Yaşayış binası (Şəhəryanı küçəsi, 144)
Şəhəryanı küçəsi, 144 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi.
Evin qalın divərləri daxildən əhəmiyyətli dərəcədə yarılaraq, divar daxili şkaf yerləri yaradılıb. İnteryerin əsas diqqət çəkən iştirakçısı güclü profilləndirilmiş çərçivəyə malik olan və daşıyıcı divarda yerləşdirilmiş buxarıdır. Ləmə üsərində yerləşdirilmiş küncləri kronşteynli dayaz nişlər divar səthini tamamlayır.
Daşıyıcı divar içində yerləşdirilmiş pilləkən yayda istirahət üçün nəzərdə tutulmuş dam verandasına aparır. Günəşin yüksək vaxtı evin şüa tutan divarlarında pəncərə yerləri yoxdur ki, bu da gün ərzində otaqlarda sərin havanı saxlamağa imkan verir.
Dama aparan pilləkənin şüavari həll edilmiş giriş yeri üzərində incə profillənmiş tağ yerləşir. Yaxşı kölgələnmiş səliqəli verandanın ritmik düzülmüş, özünəməxsus kronşteynli səkkizguşəli taxta sütunları və incə yonma işli taxta çəpərləri tikilinin fasadının xarakterik xüsusiyyətlərini formalaşdırır.
Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана.