əbcəd sözü azərbaycan dilində

əbcəd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əbcəd • 88.2353%
  • Əbcəd • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbcəd
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14

əbcəd sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] köhn. 1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi). Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət” də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir. Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq. Molla köməkçisi … Əvəz xəlfəni çağırıb dedi: – Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cəbrayılbəyli. 2. Ümumiyyətlə, keçmişdə “əlifba” mənasında işlənmişdir. // məc. İbtidai bilik, savad. □ Əbcəd hesabı – müəyyən bir tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu. Aşıqlıq elmində nədir pərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Vəli.

    Azərbaycan dilinin izahlı lüğəti / əbcəd

əbcəd sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. условное название восьми арабских слов, отражающее древний порядок букв арабского алфавита 2. алфавит 3. перен. грамота, начальное образование; əbcəd hesabı буквенное обозначение числа

    Azərbaycanca-rusca lüğət / əbcəd

əbcəd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кугьн. 1. къадим араб хафалагдин сифтегьан кьуд хаф; 2. хафалаг манада; // пер. сифтегьан чирвилер, савад; // əbcəd hesabı са затӀунал кхьенвай тарих ва я цифраяр араб хафаралди къалурунин къайда.

    Azərbaycanca-ləzgicə lüğəti / əbcəd

əbcəd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) ərəb əlifbasının ilk dörd hərfi; 2) əlifba; 3) müəyyən tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu; 4) m. ibtidai bilik, az savad.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əbcəd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbcəd nədir? #əbcəd sözünün mənası #əbcəd nə deməkdir? #əbcəd sözünün izahı #əbcəd sözünün yazılışı #əbcəd necə yazılır? #əbcəd sözünün düzgün yazılışı #əbcəd leksik mənası #əbcəd sözünün sinonimi #əbcəd sözünün yaxın mənalı sözlər #əbcəd sözünün əks mənası #əbcəd sözünün etimologiyası #əbcəd sözünün orfoqrafiyası #əbcəd rusca #əbcəd inglisça #əbcəd fransızca #əbcəd sözünün istifadəsi #sözlük