Əbdürrəhmanov sözü azərbaycan dilində

Əbdürrəhmanov

Yazılış

  • Əbdürrəhmanov • 99.3548%
  • ƏBDÜRRƏHMANOV • 0.6452%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balaca Əbdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Fuad Əbdürrəhmanov
Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951). == Həyatı == Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. == Yaradıcılığı == Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir. Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir.
Mikayıl Əbdürrəhmanov
Mikayıl Əbdürrəhmanov — Azərbaycan rəssamı. == Həyatı == Mikayıl Əbdürrəhmanov 1953-cü ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirəndən sonra, təhsilini İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində davam etdirmişdir (1979). Rəssam ilk dəfə sərgidə 1973-cü ildə iştirak etmişdir. Əsərləri Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Mikayl Əbdürrəhmanov bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur. Ekspozisiyada rəssamın “Planetlərin paradı” (kətan, yağlı boya) və “Gecə şəhəri” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
Yusif Əbdürrəhmanov
Yusif Ələkbər oğlu Əbdürrəhmanov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968). == Həyatı == 1912-ci ildə Şəkidə anadan olmuşdur. Yusif Əbdürrəhmanov ibtidai təhsilini nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə məktəbi bitmişdir. 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur. Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlə diplomu ilə bitirmişdir. Universitetdə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Xəzər sirbitinin biologiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
Əbdürrəhmanov çömçəxulu
Əbdürrəhmanov çömçəxulu (lat. Benthophilus abdurahmanovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub əsasən onun şimalında yayılmışdır. Volqa və Terek çaylarının hövzəsində rastlanılır. FishBase internet bazasında Azov çömçəxulunun yarımnövü olaraq göstərilir (Benthophilus magistri abdurahmanovi) Azərbaycan ixtioloqu Yusif Əbdürrəhmanovun şərəfinə adlandırılmışdır .
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.17 dəfə / 1 mln.
2002 •••••••••••••••• 3.43
2003 •••••••••••••••••••• 4.33
2004 ••••• 1.01
2005 •••••••••• 2.02
2006 ••••• 0.90
2007 •••••••••••• 2.54
2008 •••••••••• 1.95
2009 •• 0.32
2010 •••••• 1.09
2011 •••••••••• 2.06
2012 ••••••• 1.38
2013 •••••••• 1.60
2014 0.17
2015 ••• 0.51
2016 ••••• 1.04
2017 ••• 0.49
2018 ••• 0.45
2019 ••••• 0.97
2020 •• 0.27

Oxşar sözlər

#əbdürrəhmanov nədir? #əbdürrəhmanov sözünün mənası #əbdürrəhmanov nə deməkdir? #əbdürrəhmanov sözünün izahı #əbdürrəhmanov sözünün yazılışı #əbdürrəhmanov necə yazılır? #əbdürrəhmanov sözünün düzgün yazılışı #əbdürrəhmanov leksik mənası #əbdürrəhmanov sözünün sinonimi #əbdürrəhmanov sözünün yaxın mənalı sözlər #əbdürrəhmanov sözünün əks mənası #əbdürrəhmanov sözünün etimologiyası #əbdürrəhmanov sözünün orfoqrafiyası #əbdürrəhmanov rusca #əbdürrəhmanov inglisça #əbdürrəhmanov fransızca #əbdürrəhmanov sözünün istifadəsi #sözlük