* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: …ziddinə, …qarşı. Əleyhinə səs vermək. Əleyhinə getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən əleyhinə. – [Nəsir] də məlum fikirlər üzərində ləhinə və əleyhinə olmaq üzrə söz söyləyirdi. S.Hüseyn. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. Əziz təklifin əleyhinə səs verdi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / əleyh2 ə. 1) onun üzərinə, ona; 2) onun ziddinə, ona qarşı, onun əksinə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əleyh1 [ər.]: əleyhinə …акси(на), ...къарши; düşmən əleyhinə душмандиз акси.
Azərbaycanca-ləzgicə lüğəti / əleyh