Əbdürəhmanov sözü azərbaycan dilində

Əbdürəhmanov

Yazılış

  • Əbdürəhmanov • 97.2973%
  • ƏBDÜRƏHMANOV • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Əbdürəhmanov
Arif Nadir oğlu Əbdürəhmanov (d. 5 aprel 1950) — "Azərbaycanfilm" kinostudiyasında Quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosenti, Azərbaycanın Əməkdar rəssamı. == Həyatı == Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel, 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan "Arşın mal alan" musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V.A. Motsartın "Sehrli fleyta" operasının dekorasiyalarının, M.Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasına, M.Maqomayevin "Şah İsmayıl" operasının, E.Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifidir. Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosentidir.
Fuad Əbdürəhmanov
Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951). == Həyatı == Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. == Yaradıcılığı == Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir. Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir.
Kanti Əbdürəhmanov
Kanti Əbdürəhmanov — Sovet Ordusunun çavuşu, Böyük Vətən müharibəsinin iştirakçısı, Rusiya Federasiyasının Qəhrəmanı (1996). == Bioqrafiya == 1916-cı ildə Şali kəndində (digər mənbələrə görə Arqun şəhərində, indiki Çeçenistan) anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirir. Əvvəlcə rəncbər, sonra kolxozda işləyir. 1941-ci ilin sentyabrında Abdurəhmanov könüllü olaraq Fəhlə və Kəndli Qırmızı Ordusunda xidmətə gedir. 1942-ci ilin iyununda Daşkənddəki kiçik artilleriya komandirləri məktəbini bitir. Orta Asiya Hərbi Dairəsində xidmət edir, sonra taqım komandirinin köməkçisi olur. 1943-cü ilin oktyabrından Böyük Vətən müharibəsi cəbhələrində: Nevel, Qorodok və Vitebsk şəhərlərinin azad edilməsində, Belarus və Baltikyanı əməliyyatlarda, alman qoşunlarının Kurland qrupunun məğlub edilməsində iştirak etmişdir. Döyüşlərdə dəfələrlə yaralanmışdır. 1943-cü ilin dekabrında Vitebskin qərbindəki hücum döyüşlərindən birində, sovet piyadaları böyük bir alman atəşi altında yatarkən, Əbdürəhmanov hesablanmış şəkildə silahını birbaşa atəş nöqtəsinə tuşlayır və bir neçə dəqiq atışla bunkeri məhv edir.
Yasin Əbdürəhmanov
Yasin Əbdülrəhmanov — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Yasin Əbdürəhmanov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). == Həyatı == Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət “Ümumittifaq Neft Maşınqayırma” İstehsalat Birliyi rəhbərliyində, sonra isə “Qaratəkrarmetal” İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
İlqar Əbdürəhmanov
İlqar Şair oğlu Əbdürəhmanov (27 mart 1979, Bakı) — rusiyalı və azərbaycanlı futbolçu. Azərbaycan milli futbol komandasının şərəfini qorumuşdur. == Karyerası == === Klub === Furbolçu karyerasına Y-18 yığmasında başlamışdır. 1996—1998-ci illərdə Azərbaycan çempionatında iştirak etmişdir. 1999-cu ildə Moskvanın "Lomomativ-2", sonradan isə "KAMAZ" futbol klublarında oynamışdır. 2001-ci ildə 2 mart tarixində keçirilən Rusiya futbol çempionatında Anjinin şərəfini qoruumuşdur. 2004-cü ildə Azərbaycan milisinin şərəfini qoruyan Dimitri Kramarenko ilə birlikdə "Jenis" klubunda oynamışdır. Qazaxıstan cempionatında 30 oyun keçirmiş və 3 qol vurmuşdur. Onun sözlərinə görə 2006-cı ilin dekabrında onunla yenidən Jenis klubu maraqlanır. O Futbol üzrə Azərbaycan çempionatı 2006/2007 mövsümünün ortalarında Qazaxıstana gedə bilərdi.
Hökümə Əbdürəhmanova
Hökümə Rasim qızı Əbdürəhmanova (21 may 1986, Bakı) — Aktrisa. Veriliş səsləndirən. A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının birinci dərəcəli artisti == Həyatı == Hökümə Əbdürəhimova 21 may 1986-cı ildə Bakı şəhərində anadan olub. 2005-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində işləyir. Həmin ili o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə daxil olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2003 •••••••••••• 1.97
2004 •••••••••••••••••••• 3.37
2006 ••••• 0.68
2007 •••••• 0.85
2010 •• 0.18
2012 0.09
2018 ••• 0.45
2019 •• 0.28
2020 ••• 0.40

Oxşar sözlər

#əbdürəhmanov nədir? #əbdürəhmanov sözünün mənası #əbdürəhmanov nə deməkdir? #əbdürəhmanov sözünün izahı #əbdürəhmanov sözünün yazılışı #əbdürəhmanov necə yazılır? #əbdürəhmanov sözünün düzgün yazılışı #əbdürəhmanov leksik mənası #əbdürəhmanov sözünün sinonimi #əbdürəhmanov sözünün yaxın mənalı sözlər #əbdürəhmanov sözünün əks mənası #əbdürəhmanov sözünün etimologiyası #əbdürəhmanov sözünün orfoqrafiyası #əbdürəhmanov rusca #əbdürəhmanov inglisça #əbdürəhmanov fransızca #əbdürəhmanov sözünün istifadəsi #sözlük