəmzi, paklıq, təmizlik, ağ rəngi əks etdiməklə azadlıq anlamını da daşıyır.
Haaqa şəhərində Xocalı abidəsi
Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə. == Körpəsini ermənilərdən qorumağa çalışan ana == Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib. "Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq. 2020-ci ildə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Mingəçevir şəhərinin Tarixi Muzeyi
Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11-də M. Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Muzeyin binası 2 mərtəbədən ibarətdir. Ümumi sahəsi 810 m2-dir. Muzeyin üst mərtəbəsində qədim və müasir dövürü əhatə edən iki ekspozisiya zalı vardır. Muzeydə 15471 ədəd eksponat var. Ən qədim eksponatlar b.e.ə. III–I minilliklərə aid maddi və mədəniyyət nümunələridir. == Muzeyin fondu == Muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir. == Muzey binası == 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. == Tarixi == Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. == Ümumi məlumat == Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. == Həmçinin bax == Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası == Mənbə == Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Naxçıvan şəhərində Koroğlu abidəsi
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Naxçıvan şəhərinin tarixi
Naxçıvan — Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir. Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə.
Nom şəhərinə zərdab çatdırılması
Nom şəhərinə zərdab çatdırılması (ing. Serum run to Nome) — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.
Nyu-York şəhərinin xronologiyası
Bu məqalə ABŞ-nin Nyu-York ştatındakı Nyu-York şəhərinin tarixi xronologiyasıdır. == 1700-cü ilə qədər == 1614 – Niderlandlar Manhetten adasında yerləşdilər. 1623 – Niderlandlar qala tikdi. 1624 – Vest-Hind şirkəti tərəfindən Yeni Amsterdam quruldu. 1650 – Əhalinin sayı təxminən 1000 oldu. 1656 – Şəhərin küçələri düzəldildi. 1664 – 24 sentyabr – Yeni Amsterdamın adı Nyu-York olaraq dəyişdi. 1665 12 iyun: Tomas Uillett şəhərin ilk meri oldu. Bruklində ilk cinayət baş tutdu. 1666 – Tomas Delavall şəhərin ikinci meri oldu.
Surat şəhərinin mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. == Əvvəli == Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. == Mühasirə == Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Tehran şəhərinin tarixi
Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir. Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir." Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi.
Təbriz şəhərinin başçıları
Təbriz dünyanın qədim şəhərlərindən biridir. == Təbriz şəhərinin başçıları == Qasım xan Vali (Sərdari-Hümayun) 1908, سردار همايون والی قاسم1287 Əli Müsyoعلی مسیو (۱۲۸۸) Hacı Seyid Qafar (Nizamüləyalə), حاج سيد الغفار (ناظم العداله) Hacı Seyf, حاج سيف Mirzə İbrahim xan Kələntəri Şərəfəddövlə, شرف الدوله İsmayıl Əzəm Əfkamülmülk, اسماعیل اعظم افخم الملک Məcid mirzə, مید میرزا Yavər Sərdari-mönzəm, یاور سردار منضم Əhməd xan Maşayixi, احمد خان مشایخی Əhmədi, احمدی Əmir Heşmət Nisari, نيساری Sidqəssultan, صدق السلطان Nəsrullah Filasofzadə, نصراله فیلسوف زاه Hacı Kazıməddövlə, حاج کاظم العداله Məhəmmədəli Tərbiyət, محمد علی خان تربیت Cəlaləddin Keyhan, جلا لدين کيهان Hüseynqulu Cəlili (Ərfəülmülk), حسینقلی جلیلی(ارفع الملک) Əlamir Mir Mustafa, علامیر میر مصطفی Mahmud xan Qaffari, محمود خان غفاری Mürtəza Əmin, مرتضی امین Əbülqasim Cahangiri, ابوالقاسم جهانگیری Əbdülhəmid Həkimi, عبدالحمید حکیمی Məhəmməd Hadi, محمد هادی Abdulla Sərrəştəhdar, عبدالله سررشته دار Hacı Mirzə Ağa Billuri, حاج ميرزا آقا بلوری Ələsgər xan Etesam, علی اصغر خان اعتصام İsmayıl xan Bahaduri اسماعیل خان بهادری Qulamrza İlhami غلامرضا الهامی İqbal Azər اقبال آذر(اقبال السلطان) Atəş Bayati-Maku آتش بیات ماکو Abdulla Rəhimi عبدالله رحیمی Hidayətulla Kələntəri هدایت الله کلانتری Seyid Sirac Mir Ziyaüddövlə سعید سراج مير(ذکاءالدوله) Fətulla Müvəssəqi فتح الله موثق Əbdülhüseyn Vicdani عبدالحسین وجدانی Bəşir Fərəhmənd بشير فرهمند Səfai صفائی Mahmud Ruhani محمود روحانی Əlinağı Mövləvi علینقی مولوی Məcid Nasirpur مجید نسرین پور Seyid Əli Pişdad سید علی پیشداد Seyid Mehdi Nəbavi سید مهدی نبوی Dr.
Təbriz şəhərinin xronologiyası
Aşağıda İranın Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinin xronologiyası verilmişdir. == XV əsrə qədər == e.ə 714-cü il. – Şəhərin adı Assur kralı II Sarqonun epiqrafında qeyd edilmişdir. Bizim eramız II–VII əsrlər İndiki Təbrizin ən erkən elementlərinin qurulması. Bəzi mənbələrdə eramızın III və IV əsrlərində erkən Sasanilər dövründə, bir digər mənbələrdə isə VII əsrdə tikildiyi iddia edilir. B. E VIII əsr — Təbriz bazarının inşaasına başlanılır. 858-ci il- Təbrizdə güclü zəlzələ baş verir. IX əsr — Təbriz Rəvvadi hakimliyinin mərkəzi olur. 981-ci il- Təbriz Rəvvadilər dövlətinin paytaxtı olur. Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz şəhristanının sahəsi 200 ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi.
İlok şəhərinin mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. == Mühasirə == İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. == Həmçinin bax == Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası == Mənbə == Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. == Tarixi == Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. == Ümumi məlumat == Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. == Həmçinin bax == Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası == Mənbə == Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması

"şəhərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəhərin nədir? #şəhərin sözünün mənası #şəhərin nə deməkdir? #şəhərin sözünün izahı #şəhərin sözünün yazılışı #şəhərin necə yazılır? #şəhərin sözünün düzgün yazılışı #şəhərin leksik mənası #şəhərin sözünün sinonimi #şəhərin sözünün yaxın mənalı sözlər #şəhərin sözünün əks mənası #şəhərin sözünün etimologiyası #şəhərin sözünün orfoqrafiyası #şəhərin rusca #şəhərin inglisça #şəhərin fransızca #şəhərin sözünün istifadəsi #sözlük