şəhərini sözü azərbaycan dilində

şəhərini

Yazılış

  • şəhərini • 99.7059%
  • Şəhərini • 0.2941%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı Şəhərinin Müvəqqəti Hərbi İnqilab Komitəsi
Hərbi İnqilab Komitəsi-1917 il dekabrın 12-də Bakı qarnizonunda və şəhərdə asayişi bərpa etmək adı altında yaradılmış hakimiyyət orqanı. == Yaradılması == Bakı Şəhərinin müvəqqəti inqilab komitəsi 1917 il dekabrın 12-də yaradılmışdı. Bakı Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin təcili iclasında təşkil edilmişdi. Bakı Soveti yanında yaradılmış Hərbi inqilab komitəsinə "ən geniş səlahiyyət" verilmişdi. Hərbi inqilab komitəsinin hakimiyyəti, bütünlükdə, qarnizon və şəhərə şamil edilmişdi. == Fəaliyyəti == Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri özlərini hissələrdə hərbi inqilab komitələri elan edir" və hərbi inqilab komitəsinin "qərar və sərəncamlarını rəhbər tutaraq, yerlərdə ən ciddi surətdə hərtərəfli fəaliyyət" göstərirdilər. Hərbi inqilab komitəsi öz tərkibindən hərbi inqilab məhkəməsi təşkil etmişdi. Komitə əhaliyə müraciətlərində qərarlarının danışıqsız yerinə yetirilməsini tələb edir, sovet hakimiyyətinin düşmənlərinə qarşı amansız mübarizə aparmağa çağırır, lazım gəldikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Bakıda mart soyqırımı zamanı yaradılmış inqilabi müdafiə komitəsi tərkibində işini davam etdirmişdir.
Bakı şəhərinin abidələri
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bakı şəhərinin dənizdən görünüşü (şəkil)
Vereşagin tarixi şəhərlərin təsvirə böyük maraq göstərmişdir. 1951-ci ildə Moskvanın incəsənət fondunnan Azərbaycan Milli İncəsənət Muzeyinə təmənnasız şəkildə verilib. Şəhərin tarixi burda əksini tapıb, Bakı tədricən sənaye şəhəri olub və bu şəkildə qala divarlarının hüdudlarından kənarında yerləşən əlavə tikililəri görmək olar.
Bakı şəhərinin ekoloji-geokimyəvi vəziyyəti
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakı şəhərinin tarixi
Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. == Adın etimologiyası == Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه ) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. === Müxtəlif dövrlərdə şəhərin adlanırılması === == Tarixi == Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Bakı şəhərinin xronologiyası
== 20-ci əsrdən əvvəl == 12-ci əsr – Qız qalası tikildi. 1169 – Ləzgi məscidi tikildi.[mənbə göstərin] 1378 – Cümə məscidi tikildi. 1442 – Şirvanşahlar sarayında Şah məscidi tikildi. 1509 – Farslar ələ keçirdi. 1578 – Osmanlılar ələ keçirdi. 1603 – Farslar yenidən ələ keçirdi. 1723 – Ruslar tərəfindən alındı. 1732 – Neft emalı zavodu fəaliyyətdədir. 1735 – Farslar yenidən ələ keçirdi. 1747 – Bakı xanlığı quruldu.[mənbə göstərin] 1806 – Rus qüvvələri tərəfindən alındı.
Dərbənd şəhərinin əhalisi
1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən Dərbənd şəhərinin əhalisi 120.470 nəfərdir.
Gəncə şəhərinin gerbi
Gəncə şəhərinin gerbi — Gəncə şəhərinin rəmzidir. Cavad xanın (1748-1804) hakimiyyəti dövründə Gəncə xanlığının (1747-1804) bayrağında əks olunmuş simvolların əksini tapdığı gerb 2004-cü ildə qəbul edilmişdir. == Tarixi == Gəncə şəhərinin gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur. Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi. Ziyadoğlular nəsli Azərbaycanın ən nüfuzlu doqquz Qızılbaş tayfasından biri olan Qacarların bir qolu idi. IX-X əsrlərdən etibarən Azərbaycanın siyasi hakimiyyətində müxtəlif vəzifələri tutmuş Ziyadoğlular 400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmişlər. Azərbaycanda mərkəzi hakimiyyətin parçalanması dövründə isə müstəqil Gəncə xanlığını qurmuşlar. Ziyadoğluların Gəncədə hakimiyyətdə olmuş son nümayəndəsi olan Cavad xanın 1804-cü ildə döyüşdə öldürülməsindən sonra bu sülalənin hakimiyyətinə də son qoyulmuş, onların rəsmi simvolları isə sıradan çıxarılmışdır. == Simvolikası == Günəş – əbədi həyat simvoludur.Ay – əbədi işıq rəmzi, paklıq, təmizlik, ağ rəngi əks etdiməklə azadlıq anlamını da daşıyır.Səkkizguşəli ulduz – İslam dini etiqadına görə Cənnətin səkkiz qapısına, bununla da Gəncənin Cənnət-məkan olmasına işarədir.Palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük və müdriklik simvoludur.Tərəzi - Bərabərlik, ədalətlilik, düzlüyün simvoludur.Yaşıl rəng – İslamın rəmzidir.
Mingəçevir şəhərinin Tarixi Muzeyi
Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11-də M. Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Muzeyin binası 2 mərtəbədən ibarətdir. Ümumi sahəsi 810 m2-dir. Muzeyin üst mərtəbəsində qədim və müasir dövürü əhatə edən iki ekspozisiya zalı vardır. Muzeydə 15471 ədəd eksponat var. Ən qədim eksponatlar b.e.ə. III–I minilliklərə aid maddi və mədəniyyət nümunələridir. == Muzeyin fondu == Muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir. == Muzey binası == 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb.
Naxçıvan şəhərinin tarixi
Naxçıvan — Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir. Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə.
Nyu-York şəhərinin xronologiyası
Bu məqalə ABŞ-nin Nyu-York ştatındakı Nyu-York şəhərinin tarixi xronologiyasıdır. == 1700-cü ilə qədər == 1614 – Niderlandlar Manhetten adasında yerləşdilər. 1623 – Niderlandlar qala tikdi. 1624 – Vest-Hind şirkəti tərəfindən Yeni Amsterdam quruldu. 1650 – Əhalinin sayı təxminən 1000 oldu. 1656 – Şəhərin küçələri düzəldildi. 1664 – 24 sentyabr – Yeni Amsterdamın adı Nyu-York olaraq dəyişdi. 1665 12 iyun: Tomas Uillett şəhərin ilk meri oldu. Bruklində ilk cinayət baş tutdu. 1666 – Tomas Delavall şəhərin ikinci meri oldu.
Surat şəhərinin mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. == Əvvəli == Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. == Mühasirə == Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Tehran şəhərinin tarixi
Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir. Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir." Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi.
Təbriz şəhərinin başçıları
Təbriz dünyanın qədim şəhərlərindən biridir. == Təbriz şəhərinin başçıları == Qasım xan Vali (Sərdari-Hümayun) 1908, سردار همايون والی قاسم1287 Əli Müsyoعلی مسیو ( ۱۲۸۸) Hacı Seyid Qafar (Nizamüləyalə), حاج سيد الغفار (ناظم العداله) Hacı Seyf, حاج سيف Mirzə İbrahim xan Kələntəri Şərəfəddövlə, شرف الدوله İsmayıl Əzəm Əfkamülmülk, اسماعیل اعظم افخم الملک Məcid mirzə, مید میرزا Yavər Sərdari-mönzəm, یاور سردار منضم Əhməd xan Maşayixi, احمد خان مشایخی Əhmədi, احمدی Əmir Heşmət Nisari, نيساری Sidqəssultan, صدق السلطان Nəsrullah Filasofzadə, نصراله فیلسوف زاه Hacı Kazıməddövlə, حاج کاظم العداله Məhəmmədəli Tərbiyət, محمد علی خان تربیت Cəlaləddin Keyhan, جلا لدين کيهان Hüseynqulu Cəlili (Ərfəülmülk), حسینقلی جلیلی(ارفع الملک) Əlamir Mir Mustafa, علامیر میر مصطفی Mahmud xan Qaffari, محمود خان غفاری Mürtəza Əmin, مرتضی امین Əbülqasim Cahangiri, ابوالقاسم جهانگیری Əbdülhəmid Həkimi, عبدالحمید حکیمی Məhəmməd Hadi, محمد هادی Abdulla Sərrəştəhdar, عبدالله سررشته دار Hacı Mirzə Ağa Billuri, حاج ميرزا آقا بلوری Ələsgər xan Etesam, علی اصغر خان اعتصام İsmayıl xan Bahaduri اسماعیل خان بهادری Qulamrza İlhami غلامرضا الهامی İqbal Azər اقبال آذر(اقبال السلطان) Atəş Bayati-Maku آتش بیات ماکو Abdulla Rəhimi عبدالله رحیمی Hidayətulla Kələntəri هدایت الله کلانتری Seyid Sirac Mir Ziyaüddövlə سعید سراج مير(ذکاءالدوله) Fətulla Müvəssəqi فتح الله موثق Əbdülhüseyn Vicdani عبدالحسین وجدانی Bəşir Fərəhmənd بشير فرهمند Səfai صفائی Mahmud Ruhani محمود روحانی Əlinağı Mövləvi علینقی مولوی Məcid Nasirpur مجید نسرین پور Seyid Əli Pişdad سید علی پیشداد Seyid Mehdi Nəbavi سید مهدی نبوی Dr.
Təbriz şəhərinin xronologiyası
Aşağıda İranın Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinin xronologiyası verilmişdir. == XV əsrə qədər == e.ə 714-cü il. – Şəhərin adı Assur kralı II Sarqonun epiqrafında qeyd edilmişdir.Bizim eramız II–VII əsrlər İndiki Təbrizin ən erkən elementlərinin qurulması. Bəzi mənbələrdə eramızın III və IV əsrlərində erkən Sasanilər dövründə, bir digər mənbələrdə isə VII əsrdə tikildiyi iddia edilir. B. E VIII əsr — Təbriz bazarının inşaasına başlanılır. 858-ci il- Təbrizdə güclü zəlzələ baş verir. IX əsr — Təbriz Rəvvadi hakimliyinin mərkəzi olur. 981-ci il- Təbriz Rəvvadilər dövlətinin paytaxtı olur. Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz şəhristanının sahəsi 200 ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi. 1041-ci il — Təbrizdə güclü zəlzələ baş verir.
İlok şəhərinin mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. == Mühasirə == İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. == Həmçinin bax == Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası == Mənbə == Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.85 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 •••••••• 6.30
2004 •••••••••• 8.76
2005 ••••••••••• 9.45
2006 •••••••••••• 10.36
2007 •••••••••••• 9.94
2008 •••••••••• 8.53
2009 •••••••••• 8.64
2010 ••••••••••••• 11.53
2011 •••••••••••••••••••• 17.84
2012 •••••••••••••••••• 15.83
2013 •••••••••••••••• 13.57
2014 •••••••••••••••••• 15.27
2015 ••••••••••• 9.53
2016 •••••••••••••••• 13.54
2017 •••••••••••• 10.57
2018 •••••••••••• 10.34
2019 •••••••••• 8.21
2020 ••••••••••• 9.02

"şəhərini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəhərini nədir? #şəhərini sözünün mənası #şəhərini nə deməkdir? #şəhərini sözünün izahı #şəhərini sözünün yazılışı #şəhərini necə yazılır? #şəhərini sözünün düzgün yazılışı #şəhərini leksik mənası #şəhərini sözünün sinonimi #şəhərini sözünün yaxın mənalı sözlər #şəhərini sözünün əks mənası #şəhərini sözünün etimologiyası #şəhərini sözünün orfoqrafiyası #şəhərini rusca #şəhərini inglisça #şəhərini fransızca #şəhərini sözünün istifadəsi #sözlük