Əfqanıstanda sözü azərbaycan dilində

Əfqanıstanda

Yazılış

  • Əfqanıstanda • 99.9765%
  • ƏFQANISTANDA • 0.0235%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əfqanıstanda futbol
Əfqanıstanda futbol — Əfqanıstanda iki ən məşhur idman növündən biri. Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş, Əfqanıstan Futbol Federasiyası 1948-ci ildən FİFA-ya üzv olmuşdur. Təhlükəsizlik məsələlərinə görə ölkədə futbolda iştirak yüksək səviyyədə deyil. "Taliban"ın hakimiyyəti illərində Əfqanıstanda idmana ciddi qadağalar qoyulmuşdu. Ölkədəki stadionların çoxu edam qərarlarının icrası zamanı istifadə olunurdu. Həmin dövrdə Əfqanıstanda futbol qarşılaşmaları məhz ölkədə baş verən hadisələrin fonunda keçirilirdi. "Taliban" tərəfdarları futbolçuların müasir geyimini "ədəbsiz" sayaraq, onlara şort geyinməyi qadağan etmişdir. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə baxmayaraq, əfqan xalqı yenə də "Qazi" stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Amma tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.
Əfqanıstanda xristianlıq
Xristianlar tarixən Əfqanıstanda kiçik icmadan ibarət olublar. Beynəlxalq Xristian Konserninə görə Əfqanıstandakı xristianların ümumi sayının hazırda 15.000 ilə 20.000 arasında olduğu təxmin edilir. Əfqan xristianlarının demək olar ki, hamısı islamı qəbul etmişlər. Pyu Araşdırma Mərkəzi 2010-cu ildə Əfqanıstanda 40.000 əfqan xristianın yaşadığını təxmin edir. Əfqanıstan İslam Respublikası bir çox mühacir (baxmayaraq ki, 2014-cü ildən 2021-ci ilə qədər ölkənin birinci xanımı olan Rula Qani Livandan olan maronit xristiandır) istisna olmaqla, heç bir Əfqanıstan vətəndaşını xristian kimi tanımırdı. Əfqan vətəndaşlarına xristianlığı qəbul etməyə qanuni icazə verilmir; qeyri-müsəlmanların müjdə verməsini qadağan edən açıq qanunlar olmasa da, bir çox səlahiyyətlilər və Əfqanıstan cəmiyyətinin əksər üzvləri bunun tətbiqini islama zidd hesab edirlər. Əfqanıstanda qanuni olaraq tanınan yalnız bir xristian kilsə binası var, bu da İtaliya səfirliyində 1930-cu illərdən etibarən fəaliyyət göstərən Katolik kilsəsidir. Əfqanıstan Konstitusiyası islam qanunlarının hüquqi çərçivəsi daxilində olduğu və islam dinini təhdid etmədiyi halda islamdan başqa dinlərin etiqadına icazə verir. Ancaq inancını xristianlığa dəyişən müsəlmanlar ictimai və rəsmi təzyiqlərə məruz qalırlar ki, bu da əmlaklarının müsadirəsi, həbs və ya ölümlə nəticələnə bilər. Bir neçə əfqan xristianı konstitusiya hüquqlarına zidd olan sərt şəriət tərəfdarlarının təsiri nəticəsində öz inanclarını tətbiq etdikləri üçün həbs edilib.
Əfqanıstanda rabitə
Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil. Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi.
Novruz bayramı Əfqanıstanda
Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur.
Əfqanıstanda Novruz bayramı

"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
Əfqanıstandakı vulkanların siyahısı
Əfqanıstanda fəaliyyətdə olan və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, Arxivləşdirilib 2008-10-20 at the Wayback Machine.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.

"əfqanıstanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əfqanıstanda nədir? #əfqanıstanda sözünün mənası #əfqanıstanda nə deməkdir? #əfqanıstanda sözünün izahı #əfqanıstanda sözünün yazılışı #əfqanıstanda necə yazılır? #əfqanıstanda sözünün düzgün yazılışı #əfqanıstanda leksik mənası #əfqanıstanda sözünün sinonimi #əfqanıstanda sözünün yaxın mənalı sözlər #əfqanıstanda sözünün əks mənası #əfqanıstanda sözünün etimologiyası #əfqanıstanda sözünün orfoqrafiyası #əfqanıstanda rusca #əfqanıstanda inglisça #əfqanıstanda fransızca #əfqanıstanda sözünün istifadəsi #sözlük